Şəklinə səndən yaxınam

eminprofilkose

Emin Piri

 

Belə

Məndən baş çıxara bilmir
heç doğmaca anam belə…
Sənə də qəribə gəlir?-
nə təhər insanam belə.

Vurub öldürsən də buyam,
bir az atəş, bir az suyam,
bir az da qütb soyuğuyam.
Şaxta,
sazaq,
donam belə!

Dönüb sənə baxır hamı,
donub…
sənə baxır hamı.
Saçlarında buz salxımı,-
nə qırılam, sınam belə.

Şəklinə səndən yaxınam,
mən öz evimi yıxanam…
belə-belə işlər sonam,
get,
yaxşı yol, sonam…
- …
Belə!

 

Yazıya 966 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.