Tanınmış basketbolçu Ərdoğanın müşaviri oldu

erdoganTürkiyənin məşhur basketbolçu Hidayət Türkoğluna yeni vəzifə verilib.

 

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hidayət Türkoğlu prezident Rəcəb Tayyip Ərdoğanın baş müşaviri təyin edilib.

Hidayət Türkoğlu prezidentin müşaviri vəzifəsinə görə 60 min lirə maaş alacaq. Həmçinin keçmiş idmançı bu vəzifəyə aid xidməti avtomobil və cangüdənlə də təmin olunacaq.

Qeyd edək ki, Hidayət Türkoğlu Türkiyənin milli basketbolçusu olmaqla yanaşı 15 il Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur NBA komandasının oyunçusu olub.

Yazıya 582 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.