“Sabirin vəfatına ona görə təəssüf edirdilər ki, onu özləri öldürə bilmədilər”

fikret

Moderator.az saytının “Mənim kumirim” layihəsində biz heç nə danışmırıq, heç nə yazmırıq. Bir tanınmış şəxs öz kumirinin maraqlı tərəflərini, onun barəsindəki bilinməyən mətləbləri özü sizə danışır. Bu dəfə Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca böyük Sabir haqqında danışacaq. Biz kənara çəkilirik. Sizi üçlükdə qoyuruq: Mirzə Ələkbər Sabir, Fikrət Qoca, bir də ki, hörmətli oxucu SİZ özünüz.
-Sabir evdən niyə qaçmaq istədi?
-Məşədi Zeynalabdinin oğlu Ələkbərin 12 yaşı var idi. Seyid Əzim Şirvaninin dərs dediyi məktəbdə oxuyurdu. Atası biləndə ki, Ələkbərin məktəbdə oxumağı bir yana, hələ üstəlik şeir də yazır, Seyid Əzimin oğlunu zay etdiyini düşündü. Onu məktəbdən çıxardı. Şeirlərini alıb cırdı.  Oğlunu da baqqal dükanına qoydu. Məktəbdən çıxarılan, şeirləri cırılan, baqqal dükanına qoyuıan Ələkbər evdən qaçmaq fikrinə düşdü.
-Xorasanda niyə qala bilmədi?
-Xorasana gedən dəvə karvanına qoşulub qaçmaq istədi. O da baş tutmadı. Atasına həcv yazmaqla hayıfını çıxdı. O zaman Ələkbərin 12 yaşı vardı. Ələkbərlə bərabər evdən qaçmaq, mühitdən qaçmaq, lap özündən qaçmaq ideyası da böyüyürdü. Nəhayət, 22 yaşında səfərə çıxır. Xorasan,Səbzvar, Nişapur, Səmərqənddə olur. Deyilənə görə, o vaxt Xorasan ətrafında vəba xəstəliyi yayıldığı üçün Şamaxıya qayıdır.
-Bilinməyən Kərbəla səfəri…
-Az sonra Kərbəla səfərinə çıxır. Bunlar əslində səfər deyildi, axtarış idi- O, Mirzə Ələkbər Sabiri axtarırdı. Orada ədəbi mühit olacağına ümid edirdi. Amma bu arzusu boşa çıxdı. Burda da məclis başında mollalar, tacirlər, baqqallar idi. Ona elə gəlirdi ki, Şamaxıdan bir addım da kənara çıxmayıb. Kərbəlanın onun axtardığı diyar olmadığını görüb kədərlənir. Yaşamaq üçün Aşqabadı seçir, yola düşmək istəyəndə evdən məktub alır. Atasının vəfat etdiyini öyrənir. Ümidi, pənahı oğlu olan ananın məktubdakı fəryadı Sabiri evə qaytarır.
-Dünya ədəbiyyatındakı möcüzə…
-Sabir fikrimcə, dünya ədəbiyyatında bir möcüzədir. Onun şeirləri bu gün də dünyada bütün ölkələr üçün eyni dərəcədə müasirdir. Hansı xalqın dilinə layiqincə tərcümə edilsə o xalq onu öz müasiri, öz klassik şairi kimi sevə-sevə oxuyacaq.
-Necə, oxuyacaq? Sübut-dəliliniz nədir?
-Sübut istəyirsiz? Buyurun, baxın! Misal gətirəcəyim bu şeirin yüzdən artıq yaşı var. Cəmi bir neçə bəndini misla gətirəcəyəm?
“Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, İlahi?!
Məzlumların göz yaşı dərya olacaqmış
Dəryaları, ümmanları neylərdin, İlahi?!
Qeyrətli, danosbazlarımız iş bacarırkən
Tənbəl, dəli şeytanları neylərdin, İlahi?!”
İndi siz mənə dünyanın elə inkişaf etmiş  ölkəsini  göstərin ki, bu şeirin heç olmasa iki beyti orada ömrünü sürmüş, köhnəlmiş olsun…
 
-Gələcəyin şairi
Sabir həmişə gələcəyin şairidir. Dünya ədəbiyyatında bir Mirzə Ələkbər Sabir zirvəsi var. Çox acı bir həqiqətdir ki, bunu yalnız biz azərbaycanlılar bilirik.
-Öldü, öldürməyə qoymadı
Sovet dövrünün əvəvllərində Sabiri Azırbaycanb tanıyırdı, zirvə olduğun da bilirdi. Amma bu zorvəni gözrməzdən gəlirdilər. Necə görəydi axı?! Biləndə ki, inqilabdan əvvəl rəhmətə gedib (1911) və çarizmi tənqid edib, onda dərin bir “heyf” deyirdilər.
Əslində “heyf”i ona görə deyirdilər ki, onu ikinci dəfə öldürmək mümkünd eyildi.
-İndiki Sabir
İndi Mirzə Ələkbər Sabir Bakının mərkəzində Sabir bağında qranit kreslosuna əyləşib ətrafında dolaşan obrazlarını seyr edir. Bəziləri Sabirin ayağı altındakı skamyada dayanıb əsnəyir. Bəzisi isə”mersedes” maşını ilə heykəlin yanından keçir, maşınına yeni qoyduğu inək səsi çıxaran siqnalını verir. Əslində o səs maşından deyil, o maşını sürən adamın öz içindən gələn səsdir.
 
Qeyd: Layihə yazısında Fikrət Qocanın Sabirə həsr etdiyi məqalələrdən istifadə edilib.

Yazıya 737 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.