Zakir Talıboğlu — Çərşənbə payı

zakir  
İlaxır çərsənbəsi.  Evliliyimizin ilk ilaxır çərsənbəsi idi. Heç bir yerdə işləməsəm də, bayram axsamı üçün süfrəmizdə her seydən 
bir az vardi. Bunları dəqiq xatırlayıram: baliq,toyuq əti,qatıq,göy sogan,göy sarımsaq… Sam da kı öz yerində…İki nəfərə üç sam yandırmısdıq: ikisi yasıl,biri ag…
Bir neçə 
qonşu təbrikə gəldi. Bir yerdə neçə- neçə belə bayramı qarşılamağımızı arzuladılar. Əl-ayaq çəkildikdən sonra həyətə düsüb bir 
az gəzişdim. Gözəl hava vardı. Dag yerinə xas olmayan hal idi: alça,ərik çiçək açmış,həşəratların çoxu gizləndiyi yerdən 
çıxmısdı. Bir sözlə,builki yaz bize görə tez gəlmişdi. Evə girib,ordan- burdan söhbət etdik. Gah özümü təriflədim, gah da sit 
zarafatlarımdan etdim. Hər ikimiz çoxusaqlı ailədən oldugumuzdan bu bayram axsamı səs- küy üçün darıxdıgımızı hiss etdim.
Qaynatamgil 
yaxınlıqda yaşayırdı. Təzə gəlinə təklif etdim ki,bəlkə,atasıgilə gedək.O,əvvəl çiyinlərini çəkdi,sonra qaslarını yuxarı dartaraq “nə bilim”,– dedi. “Dur , dur, usaqlara pay zad götür gedək!”, – dedim.”Axi deyirlər,bayram axsamı hər kəs öz evində olmalıdır? Bəlkə, evimizi 
bos qoymayaq?”,- dedi. Elə bu vaxt həyətə açılan qapı döyüldü. Dəhlizə çıxdım. İçəri agzına sap keçirilmiş qırmızıya çalan bir torba 
atılmışdı. Əyilib götürdüm, amma içəri qayıtmaq əvəzinə,nədənsə ,bayıra çıxdım. İki addım atdıqdan sonra durub saga-sola boylandım,heç 
kim gözə dəymirdi. Ürəyimdə: “Əşii… hər kimdir dəə…” – deyib geri dönmək istəyəndə ayağıma yumşaq bir seyin toxunduğunu hiss 
etdim. –Lənət sənə,kor seytan…İlin bu vaxtında bu haradan çıxdı? Doğrusu,qorxmusdum, amma özümü o yerə qoymadım. Ayaqqabımın 
burnu ilə onun arxasından yavaşca vurdum:”Qurbağa deyil ee,ördəkdi , ördək. Bu boyda da qurbağa olar?!” -deyib içəri keçdim. Xonçadan 
götürdüklərimi torbaya qoya-qoya ürəyimdə: “Birdən mən yox,təzə gəlin o əcaiblə qarşilaşsaydi, necə olacaqdi?” – deyə fikirləşdim. Sorqogalı 
əlimə götürəndə “piff” edib gülməyimə şamlarin hər üçü səksəndi. Həmən an torbanı xonçaya boşaltdim,həyətə qayıtdım. Qurbağa 
gördüyüm yerdə dururdu. Torbanı tərs üzünə çevirib,əlimi içinə saldim. Bu minvalla qurbağani qamarlayib torbanın ipini çəkdim… 
Torbanı yenicə tumurcuqlayan alma agacının körpəcə budağından asdım. Qayıdıb pəncərədən güdməyə basladim. 
Qaranlıqdan iki oglan usağı çıxdı,torbanı budaqla birgə qoparıb əkiləndə onları tanıdım: qayınlarım idi:” Mən nə etdim!!!” Arxalarınca 
haylasam da, durmadılar… Özümü qapılarına yetirəndə,artiq ,iş- işdən keçmişdi. Pəncərədən boylandım; Hamı evin ortasında ayaq üstə 
dayanmışdı,balacalar bu küncdən- o küncə qaçır,qayınanam bir əlində süpürgə,birində xəkəndaz qurbağanı evdən çıxarmağa çalışırdı. Qayınatamın da vəziyyətini özünüz təsəvvür edirsiniz dəə… Qulaqlarımın dibinə qədər qızardığımı hiss etdim… Elə gəldiyim sürətlə də 
geri qayıtdım… Təzə gəlin qapıda gözləyirdı. Ağzını açmağa macal vermədim: “Keç içəri,üzümü yuyub,gəlirəm. Sən düz deyirsən,adam bayram axsamı öz evindən çıxmaz”,- dedim…

Yazıya 889 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.