Yaslara rəqqasələr dəvət edəcəklər

cinare

Çinarə Ömray

Biz faciəmizi də, dərd sərimizi də, sevincimiz də normal yaşaya bilmirik. Məsələn yas mərasimi.

Deməli kiminsə evində ölü öləcəyini ilk facebookdan öyrənirik. Məsələn birinin atası can verir tez telefonun ya planşetin əlinə alıb bir sts guppuldadır ki, bəs “atama dua edin can verir!”. Guya bu facebookdakılar allahın yaxın əqrəbəsidi və allah keçəmmiyəcək də bunların sözündən və bunun fb dostlarının hesabına bunun atasına 5,6 il təzədən yazacaqki get şellənn. Nəysə üstündən bir neçə saat keçir məlum olur ki, allah bunun dostlarının duasının heç belə vejinə də almadı öz bildiyiynən getdi və kişi keçindi. Deyirəm qızdaki fərasətə bax ki, “uspet” edib girir fb-e bidənə şap qara şəkil yapışdırır kapak fotorafına, atasının da qabaqcadan fotoşopla düzəltdiyi şəklində profil edib yazırki “Atam keçindi. Di hələlik getdim ağlamağa xurmayla çay fasiləsində gələcəm.”

Mənim anam kimisi də elə bir ayağı startda dayanır ki, görüm bu gün kim öldü. Qaçır ərinə xəbərə ki, “ə filankəs öldü getdiyee.” Hətta mərhumun qızının “Dua edin !” statusunu görən profisonal fb-çilər günorta evdə yemək də bişirmirlərki axşama filankəsgildə pendir, göyərti çörək yeyəcəyik, kişi ancaq axşama keçinər. Və qızın profilini ciddi izləməyə alırlar.

Hələ ölü evinə nəzər salsaq ağlaşmanın qızğın yerində kişilərdən biri gəlirki “Bəs dədəmin bir şəklin verin aparım böyütdürüm gətirim ki, baxıb yaxşı ağlıya bilsəsizdənə.” Qızı dil deyə deyə başdıyırki “əəə qardaş-ş-ş, qar-da-ş-ş-ş get gir facebok-ka-a orda mənim profil şəkli-mə-ə-ə-ə qoymuş-a-a-a-a-m göt-ü-ü-ü-r, böyüt-dü-r qar-da-ş-ş-ş , qar-da-ş-ş-ş.”

Ya da qız atasına ağı deyir ” camaatın dirisinə 5like yığammır, ölümüynən 500 like yığan hörmətli atama ay laylay”

Vallah mənim anam kəntdə kim can verir hamsın burdan öyrənir. Deyir qoy girim görüm filankəsin atasına o gün dua eləmişdim təsiri olub yoxsa ölüb?

Keçid alırıq mağara, yəni “Mərasim evinə” . Maraqli cox seyler bas verir burda. Bunlardan biri də odur ki, bir qadın (molla) gətirirlər ki, sən Allah ala bu 70 manatı bizi ağlat. Bu xala da özünə bir əl qatıb vallah gəl görəsən. 70 manatdan ötəri özün bir həlak edir. Biri deyir ki, halaldı qəşəy ağladır adamı. O biri deyir “bu lap 100 manatlıq ağladıre” , “mən də çağıracam öz yasımıza.” Molla xala da yerdən bu söhbətləri eşidib səsini biraz da qaldırır vallah “Ana seygahına” nətər başlıyırsa gözdüyürsənki ardı “leyli can leyli”yə çevirəcək amma çevirmir.

Vallah bu gedişlə gözləyirəm ki, birazdan yaslara rəqqasələr də dəvət edəcəklər. Ağır havaya qəmli-qəmli meyidin ətrafında yallı getmək üçün. Hələ fotoqraf da çağıran olacaq facebooka şəkil qoymaq istəyən olar birdən. Təsəvvür edin fotoqrafa yaxınlaşırsan ki,

- Atam, şəkil neçiyədi?

- Bacımsan mərhumla 10 azn, mərhumun yaxın qohumlarıyla 5azn. Tək qırağı qara lentli isə 3azn.

- Çox sağol atam.

Hələ mollanın vizitka paylamağı var, pəəhh.

Hə, yeri gəlmişkən 3 dəqiqə bundan qabaq da Filankəs xalanın qaynanası rəhmətə gedib. Qohum əqrəbələri də “halaldı sən kimi gəlinə ki, qaynanana belə qiymət verirsən.” , “O evi başacan yeyəsən bala” deyə statusa şərhlər yazıb və yas evinə yollanıblar. Başın sağ olsun Filankəs xala. Halaldı cəld gəlinsən…

Yazıya 781 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.