“Misra.az” misra-misra sizlərlə…

misra.azİnsanların əksəriyyəti, həyatında bir dəfə də olsa belə, şeir yazır. Təəssüf ki, öz oxucusunu tapmayan və bu səbəbdən heç kəs tərəfindən qiymətləndirilməyən misralar, yaddan çıxıb unudulur. Onların içində, bəzən, çox gözəl əsərlər həmişəlik itirilir. Eyni zamanda, bir çox insanın şairlik istedadı olduğu halda belə, şeir formaları və yazılış qaydaları haqda xəbərləri belə yoxdur.
Azərbaycan cavanlarını şeiriyyat dünyasına yaxınlaşdırmaq üçün, həmçinin vaxtlarının mənəviyyatları üçün daha səmərəli keçirilməsi naminə, 2010-cu ildən Azərbaycanın ilk Şeir Portalı – “Misra.az” fəaliyyətə başladı.
Qısa müddət ərzində Misra.az gənc şairlər üçün əsl məktəbə çevrildi. Öyrətmə maraqlı formada, dərs keçirilmədən, sadəcə dərc olunan əsərlərə resenziya yazmaq, müəllifi dialoqa dəvət etmək vasitəsi ilə aparılır. Şairlik yoluna təzəcə qədəm qoyan yoldaşlarına daha bilikli və təcrübəli şairlər məslahət verərək, səhvlərini göstərərək kömək edirlər.
Bu gün saytda artıq min yüzdən artıq müəllif qeydiyyatdan keçib və iki mindən artıq əsər dərc olunub. Klassik şeir formaları ilə yanaşı əsərlər 20 artıq milli şeir formasında da tamsil olunub.

Misra.az saytının yeni yazarların şairlərin üzə çıxmasnda oxucularını tapmasında danılmaz əməyi var .Hər kəsin kitab çap etməyə vəsaiti və imkanı olmur məhz buna görədə şairlər yazarlar yazdığı şeirlərə oxucu tapmaqda çətinlik çəkir.Amma misra.az saytı elə bir mükəmməl şərait yaradıb ki,yazarlar öz əsərlərini təqdim etməklə yanaşı şeirə qarşı olan münasibətidə görür və qüsurları səhvləri varsa rezensiyalardan nəticə çıxardıb daha da gözəlləşdirir.

Saytın təsisçisi və administratoru-Fuad Kərimov

Redaktor-Fəridə Ağayeva

 

Yazıya 1071 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.