36395679_1945108362174523_7874856501817376768_n

Zaur İLHAMOĞLU – Salam, Dədə

         (Dədə Qorqudla söhbət) Salam, Dədə! Harda idin? Görünmürdün nə zamandır. Sən gedəli nələr olmuş bilirsənmi? Türk elləri yasa batmış, pərişandır. Sən gedəli oda düşdük, Canımızı od götürdü, yandıq, yandıq, Sən ge...
33593093_2182721065285084_3675631512973213696_n

Eltun Türkel – QAR VƏ QAN

Dəhşətli gecə idi o gecə,Tarix qanlı sətirlərini yazmaq üçün,Açmışdı səhifəsini,Dəniz də susmuşdu,Duymaq olmurdu,  Dalğaların səsini Torpaq da susmuşdu, Qorxudan qar ilə örtülüb, Kəsmişdi nəfəsini. Azadlıq eşqiylə döyünə...
42314576_1928231240557043_2268915967029411840_o

İlham Salmanlı – Çatarmı əlim

İnsan kimi yorulmuşam- Bəlkə, dönüm torpaq olum? Ağac kimi bitim yerdə Üstündəki yarpaq olum? İnsan kimi yorulmuşam, Gedim, bəlkə, şimşək olum. Buludlarla qoşalaşım, Şimşəklərə kömək olum. İnsan kimi yorulmuşam, Şimşək o...
elçinaslangil119_n

Elçin Aslangil – GÖZLƏYƏN ADAMIN ŞEİRİ

Gəlməyən adamım, Yağışı saçlarında, Günəşi gözlərində götürüb getdin bu şəhərdən.. O səhərdən başladı mənimkilər- Gecələrin adam soyuqluğu, Gündüzlərin sən yoxluğu. Yoluxduğum bütün vərdişlər, Məsələn, barmaqlarıma saydı...
1902788_614529541965133_896121757_n

Kənan Aydınoğlu – ALLAH amanında!

Qadının özünə minnətdaram mən “Mənim həyatımın nə mənası var, Sizin üzünüzdə gülüş olmasa”. Nəriman Həsənzadə. İnsanın özündən xəbərsiz, inan, Narahat duyğular bu gün də yatmır. Duyub yaşadıqca ömrün gününü, ...
NECƏ SEVMƏYİM

Gözlərimin baxışını süsləyən,
Qucağında sevgimizi bəsləyən,
Varlığımı hər tərəfdən izləyən,
Özəl adam, səni  necə sevməyim.

Sevdamızın keşiyini çəkənim,
Baxışımı baxışına əkənim,
Kasıb bəxtə eşq sarayı tikənim,
Gözəl adam, səni necə sevməyim.

Hər nazıma oğrun-oğrun gülənim,
Gülüşünün ətirinə bələnim.
Otağıma şeir ilə gələnim,
Qəzəl adam səni necə sevməyim.

HƏSRƏTİN QOXUSU

Ətirinin qoxusunu gətirən,
Həzin yelin tellərini hörürəm.
Ağacların soyunmuş budağindan,
Bir ürəkdə, iki bədən dərirəm.

Həsrətinin qınağına düşmüşəm,
Təbəssümün fənərini öldürüm.
Qirip düşən bu ayrılıq anının,
Qızdırmasın xatirənlə söndürüm.

İndi duyğuların rəngi qarışıb,
Aldığım rənglərdən əsər yaranmır.
Saçımda sığalın qısılıb küncə,
Dolaşıb əl izin, artıq daranmır.

Gözümün bulağı sızır astaca,
Öpüşün süsləyən sima dağına.
Bəxtəvərlik rəngin gətir gələndə,
Səpələ ömrümün baxça bağına.

Həsrətin qoxusu hopub hər yerə,
Beynim yadırğıyıb ayaq səsini.
Gəlmirsən özün bil, bu gün də gəlmə,
Barı əsirgəmə can kəlməsini.

KİPRİYİNLƏ ƏLƏ MƏNİ

Gözlərinlə üyüt ana,
Kipriyinlə ələ məni.
İradəndən güc almasam,
Dünya qoşar vələ məni.

Köksünə sıx arzuların,
Donu açılsın qundağın.
Qapı sökən uğurların,
Bələyinə bələ məni.

Etdiyin duanı bitir,
Zəmzəmin suyunu gətir.
Uzaqlaşsin qara çətir,
Salır fitnə, felə məni.

Buludlardan al yağışı,
Qüsul elə hər qarğışı.
Sevgi rəngli et alğışı,
Yorub nakam şələ məni.

Gözlərinlə üyüt ana,
Kipriyinlə ələ məni.
İradəndən güc almasam,
Dünya qoşar vələ məni.

Özünü gətir

Oğrun-oğrun talan etdin ömrümü,
Yağılar yurdumu talayan kimi.
Sinəmdə bir tonqal çatmısan, zalım,
Tanrı yanar dağı qalayan kimi.

Gəncliyin ən gözəl dəmiydi, inan,
Götürüb göndərdin qaranlıqlara.
Gənclik illərimi özünlə birgə,
Həbs etdin buz kimi barmaqlıqlara.

Baxçamda boy atan üç tər fidanın,
Zəhmətkeş bağbantək çəkdim keşiyin.
Gecə bulud əvəz gözlərim yağdı,
Gündüz günəşiydim evin, eşiyin.

Varlığın, yoxluğun bəlli olmadı,
Olmuşdun əsiri özgə qucağın.
Cismin hərdən evə baş çəksə belə,
Fikirin olmuşdu daim uzağın.

Etdiyin səhvləri unutmaq olmur,
Xətrini ALLAHa xatir istədim.
Qohumlar yolundan pay umduğu vaxt,
Mən isə özünü gətir istədim.

KÜLÜM GÖY XƏZƏRİN SAHİLİNDƏDİR

Sevgimi nəxş elə həyat yoluna,
Rəssam kətan üstə nəxş edən kimi.
Özümü götür get halalın olsun,
Tanrı taleyinə bəxş edən kimi.

Qadanı, bəlanı birdə sevgini,
Ötür mənə tərəf, açacam qucaq.
Bu gələn acının qoxusu gözəl,
Məhəbbət qoxacaq hər künc, hər bucaq.

Bir-bir xatirəni vərəq-vərəq keç,
Nəvazişli günün laylasıyla yat.
Ötüb keçən günün məzarı üstə,
Sağ əllə üzünə çək bir salavat.

Təmizlən əzizim bütün çirkabdan,
Bataqlıq qurudan bir günəşin var.
Sevginin gücündən güc almışam ki,
Bizə güc gəlməsin xəzri, gilavar.

Eşqinin atəşi yandırır, yaxır,
Külüm göy Xəzərin sahilindədir.
Gəl götür bu ülvi, sadiq eşqimi,
Bilirsən yerini, "Bilgəhgildədir".

QƏLBİNİ QƏLBİMƏ MÖHÜRLƏMİŞƏM

Fincanda üşüdü indi süzdüyüm,
Təzə dəmlədiyim məxməri çayım.
Sanki pərişandır gozlərim kimi,
Pəncərədən baxan sürməli ayım.

Üzünə xoş baxdım həsrət yükünün,
Elə hey qapımı ünvan bilibdi
Əllərim itirib huşunu vallah,
Alnımdan tər əvəz bəxti silibdi.

Yolunu gözlədim heç yorulmadan,
Gözümü yolların boz rəngi sarıb.
Sənin baxışların qol saatında,
Mənimsə gözlərim yolunda qalıb.

Bu yolu bu qədər uzadan nədir?
Bəlkə bəhanədir, bəlkə də tuzaq.
Gözümü sıxıram donsun gedişin,
Gözümü açıram cismindən uzaq.

Darıxdım gözümün nuru sevgilim,
Gözəl gözlərinin baxışı üçün.
Darıxdım arxanca yeridikcə mən,
Yolumda izinin naxışı üçün.

Səndən söz açdıqca sözüm alışır.
Ey mənim bəxtimə düşməyən payım.
Qəlbini qəlbimə möhürləsəm də,
Sənlə nə bütünəm, nə də ki, yarım.

GÖZÜMÜN BULUDUN DAĞIDAN ADAM

Sevgin sülh elçisi göyərçin kimi, 
Enib səmalardan qəlbimə qondu.
Sındı həyatımın buzlu tilsimi,
Çevrildi bir anda gülüstan oldu.

Gəldin həyatıma yağmurlu gündə,
Günəş də qısqandı bu gəlişini.
Saçımda əlinin izi qalmışdı,
ALLAH da sevmişdi bu əl işini.

Həyatın sirrini açdın gözümdə,
Hər tərəf dəyişib oldu gülüstan.
Məni elə sevdin, sevdim hər kəsi,
Dəyişdi qarşıma çıxan hər insan.

Dünyaya yenicə göz açdım Vallah,
Oldum iki canı sevən bir bəndə.
Yuz səksən dərəcə dəyişdin məni,
Ruhuma, cismimə çəkərək rəndə.

Eylə yad sevgini keçmişdə edam,
Olanı-olmazı o, vaxtda unut.
Gözümün buludun dağıdan adam,
Bax bu cür bir ömür əllərimdən tut.

Aynur Yasəmən – HƏSRƏTİN QOXUSU

                    NECƏ SEVMƏYİM Gözlərimin baxışını süsləyən, Qucağında sevgimizi bəsləyən, Varlığımı hər tərəfdən izləyən, Özəl adam, səni necə sevməyim. Sevdamızın ke...
ÖMÜR GÖZ YAŞI KİMİ

Ömür göz yaşı kimi,
Toxunursan ağlayır.
Torpaq da Anan kimi,
Köksünü sığallayır.

Düşür şirin damcısı,
Ən xası,ən incisi.
Həyat vurur qamçısın,
İzlərini dağlayır.

Özüylə bircə-bircə,
Yığır dərdini küncə.
Qəfil sona gəlincə,
Ürəyini bağlayır..

SƏN ÇİÇƏK OL, MƏN ARI 

Sən çiçək ol,mən arı,
Can atım sənə sarı.
Elə qol-qanad açım 
Sığa köksünə barı.

Düyməsindən bal çəkim,
Bəyazından al çəkim.
Bütün ləçəklərinin,
Ortasından xal çəkim.

Üstündə bir meh ola,
Damla-damla şeh ola.
Bağlayasan köksünü,
Bu sevda bir beh ola.

Pərvazlanam süzüləm,
Düz tacına düzüləm.
Tutasan “əllərimdən”,
Qoymayasan üzüləm.

Tez yapışım “belindən”,
Ətir çəkim gülündən.
Elə ki,bihuş oldum,
Şərbət içim dilindən.
28.11.18.

Darıxıram bu boyda nəfəslərin içində,
Sanki bir dənizdəyəm,sular qoynuna dalır.
Ürək geri çevirir əcəlin əllərini,
Özümsə göylərdəyəm,səma yanına alır.
 
Başımın üstündəki buludları gözləsəm,
Günəş baxıb ağladar torpağımın qatını.
Süzülər yağan yağış kirpik-kirpik üstünə,
Damcısıyla isladar dodağımın çatını.

Bəlkə onda rəngləyəm ağ-qara ürəyimi
Bilirəm ki içimdə kinli guşələr yatır.
İmdadıma sükunət ,boş otaq,soyuq balış,
Bir də eyni biçimdə çirkli şüşələr çatır.

Məryəm Əliyeva Şeirləri

            ÖMÜR GÖZ YAŞI KİMİÖmür göz yaşı kimi,Toxunursan ağlayır.Torpaq da Anan kimi,Köksünü sığallayır.Düşür şirin damcısı,Ən xası,ən incisi.Həyat vurur qamçısın,İzlərini dağlayır.Özüylə...