“20 min dollar xərcləmişəm, batsa…”

reqqaseTürkiyədən yeni qayıdan rəqqasə Aytən açmağa hazırlaşdığı butikindən danışıb.
musavat.com saytına açıqlama verən rəqqasə bildirib ki, yeni biznesi üçün 20 min dollar xərcləyib: “Türkiyədən yeni qayıtmışam, biznesimlə bağlı getmişdim. Dizayn etdiyim ayaqqabılar və oriyental rəqslər üçün libaslar artıq hazırdır. Mayın əvvəllərində şəhər mərkəzində butik açaraq ayaqqabıları satışa çıxaracağam. Bir müddət sonra isə libaslar müştərilərin ixtiyarına veriləcək. Artıq müştərilərim də var, hətta şou-biznes nümayndələrindən mənimlə ortaq olmaq da təklif olunub. Yeni işimlə bağlı çox həyəcanlıyam, uşaqlıq arzumu həyata keçirirəm. Bu işə 20 min dollar xərcləmişəm, inanıram ki, işlərim yaxşı gedəcək. Pulum batsa da, üzülmərəm”.

Yazıya 843 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.