Ustalar gecə vaxtı “Azəri Çıraq” platformalarına baxmağı sevərdilər…

12348027_970347549702314_8717424866573437189_n

10-cu və 8-ci platformalarda, sadəcə, 4 ay işləmişəm. Orda olan adrenalin və qorxu hissi , qəza vəziyyəti, acınacaqlı şərait və s. ayrı olur.

Hər dəfə vertolyotdan düşəndə briqadamızın işçiləri bir ağızdan “düşün uşaqlar, yenə bu xarabaya gəldik” deyərdilər.
Xarabanın içində 2 həftə keçirmək insanı ayrı cür xarab edirdi. Neft, qaz boruları, səs küy və dayanmayan işlər.

Ustalar həmişə gecə vaxtı uzaqdan işıqları sayrışan  ”Azəri Çıraq” platformalarına baxmağı sevərdilər. Orda olan şəraitdən və işçilərin rahatlığından danışardılar.

Bir dəfə nahardan qayıdan briqadanın qabağında “yolka” çökdü. Onlar nahardan bir az tez qayıtsaydılar, ” yolka” qarışıq 5-10 nəfərdə suya düşəcəkdi. Bir sözlə  ”Günəşli”də hər an hər şey baş verirdi və verə bilirdi.

Bu insanlar həmin xarabaya keflərindən  getmirdilər. Çoxunun oxutdurduğu balası, baxdığı ailəsi və stol üstünə qoymalı olduğu çörək var idi.
Fərhad dağı bir dəfə yarmışdı. Bu adamlar hər növbə zamanı bir dağ yarırmış kimi işləyirdi.

Həmin xaraba bir neçəsinin gördüyü son mənzərə oldu. Allah onların əməyinin əvəzini versin. Onların ailələrinin səbrini və dözümünü məhz elə onların biləkləri kimi güclü etsin! Allah rəhmət eləsin!

Ölkəmizdə isə bu bir trendə çevrilir. Mütləq kimlərsə ölür ki, hansısa təhlükəsizlik tədbirləri görülsün. Sonradan görülsün. Niyə sonradan?

Həmin platformalarda olan şəraitsizliyi illər öncə elə məhz o çıxarılan “qara resursun” hesabına düzəltmək olardı.

Coşğun KƏRiMOV

Yazıya 760 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.