Mükafat Yaqubov – Ovçuya dağ göstər…

mukafat yaqub“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının  “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

 

(hekayə)

Azərbaycanın iqtisadi cəhətdən tərəqqisində turizm sektorunun  da payı var.. Dünya ölkələrinin çoxu turizm sayəsində büdcələrini təkmilləşdirir  və gücləndirirlər. Bubaxımdan respublikamız hələ gənc olsa da, xeyli irəliləyişlər var. Turizmin inkişafı üçün Azərbaycanda dövlət proqramları da qəbul olunub. Bu sahəyə dövlət dəstəyi günü-gündən artırılır.

Azərbaycan turizm sənayesi üçün tam perspektivi olan ölkələr sırasında yer alıb. Hərtərəfli iqlim şəraiti, gözəl təbiəti, tarixi abidələri və dövlət dəstəyi turizm potensialından istifadəyə maksimum şərait yaradır. Gözəl, əzəmətli dağlar, çəmənlər, çaylar, mənzərəli meşələr, şəlalələr, dəniz və göllər, tarixi, maddi-mədəniyyət abidələri, təbiət abidələri, müalicəvi infrastruktur respublikamızda turizmin bütün sahələrini əhatə edəcək qədər zəngin potensiala malik bir turizm bazasının göstəricisidir. Qalır bu nemətlərdən lazımınca istifadə   etmək, turizm        biznesini genişləndirmək və qazanc əldə etmək. Turizm gəlirli sahədir və buradan yaxşı qazanc əldə etmək olar. Lakin mənə elə gəlir ki, qazancdan əvvəl xərclərimizi bilməliyik. Yəni, “biznəistəyirik, turizm və turistlər bizə nə verəcək?” fikirlərindənəvvəl, bizözümüzturistlərənə verəcəyik və necə təqdimedəcəyiksualınacavabtapmalıyıq. Turistinistədiyihərşeybizdəvar, lakinçoxluqazancxatirinəeləəvvəlcədənonuqorxutmamalıyıq, yənihəddindənartıqxərcəsalmamalıyıqki, yenədəgəlsin. Həmişəlikbizimmüştərimiz,eynizamandaölkəmizinvurğunuolsun.

Doğrudur, respublikamızdaturizzmininkişafıüçünçoxluişlərgörülüb. Turististirahətmərkəzləri, beşulduzlumehmanxanalar, restoranlar, hətta, kəndturizmilazımıncaqaydayasalınıb. Lakinturistlərin,- fərqiyoxdur, istərxarici, istərsədəyerli, – arzu, istəkvəməqsədləri nəzərə alınıbmı, öyrənilibmi?.. Əlbəttəki, turistlərilknövbədəistirahətəgəlir, ammabununlayanaşı, öyrənmək və istifadə etməkməqsədidəvar.   Onların istədiyiniyerinəyetirəbilirikmi?.. Axı, turist bunlarüçünkifayətqədərpulxərcləyir, əvəzindənəaparır,-həmmaddi, həmdəmənəvi cəhətdən onlarıtəminedəbilirikmi?… Bunlarısosiolojisorğular, anketlərvə müsahibə nəticəsində öyrənmək  yaxşı olardı. Turistləreynizamandaöyrətməkdəistəyirlər, öztəbliğatlarınıaparmaq, ideyalarını sırımaq istəyirlər. Bax, beləvaxtlardaehtiyatıəldənverməkolmaz. Ənəsası, bizöztariximizi, mədəniyyətimizi,incəsənətimizi, adət-ənənələrimizi, folklorumuzu, əxlaqımızı, tolerantlığımızı, multikulturaldəyərlərimizi, mentalitetimizi, mənəviyyatımızıonlaraaşılamalı, təbliğ etməliyik.Yad, zərərliinteqrasiyalardançəkinməliyik. Bununüçünsavadlı,xaricidilləri mükəmməl bilən, vətənpərvər mütəxəssislərimiz gərəkdir… Turizmsahəsininmütəxəssisləridaimözüzərindəçalışmalı, öyrənməli, xüsusəndə, xariciölkələrintəcrübələrinimənimsəməlidirlər. Və əsasən də, bir-neçə sualın cavabını araşdırmalı, nəticə çıxarmalıdırlar. Misalüçün, -  “Turist, ölkəmizə nə gətirmişdin və nə aparırsan?”  Bu  sual əlbəttə ki, simvolik məna daşıyır, amma cavabının turizm sektoru üçün böyük əhəmiyyəti var. Və yaxud da ki, – “Turist, ölkəmizə yenə gələcəksənmi?”  Belə suallar turistə yəqin ki, başqa cür verilir, ayrı cür dialoqlar olur, amma mütəxəssis  bu sualların cavablarını, öz-özlüyündə də olsa, mütləq öyrənməlidir ki, işində təşəbbüskarlıqlar və irəliləyişlər olsun.

Turistlər üçün marşrutlar təyin edilərkən, ilk növbədə onların mədəni istirahəti,təhlükəsizliyi və maraqları nəzərə alınmalıdır. Onların maraqlarını öyrənməklə öz mədəniyyətimizi təbliğ etmək daha asan olar… Həm də onların maraqları xidmətin keyfiyyətinə təsir edə bilər.  Turizm dünyanın qlobal əhəmiyyətə malik, müxtəlif  ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan,  mədəniyyət, ideoloji inteqrasiya, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahə kimi dəyərləndirilir və onun inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində maraq  göstərilir.

Turistlər  (istər xarici, istər yerli)  muzeyləri, tarixi abidələri, qalereyaları və mədəniyyət obyektlərini  bir dəfə ziyarət edirlər. Təkrarən həmin yerlərə getmək onların marağında deyil. Belə yerləri də bir və ya bir-neçə günə başa vurmaq olar. Bəs sonrakı günlərini necə maraqlı keçirsinlər?  Turistlər,  bizim təbirimizcə desək, təkcə “yeyib-içməyə” gəlmirlər, onlar həm də mənəvi qidalanmaq istəyirlər. Başqa cür desək, yeyib yatmağa yox, öyrənməklə mənən qidalanmağa   gəlirlər. Muzey və digər mədəniyyət müəssisələrini gəzdikdən sonra onları burada saxlamaq üçün turistlərə maraqlı kitablar paylamalı deyilik ki…. Onlar kitab oxumağa yox, bəlkə də əksinə gəzdikləri, gördükləri yerlər haqqında kitab yazmağa gəlirlər. Ona görə də daha kreativ tədbirlərlə qonaqlarımızı ləngitmək lazımdır. Yəni ki, darıxmamaqları və bizdən bezməmələri üçün yeni-yeni cəlbedici perspektiv planlar düşünülməlidir. Turist bu gün bu restoranda yediyi qiymətli təamı heç sabah yemək də istəməz. Çünki onun da cibinin bir limiti var. Həm də həmin yeməyi o müxtəlif yerlərdə, hətta, öz yurdunda da yeyə bilər. Amma o, kəndə gedib bal arılarını görsə və elə oradaca da balla bir-neçə stəkan çay içsə, bu ona həm ucuz başa gələr, həm maraqlı olar, həm də orijinal bir qida qəbul etmiş olar. Belə vaxt yenə də biz qazancağıq. Çünki arıçı öz məhsulunu öz yerində satacaq, hələ bəlkə bir azda çox satacaq. Təmiz balı qonaqlar elə oradan alacaqlar. Evləri üçün də aparmağa dəyər. Deməli, kəndli qazanır,turist qazanır, turizm bazası da gələn il, növbəti mövsüm üçün yer qazanır. Hələ kəndin motal pendiri, nehrə yağı, südü, qatığı, qaymağı, yumurtası da turistin gözündən yayınmayacaq. Belə bir ləzzəti və fürsəti heç bir turist əldən verməz. Turist kabab çox yeyib, amma  isti təndir çörəyi ilə yağlı motal pendirini harada görüb ki… Yenə hər üç tərəf qazanır: turizm sektoru, kəndli və turist özü… Bax belə yerdə deyirlər ki,  kəndlinin malı getsin, turistin damağı dada gəlsin… bal, motal pendiri, nehrə yağı, təndir   çörəyi, süd, qaymaq, ayran, qatıq və s. istirahət mərkəzinin menyusunda varsa da, kəndlinin süfrəsində daha ləzzətli, orijinal, saf, təmiz, maraqlı və ucuz başa gələcək…

Bəs, turistləri kəndə necə cəlb etmək olar?.. Çox sadə üsulla… Yarış təşkil edilir və bunun üçün, hətta, mükafatlar, prizlər də təyin etmək olar. İştirakçıları tək-tək, yaxud komandalara bölməklə, yarışmanın şərtləri açıqlanır. Belə ki, təyin olunmuş marşrutlarla bu gün (bir-neçə gün də ola bilər, bunu təşkilatçılar yerli mühit və şəraitə uyğun, özlərinin xüsusi nəzarəti ilə, təhlükəsizlik tədbirləri görmək şərti ilə) iştirakçılar bir-neçə kəndi keçməklə son məntəqəyə çatıb orada olan həmin kəndin nemətlərindən müəyyən miqdarda, müəyyən olunmuş müddətə qədər istirahət mərkəzinə gətirməlidirlər. Məsələn, kəklikotu, nanə, itburnu (meyvəsini, yaxud çiçəyini), sancıotu, yovşan, uşqun, dombalan, göbələk, qaragilə və yaxud meyvələrdən, ərik, şaftalı, gilas, alma, armud, albalı, gavalı və.s. nemətləri turistlər özləri yarışmaq naminə, maraqla və həvəslə gedib həmin kəndlərdən ucuz qiymətə alacaq, orada onları özü dərəcək, yeyəcək, lazım olan qədər də gətirəcək. Maraqlı bir və ya bir-neçə günü yarışla başını qatacaq. Nəticədə evə gedəndə hazır pay aparacaq, daha bazara gedib,təmiz  bal,motal pendiri,nehrə yağı, kəklikotu, nanə, ərik, qaragilə, itburnu və s. axtarmayacaq.Öz tədarükünü, sovqatını ucuz qiymətə özü əldə edəcək… Və yenə də üç tərəf: turizm sektoru, kənd təsərrüfatımız, turistlər özləri qazanacaq. Belə yarışlar,  intellektual müsabiqələr ölkəmizin, xalqımızın tarixinin, adət-ənənələrinin öyrönilməsinə səbəb olacaq,  millətimizin qonaqpərvərliyinin (sözsüz ki, kəndlərdə turistlərə pay verənlər də olacaq, çünki xalqımızın adətidir, yerindən alana pay vermək) mehribançılığının, tolerantlığının bir başa ünsiyyətlə öyrənilməsinə, öz gözləri ilə görməklə anlaşılmasına (daha mühazirə ilə yox) səbəb olacaq.  Turistə marşrutu göstər, nümayəndə qoş, təhlükəsizliyini təmin et, sonra sərbəst burax… Necə deyərlər,  “ovçuya dağ göstərərlər”… Sonra onlar özləri öz işlərini yaxşı biləcək. Həm yarışda iştirak edəcək, dincələcək, həm özü üçün ekzotik qida tapacaq, həm də pul xərcləyəcək… Turistin təbiət və tarixi abidələri  görməyə də vaxtı çatacaq. Çünki məqsəd elə maddi-mədəniyyət abidələrini, dağları, qayaları, şəlalələri, kəhrizləri, soyuq bulaqları, mineral su mənbələrini göstərmək, yerli əhali ilə təmas qurmaq, ticarət yaratmaqdır. Və bu baş tutacaq, hələ onlar mənzərəli yerlərdə selfi çəkdirib paylaşacaqlar da… Yerli relyefin dağ-mədən süxurları, mineral suları, müalicəvi əhəmiyyətli bitkiləri, bulaqları ilə maraqlanacaq və onları əyani surətdə seyr edəcəklər… Maddi-mədəni , tarixi, incəsənət abidələri ilə də, daha muzeydə yox, yerində tanış olacaqlar… Yerli əhali ilə münasibətlərdə, adət-ənənələrimiz, qonaqpərvərliyimiz, mehribançılıq və sülh arzularımız, tolerantlıq, çoxmillətliliyimiz, dost və qardaşlıq şəraitində müsəlmançılığımız, səxavətimiz, əxlaqımız, etikamız… turistin vətənində ağız dolusu danışılacaq.

Turizm Mərkəzlərində milli rəqslərimiz, meydan tamaşaları, milli oyunlarımız turistlərin öz iştirakı ilə ifa olunarsa nə qədər maraqlı, unudulmaz olar…  Diskoteka və estradadan doymuş turistlər nə isə təbii, qədimi, maraqlı,  macəralarla dolu bir  səyahət arzusundadırlar. Bunlar isə həm maraqlı, təbii, qədimi, həm də   macəraqarışıq  şən, zarafatlarla bol, komik bir həyatın təzahürü olacaq. Evə aparılacaq sovqatlar, paylar, suvenirlər, bukletlər xalqımız haqqında dolğun fikirlər yaradacaq. Onlar yenə də bu diyara səfər etmək üçün can atacaqlar,- özləri, övladları, tanışları… Bütün bunlar sadə bir təşkilatçılıqla başa gələ bilər…

Azərbaycanın turizm potensialı yüksəkdir və hələ yeni-yeni turizm növləri də yarana bilər. Perspektiv ürəkaçandır. Tur Heyerdal demişdir: “Azərbaycanın mədəniyyət və incəsənət tarixi öyrənilməmış Mesopotomiyadan da qədimdir.” Məhz buna görə də xarici turistlər Azərbaycana axışacaq, yeni tapılmış tarixi abidələrlə tanış olmaq istəyəcək və Azərbaycanı xarıcdə təbliğ edəcəklər.Təki sağlıq olsun, sülh olsun, turistə onun istədiyi keyfiyyətli xidmət göstərilsin… Məşhur atalar sözünə mən belə bir əlavə edərdim:  “ovçuya dağ  göstər, turistə marağ…”   Əslində, bu müdrik kəlam, əlavə olunmuş fraza ilə birlikdə, turizm şirkətlərinə daha çox aiddir və bunu şüar eləsələr  yaxşı olar…

Respublikamızı qarşıda çoxlu beynəlxalq tədbirlər gözləyir. Deməli, çoxlu da turistlər olacaq. Onları burada ləngitmək, respublikamızı onlara sevdirmək və turizm biznesini inkişaf etdirmək üçün dağ turizmi, kənd turizmi, dəniz  turları, ekstremal turizm, müalicə turları, əyləncəli, macəra turları, müxtəlif ekskursiyalar, gəzintilər təşkil etməzdən əvvəl qonaqlarımızın maraqlarını kəşf etmək, istəklərini öyrənmək turizm mütəxəssisləri üçün, turist şirkətləri və mərkəzləri üçün mütləq   bir zərurət olmalıdır. Əsas məsələ, bizim yox, turistin nə istədiyini öyrənməkdir ki, uğur və qazanc da buradan başlayacaq.

Hər tədbirdən, hər turdan sonra turizm müəssisələrinin kollektivləri görülən işlər barədə  hesabat verməlidirlər ki, səhvləri və yeni ideyaları müzakirə olunaraq faydalı perspektiv planlar tutulsun, uğur, qazanc əldə etməyin yeni yolları araşdırılsın, ideyalar irəli sürülsün.

Ölkəmizə gələn turistlərə elə xidmət göstərilməlidir ki ,buradan narazı getməsinlər və qazancımız da halal olsun… Biz  qazandığımız kimi, turist də qazansın…   Turist təkcə pul xərcləməyə gəlmir. O, bəlkə də, xərclədiyinin müqabilində iki qat qazanmaq istəyir. Bu qazanc isə onun fiziki, mənəvi və intellektual qazancı olmalıdır. Evinə apardığı suvenir orijinal sovqat  və daimiyaşar, əbədi, unudulmayan  gözəl xatirələr,  xalqımıza, millətimizə, ölkəmizə, mədəniyyətimizə, rayonumuza, bölgəmizə, istirahət mərkəzimizə məhəbbət  olmalıdır… Və… bir daha bu yerlərə qayıtmağa həvəs, maraq, cazibə olmalıdır…

Yazıya 637 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.