Çingiz Aytmatovu “KQB” ilə üz-üzə qoyan kitabı çap edildi

kqbAzərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu məşhur yazıçı Çingiz Aytmatovun ən qalmaqallı əsərlərindən olan “Üz-üzə” povestini çap etdirib.
Moderator.az xəbər verir ki, kitaba ön sözü millət vəkili, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli yazıb.
“Üz-üzə” povestinə görə yazıçısı senzura tərəfindən təzyiqlərə məruz qalıb. Çingiz Aytmatov əsərdə, müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, müharibədən qaçan insanın obrazını ədəbiyyata gətirib, arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazıb. İlkin nəşri zamanı əsərin tam variantda çapına imkan verilməyib, 1990-cı ildə yazıçı yenidən əsərə qayıdaraq yarımçıq qalan hissələri tamamlanıb.

Yazıya 579 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.