“Yaşamağa nə var ki…”

Gənc şair Zamiq Mehdisoyun “Yaşamağa nə var ki…” adlı ilk şeir kitabı nəşr olunub. Kitabda müəllifin həm folklor irsimizə uyğun, həm də çağdaş mövzularda sevgi, həyat eşqi, vətənpərvərlik mövzusunda şerlərinin bir ...
ferid

Şeirdən bir üzük dolaram

                                                                                        Fərid Həsənzadə   *** Çox baxma dərin-dərin, Boşdu ürəkdə yerin. Sənə olan hisslərim, Elə sözüm rəngdədir.   Həsrət üzü kü...
hikmet

Bir vaxtlar sinəmdi yastığın…

Hikmət Məlikzadə   İndi nə elçi daşı var…   Zülmətə açılan qapılardan bəzən səhər yelləri də əsir. Bəzən günəşin Yorğun buludlara verdiyi çalarlar qüruba enən axşamın zülmət acılarına sığal çəkdikcə, yatm...
xeyale1

Qəbrimi anamın əlində qazın

Kultur.az Xəyalə Sevilin şeirlərini təqdim edir. Biz azad doğulmamışıq   Sən də istəyirsən, “ Mən də” Deməyə utanıram. Əllərin isti bir əlcək Geyməyə utanıram.   Eh! Yalan söhbətdi azadlıq, filan, Biz azad doğu...
Zakir Məmməd

Zakir MƏMMƏD — Maarif Soltan kimi

(Maarif Soltanın yaradıcılığı haqqında) Vətən haqqında hamı yazır, amma Maarif Soltan tam özünəməxsus bir mətnlə yazır. Sevgi, məhəbbət, qəm, kədər, ömrün baharı və payızı haqqında, keçmişimiz və gələcəyimiz, şəhər və kə...

Azər ABDULLA — Qəmərlidən keçən qatar

(Hadisə Ermənistan zəlzələsindən on iki il öncə olub)  O PAYIZ düzü-dünyanı soğan başına götürmüşdü. Zəmilərin qırağından, avtobus dayanacaqlarının, vağzalların yanından ötəndə qalaq-qalaq yığılıb tığlanmış qızılı, sarı ...
nəriman-ebdurrehmanli

Nəriman Əbdülrəhmanlı — LƏLƏ (hekayə)

    …Güman ki, məhəllənin it-pişiyindən, toyuq-cücəsindən qabaq oyanırdı. Göyün yaxası yırtılmamış qurd ulartısına oxşar harayını eşidirdim: səs iynə kimi pəncərədən keçib qulağımı deşirdi və nə qədər ağır yatsam da, oya...
11892138_1222222917804043_6910032793468251833_n

GÖY – İŞIQ – SƏS

(Xəzangül Hüseynovanın “Özümü axtarıram” kitabından sonra…)   “Özüm öz kitabımı vərəqlədikcə, oxuduqca poeziya deyilən bir dünyanın həzin pıçıltılarını eşidirəm. Ucu-bucağı görünməyən dərindən də dərin, təlatü...

Axşam hücuma keçirik

    Çinarə Ömray   Axşam hücuma keçirik   Qonşu arvadları nənəmin beynini doldurmuşdu ki, yaxınlıqda yerləşən fabrikin boş otaqlarından birinə köçün, qaçqınsınız, sizə heç kim heç nə deməz.   Ond...
Mən sükutun dilini elə gözəl bilirəm,	
Mənim kimi susmağı daha kimsə bacarmaz.
Gülə-gülə ağlayıb susanların içində
Zalım,mənim adımı birinci sırada yaz...

Bu səhər də oyandım,şükür,hələ ki sağam,
Şirin yalanlar deyib azdırmışam ölümü...
Sirr deyil ki qoy deyim,ürəyimdən asmışam
Adının baş hərfinə uzanan  sağ əlimi.

Daha bizdən danışmaz o küçə də,o yol da,
Başı elə qarışıb təptəzə nağıllara.
Bir xatirə boynunu büküb içimdə ağlar,
Hər gecə köks ötürüb boylanar uzaqlara.

Bəlkə şirin yuxuymuş başımıza gələnlər,
Ayrılığa “sağ ol” de,bizi yaxşı oyatdı.
Ayağımın izini göz yaşlarım yuyandan
Nə varsa bu ömürdə,elə hamsı boyatdı.

Elə də çətin deyil,vallah,bəhanə tapmaq,
Nə var nağıl uydurub özünü altadmağa.
Hər gecə üz-gözümü  yuyub ay işığında,
Gedirəm bir misranın qolu üstə yatmağa...

		***

Bir adam da tapmadım,ürəyimi boşaldım,
Nə yaxşı ağ varaq var-hirsimi soyutmağa.
Mənimki çoxdan keçib təsəllidən,bilirəm,
Daha heç can atmıram qəlbimi ovutmağa.

Bildim,heç vaxt düzəlməz bu dəvənin donqarı,
Lap yüz dəfə keçirsən bir iynənin gözündən.
Özünə bir yuva tik yaxından,yaddan uzaq;
Sənə nə bu dünyanın əyrisindən,düzündən...

Mən elə islanmışam bir sevda yağışında,
Min ildə günə tutsan çıxmaz canımdakı su.
Bu acı xatirənin qara üzü ağarmaz
Lap istəsən hər gecə onu göz yaşında yu.

Əlin bir yana çatmaz,sözündən çıxsa ürək,
Yaralı bir quş kimi az qalır ruhun uça...
Bircə anın içində təzədən doğularsan
Söykəyib kürəyini bir misraya astaca.

Bir baxsan,ay da doğdu,düşür bir qərib axşam,
Sığınıb yuvasına çardaqdakı qumrular.
Nə var çıxıb getməyə...elə də asan deyil...
Gör nə qədər yolunu həsrətlə gözləyən var.

		***
Mən unuda bilmirəm başıma gələnləri,
Ürəyim unudulmuş xatirə qəbristanı.
Yaddaşımdan boylanır aynəbədli bir daş ev,
Bir də hələ bitməyən bir sevdanın dastanı...

Xəzəl olmuş ömrümün illər sarı yarpağı,
Öz əlimlə qoparıb göz yaşımda axıtdım.
Ha dolandım,ha gəzdim yaxın,uzaq yolları,
Tüstüsü burum-burum bir ocağa qayıtdım.

Ürəyimi üşüdür o apreldə yağan qar,
Çiçəyini don vurmuş qoca ərik ağacı...
Səfil küçə ititək qapımızdan qovmuşduq
Tutub qar topasına biz onda ehtiyacı.

Qarı deşib çıxmışdı novruzgülü eşqimiz,
Xəbəri yoxdu hələ ayrılığın qışından.
Üçgünlük ay kimiydi o vaxt uşaq ürəyim,
Beşdaş yığan vaxtımdı küçənizin daşından.

Güzgülənir gözümdə indi neçə xatirə,
Gölgə kimi izləyir məni hayana qaçsam.
Bəlkə elə yuxudu bir ömür gördüklərim,
Bəlkə elə nağıldı...bitməz bir qış danışsam...
		***


Harda olsam,
mənə bir pəncərə verin,
bir ovuc göy üzü,
bir damla dəniz,
bir zərrə günəş...
ilıq şüaların işığında yuyunsun fikirlərim.
Harda olsam,
gözlərimdən baş alıb
getsin üfüqlər,
Baxışımı üşütsün dağların qarı,
könlümdə ləpələnsin
dənizin suları.
Harda olsam,
yuxuma layla desin anadilin səsi,
eyvanımı isitsin
ətcə balaları civildəşən qaranquşun nəfəsi.
Bir əlçim bulud da bəsimdi...
sıxım közərən həsrətimin üstünə.
Bir ömür yetər mənə,
ulduzları muncuq-muncuq
Iydə qoxulu bir gecə,
bir masa,
bir qələm,
bir ağ varaq.
Bir də
təzəcə doğulan
pişik balası kimi
gözləri açılacaq bir sabah...

	***
Yenə çatdı qaşını
ömrün qərib axşamı...
Sevgi öldürmür, ancaq
dəli edir adamı.

Korun-korun,gizlicə
tüstüləyir bir ocaq.
Ürəyimin ağrısı 
gözlərimə çıxacaq.

Bu da qismətdi belə,
yazılıb alnımıza.
Bəlkə heç görüşmədik,
vədə vermə bu yaza...

Belə sevgimi olar? 
Bu ki divanəlikdi. 
Könlüm arı şanıtək
baxsan dəlik-dəlikdi...

Yollar elə uzaqdı,
Bəlkə gələ bilmədim.
Gözlərinin yaşını
Heyif, silə bilmədim...

Hər gün yollara baxıb 
çox ağlama,nə olar...
O körpə ümidini 
sellər yuyub aparar.

Bu dünyada heç kimin
Bircə gülü solmasın.
Gəlib səni tapacam
əgər dəli olmasam...

	***
Bəlkə də ən çətini 
geri dönməkdi elə.
Qoyub gəldiyin ocaq
demə dönübmüş külə...

Sel yuyub,su aparıb
sən getdiyin yolları.
Qurumuş budaq kimi
düşüb yana qolların...

İndi könül evinin
divarı göy mamırdı.
Tavanı damır elə,
deyirsən,nə yağmurdu?

Təzə ocaq çatmağa
bir dənə kibritin var.
Bu yağmurlu havada
o da çətin alışar...

“Bircə damcı düşməz mənə…”

Kultur.az Saqif Qaratorpağın şeirlərini təqdim edir. …   Qanadsız quşdu əllərim, Ha uçsa da çatmaz sənə. Yağsa sevinc yağışları Bircə damcı düşməz mənə…   Əllərindən tutmaq -xəyal, Gözlərindən öpmək...
maqsud

Maqsud İbrahimbəyovu itirdik

  AYB.az xəbər verir ki, xalq yazıçısı Maqsud İbrahimbəyov mart ayının 22-də dünyasını dəyişib.  İbrahimbəyov Maqsud Mammədibrahim oğlu - yazıçı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Bi...