Axşam hücuma keçirik

    Çinarə Ömray   Axşam hücuma keçirik   Qonşu arvadları nənəmin beynini doldurmuşdu ki, yaxınlıqda yerləşən fabrikin boş otaqlarından birinə köçün, qaçqınsınız, sizə heç kim heç nə deməz.   Ond...
Mən sükutun dilini elə gözəl bilirəm,	
Mənim kimi susmağı daha kimsə bacarmaz.
Gülə-gülə ağlayıb susanların içində
Zalım,mənim adımı birinci sırada yaz...

Bu səhər də oyandım,şükür,hələ ki sağam,
Şirin yalanlar deyib azdırmışam ölümü...
Sirr deyil ki qoy deyim,ürəyimdən asmışam
Adının baş hərfinə uzanan  sağ əlimi.

Daha bizdən danışmaz o küçə də,o yol da,
Başı elə qarışıb təptəzə nağıllara.
Bir xatirə boynunu büküb içimdə ağlar,
Hər gecə köks ötürüb boylanar uzaqlara.

Bəlkə şirin yuxuymuş başımıza gələnlər,
Ayrılığa “sağ ol” de,bizi yaxşı oyatdı.
Ayağımın izini göz yaşlarım yuyandan
Nə varsa bu ömürdə,elə hamsı boyatdı.

Elə də çətin deyil,vallah,bəhanə tapmaq,
Nə var nağıl uydurub özünü altadmağa.
Hər gecə üz-gözümü  yuyub ay işığında,
Gedirəm bir misranın qolu üstə yatmağa...

		***

Bir adam da tapmadım,ürəyimi boşaldım,
Nə yaxşı ağ varaq var-hirsimi soyutmağa.
Mənimki çoxdan keçib təsəllidən,bilirəm,
Daha heç can atmıram qəlbimi ovutmağa.

Bildim,heç vaxt düzəlməz bu dəvənin donqarı,
Lap yüz dəfə keçirsən bir iynənin gözündən.
Özünə bir yuva tik yaxından,yaddan uzaq;
Sənə nə bu dünyanın əyrisindən,düzündən...

Mən elə islanmışam bir sevda yağışında,
Min ildə günə tutsan çıxmaz canımdakı su.
Bu acı xatirənin qara üzü ağarmaz
Lap istəsən hər gecə onu göz yaşında yu.

Əlin bir yana çatmaz,sözündən çıxsa ürək,
Yaralı bir quş kimi az qalır ruhun uça...
Bircə anın içində təzədən doğularsan
Söykəyib kürəyini bir misraya astaca.

Bir baxsan,ay da doğdu,düşür bir qərib axşam,
Sığınıb yuvasına çardaqdakı qumrular.
Nə var çıxıb getməyə...elə də asan deyil...
Gör nə qədər yolunu həsrətlə gözləyən var.

		***
Mən unuda bilmirəm başıma gələnləri,
Ürəyim unudulmuş xatirə qəbristanı.
Yaddaşımdan boylanır aynəbədli bir daş ev,
Bir də hələ bitməyən bir sevdanın dastanı...

Xəzəl olmuş ömrümün illər sarı yarpağı,
Öz əlimlə qoparıb göz yaşımda axıtdım.
Ha dolandım,ha gəzdim yaxın,uzaq yolları,
Tüstüsü burum-burum bir ocağa qayıtdım.

Ürəyimi üşüdür o apreldə yağan qar,
Çiçəyini don vurmuş qoca ərik ağacı...
Səfil küçə ititək qapımızdan qovmuşduq
Tutub qar topasına biz onda ehtiyacı.

Qarı deşib çıxmışdı novruzgülü eşqimiz,
Xəbəri yoxdu hələ ayrılığın qışından.
Üçgünlük ay kimiydi o vaxt uşaq ürəyim,
Beşdaş yığan vaxtımdı küçənizin daşından.

Güzgülənir gözümdə indi neçə xatirə,
Gölgə kimi izləyir məni hayana qaçsam.
Bəlkə elə yuxudu bir ömür gördüklərim,
Bəlkə elə nağıldı...bitməz bir qış danışsam...
		***


Harda olsam,
mənə bir pəncərə verin,
bir ovuc göy üzü,
bir damla dəniz,
bir zərrə günəş...
ilıq şüaların işığında yuyunsun fikirlərim.
Harda olsam,
gözlərimdən baş alıb
getsin üfüqlər,
Baxışımı üşütsün dağların qarı,
könlümdə ləpələnsin
dənizin suları.
Harda olsam,
yuxuma layla desin anadilin səsi,
eyvanımı isitsin
ətcə balaları civildəşən qaranquşun nəfəsi.
Bir əlçim bulud da bəsimdi...
sıxım közərən həsrətimin üstünə.
Bir ömür yetər mənə,
ulduzları muncuq-muncuq
Iydə qoxulu bir gecə,
bir masa,
bir qələm,
bir ağ varaq.
Bir də
təzəcə doğulan
pişik balası kimi
gözləri açılacaq bir sabah...

	***
Yenə çatdı qaşını
ömrün qərib axşamı...
Sevgi öldürmür, ancaq
dəli edir adamı.

Korun-korun,gizlicə
tüstüləyir bir ocaq.
Ürəyimin ağrısı 
gözlərimə çıxacaq.

Bu da qismətdi belə,
yazılıb alnımıza.
Bəlkə heç görüşmədik,
vədə vermə bu yaza...

Belə sevgimi olar? 
Bu ki divanəlikdi. 
Könlüm arı şanıtək
baxsan dəlik-dəlikdi...

Yollar elə uzaqdı,
Bəlkə gələ bilmədim.
Gözlərinin yaşını
Heyif, silə bilmədim...

Hər gün yollara baxıb 
çox ağlama,nə olar...
O körpə ümidini 
sellər yuyub aparar.

Bu dünyada heç kimin
Bircə gülü solmasın.
Gəlib səni tapacam
əgər dəli olmasam...

	***
Bəlkə də ən çətini 
geri dönməkdi elə.
Qoyub gəldiyin ocaq
demə dönübmüş külə...

Sel yuyub,su aparıb
sən getdiyin yolları.
Qurumuş budaq kimi
düşüb yana qolların...

İndi könül evinin
divarı göy mamırdı.
Tavanı damır elə,
deyirsən,nə yağmurdu?

Təzə ocaq çatmağa
bir dənə kibritin var.
Bu yağmurlu havada
o da çətin alışar...

“Bircə damcı düşməz mənə…”

Kultur.az Saqif Qaratorpağın şeirlərini təqdim edir. …   Qanadsız quşdu əllərim, Ha uçsa da çatmaz sənə. Yağsa sevinc yağışları Bircə damcı düşməz mənə…   Əllərindən tutmaq -xəyal, Gözlərindən öpmək...

“Tanış olaq, bu mənəm!”

  Kultur.az Cavidanın şeirlərini təqdim edir.     Tanış olaq, bu mənəm!   Hisslərimdən… utanmıram!.. Eşq… nifrət… ehtiras… – Bu mənəm! Gizlətmirəm heç nəyimi! Birdir üzüm, astarım! “Nəsə...
xeyalesekil

Bətnimdə böyüyən adam

Kultur.az Xəyalə Sevilin şeirlərini təqdim edir. Biz azadlığı filmlərdən tanıdıq   Dünya, heç olmasa Bircə gün yum gözünü, Bağla əllərinlə qulaqlarını. Qışqıra-qışqıra deyim ki: “ Mən Onu Sevirəm ”   Biz azadlı...

KİŞİLƏR ÇƏTİN SEVƏR

Kultur.az Gülsadə İbrahimlinin şeirlərini təqdim edir. SƏNİ AXTARIRAM   Səni axtarıram, Hər gülüşdə, hər baxışda. Küçələrdə ayaqların, Addım-addım iz saldığı Hər naxışda. İzlərini axtarıram. Kirpik altdan boylanıram...

Gecə düşüncəsi

Kultur.az Leyla Əsədullayevanın şeirlərini təqdim edir: Məlhəm….   Gizlənərəm,özümdən, Həyatımdan,küsərəm Unudaram keçmişi, Mən təzədən,sevərəm.   Qoşulub,buludlara, Yağış olub,yağaram. Çəkilib ,ulduzlara, Sən...

Aytən Qasımqızı — Bahar oğlan

Uşaqlıqda Novruz bayramında ən çox arzuladığım papaq atmaq olardı. Amma atam nədənsə bizə papaq atmağa icazə verməzdi. Nədənsə deyəndə ki,nənəmin sözü olmasın,qiz uşağının nə işi vardı axı qapılara papaq atsın. İsti yay ...

YAXŞI Kİ VARSAN, EMİN!

Adam var, fəza kimidir; içində günəş yanır, səyyarələr dövr edir, meteoritlər uçuşur… Bu yazımın qəhrəmanı “fəza adam”dır – “fəza adamı”dır. O, Emin Piridir! Onun içindəki günəşi, səyyarələri, meteoritl...

Cinayət və cəza…- Təhlil

“Mənim alçaldılmışların xilaskarı, zəiflərin  təsəllisi olmaq üçün hər hansı əxlaq  qanununu pozmaq kimi hüququm varmı?”  “İçirəm, çünki bərk əzab çəkmək istəyirəm”. “О, çох uzağa getməyəcəkdi; o, hətta yaşadığı evin dar...

Yazıçılardan BAYRAM LƏTİFƏSİ

Novruz bayramı münasibəti ilə yazıçılarla bağlı lətifələri təqdim edirik. Məşhur bir yazıçı yeni kitabının tərcüməsi və çapı ilə əlaqədar Azərbaycana çağırılır. Qonağı tərcüməçi Nadir Qocabəyli qarşılayır, “Qanun” nəşriy...

Gənc şairin yeni kitabı dərc olundu

AYB və DGTYB-nin üzvü gənc yazar İntiqam Yaşarın “OL” nəşriyyatında yeni kitabı işıq üzü görüb. Sayca ikinci şeirlər kitabı olan “…və susarsan”-da müəllifin son illərdə yazdığı heca və sərbə...