Real Aykido Federasiyasının təşkilatçılığı ilə imtahan keçirilib – FOTOLAR

Noyabrın 27-də Azərbaycan Real Aykido Federasiyasının təşkilatçılığı ilə müxtəlif idman dərəcələrinə imtahan keçirilib. İmtahanda Federasiyanın fəaliyyətdə olan 6 klubundan 100 – ə yaxın idmançı iştirak edib. İmtahandan uğurla keçənlər 2017-ci ilin may ayında Bakıda keçirilməsi nəzərdə tutulan Real Aykido üzrə 5-ci beynəlxalq seminar və kəmərə imtahanda iştirak etmək hüququ qazanıblar. İmtahanda uğurlu çıxış edən idmançılar sertifikatla təltif olunublar. Məşqçilər isə Federasiya tərəfindən xüsusi təşəkkürnamə alıblar. Qeyd edək ki, bu cür tədbirlər Respublikamızda ildə iki dəfə keçirilir. Respublika daxili imtahanı Azərbaycan Real Aykido Federasiyasının prezidenti, 4-cü Dan qara kəmər ustası Fariz Abdullayev, Beynəlxalq tədbirdə isə Ümumdünya Real Aykido Federasiyasının prezidenti, 6 – cı Dan qara kəmər ustası Sanja Vracarevic və Real Aykido üzrə professor, 6-cı Dan qara kəmər ustası İgor Petrovic qəbul edirlər.


 

1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1

Yazıya 651 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.