Bəxtiyar Hidayət – Dostlarım varıydı, nə dostlar…

bextiyarDostlarım varıydı, nə dostlar
Dağ üstə dağ qoyardılar
Dağları qoyub açdılar

Dağlarım varıydı, nə dağlar
Torpağım varıydı, nə torpaq
Quş gəlsə qanad salardı, qatır gəlsə dırnaq
Erməni gəldi məskən saldı

Sevgilim varıydı, nə sevgili
Sən çıxma mən çıxım deyirdi aya
Sən çıxma mən çıxım deyirdi günə
Yağlı əppək olub çəkildi göyə

Günlərim varıydı, nə günlər
Ayağıma tikan batardı
Dünya beynimə batmazdı
Indi əlçatmazdı

Sən bu boyda dünyanı
Altı günə yaratdın
Milyon ildi ədalət yarada bilmirsən ancaq
Ürək boşaltmağa adam tapmıram
Şüşə boşaldıram, bağışla, Allah

Yazıya 848 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.