Məhəmməd Nuri –Qurulma gəlincik

12226909_603352976470540_1486163423_n

Bir gəlin var – gəlinliyindən incik.
Qızlığından yadigardır əlindəki gəlincik.
Bu gəlincik qurulmadır, burulmadır.
Açarı var burmaq üçün, qurmaq üçün.

Gəlin çox sevir gəlinciyini.
Qayğısız illərindən yeganə yadigar bu gəlincikdir.
Gəlin gəlinliyindən çox incikdir.

Vaxtilə gəlinciyin açarını burardı,
gəlinlik xəyalı qurardı.

İndisə, bir xəyal kimi qızlıq çağlarını xatırlayır.

Axı nə biləydi ki,
qızına gəlincik ala bilməyəcək.
Nə biləydi ki, qızı olmayacaq.
Nə biləydi ki, ancaq oğul doğmalıdır.
Qızlarını ərinin tələbiylə bətnində boğmalıdır.

Nə biləydi ki, oğul da doğa bilməyəcək.
Elə bir oğul ki,
bu yersiz, köhnəlmiş tabuları
kəsib çıxartsın dünyanın bətnindən.

Nə biləydi ki, nə dinəcək, nə də üsyan edə biləcək.

Nə biləydi ki, qoluna girdiyi “bəy”in əlində
qurulma gəlinciyə çevriləcək.

girl-hardy-photography-rosie-Favim.com-993538

Yazıya 775 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.