YARALI BƏXTİYAR – TƏZƏ ŞEİRLƏR

 

bextiyarTanıya bilmirik haqq deyiləni

Nə bir manşırı var, nə ənəyi var

Ədalət mələyi polisdən betər

Tərəzi yerinə dəyənəyi var

-

Hamı bu quyuda şən təki oldu

Sonu “tülkü, tülkü, tünbəki“ oldu

Azadlıq bir büküm tənbəki oldu

Onun da o qədər nəxənəyi var

-

Dərd oldu sinədə beçə ki qardaş,

Çoxdan qarışmışıq heçə ki qardaş

Var o haqq- ədalət, necə ki qardaş

Mirzə Babayevin kəpənəyi var

-

Bəxtiyar, çoxumuz sağ deyil bizim

Demə dövran deyil, çağ deyil bizim

Küldü, başımızda qoğ deyil bizim

Alma o şampunu, nə köməyi var?

TUTMA ƏTƏYİNDƏN ƏL TUTMAYANIN

.

Tutma ətəyindən əl tutmayanın

Bir gün qapısından kürüdər səni

Lap da ürəyini buz kimi saxla

Buz kimi ayaqdan əridər səni

-

Bir gün əl açmaq da eyləməz əlac

Ya başın küllənər, ya küllənər sac

Usanma zəhmətdən, bir gün ehtiyac

Düşmən qapısına yeridər səni

-

 

Ömür bir gövhərdi, çirkə bularsan

Itirib özünü çətin bularsan

Hər gədə- güdəyə quyruq bularsan,

Bir tulapayına kiridər səni

-

Yüz söz de, nadana eyləməz əsər

Nə başı götürər, nə ağlı kəsər

Yaralı Bəxtiyar, eylə müxtəsər

Sözü çürüdərsən, çürüdər səni.

-

DEMƏDİMMİ…

.

Demədimmi çərhəyadan uzaq gəz

Çox çəkərsən o səhvinin altını

Lap dözümdə dəmir adam olasan

Bir-bir sökər şrupunu, boltunu

-

 

Görmürsənmi həya gedib ar azdı

Baş götürüb gedib itdi, ər azdı

Qohum qardaş arasında Arazdı

Kür aparmaz ürəyinin xıltını

-

Qurtarmazsan bir yol keçsən cənginə

Yüz dili var, vuran yoxdu ənginə

Zamin qoyub zalımların bangına

Işə salıb qohum, qardaş, eltini

-

Gedib dolan ha oba, kənd, ha şennik

Yoxdu belə fırıldaqçı, maşennik

Səndən qaçar ha xoş saat, ha şənnik

Tanrı kəssin beləsinin sortunu

-

De Bəxtiyar, lənət sənin zəndinə

Inanmısan, göz yaşına, andına

Hər kim düşsə beləsinin fəndinə

Əldən verər açarını, pultunu

-

GƏRAYLI

.

Mən ki qaldım dar ayaqda

Dost getdi, yığnaq əridi

Böyür –başdan səs çıxmadı

Sol boşaldı, sağ, əridi

-

Kotan saldım daşa çıxdı

Bircə dərdim beşə çıxdı

Ömrüm- günüm boşa çıxdı

Zaman dondu, çağ əridi

-

 

Alt-üst edib bulmayanda

Dibdə bir şey qalmayanda

Evimdə yağ olmayanda

Ürəyimdə yağ əridi

-

Günüm əzab edən dərdə

Bağrıb kabab edən dərə

Bəxtiyar tab edən dərdə

Qaya uçdu, dağ əridi

-

DƏLİ KÖNÜL HEÇ ÖZÜNÜ ÖLDÜRMƏ

.

Dəli könül, heç özünü öldürmə

Bu dünyada yiyəsisən heçincə

Bir tikə çörəknən yavanlıq eylə

Özgə hesabına yeyib- içincə

-

 

Gen dünya başına etməsin darlıq

Zatı qırıqlarla etmə bazarlıq

Əlindən gəlməsin mərdiməzarlıq

Bu dünyadan çiyinlərdə köçüncə

-

Nə arxa- dayaq gəz, nə tanış- biliş

Çırmayıb qolunu zəhmətə alış

Öz əlin, öz başın, cabala, çalış

Hər gədə - güdəyə ağız açınca

-

 

Bir gün olar domba çıxar hamar da

Tutularsan, qanın donar damarda

Nanəcibə, nakişiyə, namərdə

Boyun əymə ruh bədəndən uçunca

-

Yaralı Bəxtiyar, gəlsin harayın

Eybi olmaz, daşdan çıxsın çörəyin

Dağa dönsün, böyük olsun ürəyin

Kiçik olsun günahınca, suçunca

————-

SƏN DƏ SABUNLANIB…

.

-

Bu qara günlərə düşməzdin, könlüm

Qaranı ağ kimi görməyi bilsən

Itin ulayardı ömrün uzunu

Sən də bir qab yala hürməyi bilsən

 

 

Bağçalıq alardın, güllük alardın

Hesabı bu başdan illik alardın

Əqidə verərdin, qulluq alardın

Almağı bacarsan, verməyi bilsən

 

 

Birinə yamanıb birinə yapış

Az onann savaşıb, az bunnan qapış

İndi şeytana da tikirdin papış

Beş- on başa corab hörməyi bilsən

 

 

Yaralı Bəxtiyar, ağırdı daşın

Göz aLtda ölümün, yaş üstə yaşın

Sabunlu kəndirdə qalmazdı başın

Sən də sabunlanıb girməyi bilsən

 

-

TÖKÜLÜR

.

Ay ata ocağm, ay ana yurdum

Sənsiz ürəyimin başı tökülür

Səndən uşaq ikən çıxanın indi

Saqqalı ağarır, dişi tökülür

-

 

Sinəmdə daş varmış ürək yerinə

Zəhərmiş yediyim çörək yerinə

Mən gedə bilmirəm Mərək yerinə

Dolanır Bağdadın quşu tökülür

-

 

Baxan yüz dərdimin gördümü üçün?

Əyildik ellərin yardımı üçün

Çınqıl bulağının qurtumu üçün

On yerdən gözümün yaşı tökülür

-

Əlim Qazançıdan aralı qaldı

Soldu gül irəngim saralı qaldı

Bəxtiyar o vaxtdan yaralı qaldı

Içi parçalanır, dışı tökülür

-

 

BİR AZ

Sözünə- gapına yiyəlik eylə

Çək ağzının qaytanını dart bir az

Uzat ayağını yorğana binəm

Üstüaçıq ayıbını ört bir az

-

Dosta kəc baxanın gözü portdaya

Çox hoppanıb- düşən bənzər çərtdəyə

Üsyan eylər , canın yığsan xirtdəyə

Baxmaginən kirmiş olur mərd bir az

-

Ağır olar yüngüllüyün bədəli

Dərs olsun fələyin müsibət əli

Qonuya- qonşuya dəyər şətəli

Bir kimsədə xarabdısa sort bir az

-

Yaralı Bəxtiyar deyər yerində

Zibil üzdə, inci- mərcan dərində

Gəzmə müxənnətin həndəvərində

Artıq olar kədər bir az, dərd bir az

-

AŞAĞI

.

Getmə havalanıb çox yuxarıdan

Özünü bir azca daşı aşağı

Gec olacaq başın daşa dəyəndə

Tökginən ətəkdən daşı aşağı

-

Yaxını görməyən çatmaz uzağa

Dərəni keçməyən yetişməz dağa

Biri səbəb durub çəkər qabağa

Dartar ayağından beşi aşağı

-

Mərdin on gününün beş ağı olsun

Yaz yaşılı olsun, qış ağı olsun

Eyb etməz, qoy əlin aşağı olsun

Çalış, olmayasan başı aşağı

-

 

Bağbanlar əlləşər barınnan ötrü

Almasınnan ötrü, narınnan ötrü

Bir boğazdan ötrü, qarınnan ötrü

Salmaz hörmətini kişi aşağı

-

 

Yaralı Bəxtiyar bilmədi sağ- sol

Dizi sıyrıq- sıyrıq, kürəyi zol- zol

Bekar zamanadı, gözüaçıq ol

Bici başa çəkir, şaşı aşağı

-

GƏTİRİR

.

Bir şəkil tapanda Əskiparadan

Üzümə tutalğac yeri gətirir

Özümü götürüb anrı aparır

Köhnə zamanları bəri gətirir

 

Nə yerim yeriymiş nə göyüm göymüş

Nə çəpərim çəpər, nə öyüm öymüş

Gör Sarı Bulağın həsrəti nəymiş

Bu qara rəngimə sarı gətirir

 

Xeyirimdi şər vaxtının şəkili

Bağçasının bar vaxtının şəkili

Qazançının qar vaxtının şəkili

Canıma xəcalət təri gətirir

 

Bilmədim neyləyib yapdığımı heç

Gedəndə düz yoldan sapdığımı heç

Gözlərim seçəmmir tapdığımı heç

Monitor gözümə toru gətirir

-

ÇƏKİLİB

.

Hər kim üz qaraldıb, süysün qızardır

Yəqindir namusu, arı çəkilib

Axsaqlar həmişə irəli düşüb

Ha vaxt ki örüşdən sürü çəkilib

==

Adamlar ət adam, bir də daş adam

Qanmaz min adamdı, qanan beş adam

Çənədən saz adam, içiboş adam

Nağaradı, üstə dəri çəkilib

==

O dal dəsmallayan- deyim düzünü

Dəsmallıq edəcək elin gözünü

Baqaja qoyacaq gündə yüzünü

Hələ maskalanıb geri çəkilib

==

Nadan küyə düşüb, başa düşməyib

Göylər aha düşüb, quşa düşməyib

Bir adam ki bərkə- boşa düşməyib

Anrı dartınanda bəri çəkilib

==

Söz deməz boşuna şair Bəxtiyar

Dəyər bir qoşuna şair Bəxtiyar

Baxtafar başına, şair Bəxtiyar,

Bir- iki yaranın yeri çəkilib.

.

DİVANİ

.

Bir adam ki doğru yoldan səmtini tez döndərər

Onu nə məsləhət əylər, onu nə söz döndərər

Bir oğrunun məharəti yüz doğrunu yanıldar

Tərs geyib ayaqqabını gedəndə iz döndərər

-

Gəzirik az- az tapırıq əldə çıraq biz düzü

Iki düzü bir yerə yığ, qəbul etməz düz düzü

Əyri yola çəkəsidi bircəəyri yüz düzü I

şin möcüzəsi odu, əyrini düz döndərər

-

Adamın yaxşısı odu, haq yeməyə, haqq ala

Bəxtiyar deyər dediyin, əlli yerə şaqqala

Bığının altdan keçənlər salam verməz saqqala

Tale ki verdiyin alar, dövran ki üz döndərər

-

 

AVTOPORTRET

Bir kərpic dəftərdə şeir yazmaq

Özü də bağ- bağçada işdən sonar

Yüz kərpickəsənin əziyyətidi bu

Və yaxud Bir süd dəftərində nəsə yazmaq

Anamdan əmdiyim südün

burundan gəlməvəziyyətidi bu

Mənim kimi yazar tapmaq asanmı səncə

-

 

Məni çox yerlərdən araladılar

Adımı hər yerdə qaraladılar

Cəhənnəmə qaralasınlar

Mən də torpağın üzünü qaralayıram

Noolsun ki

Nisyə dəftərindən adımı qaralada bilmirəm

Mənim kimi yazar tapmaq asanmı səncə?

-

Zəhmətdimi, it zulumudumu

Əllərim qabar- qabar

Ölmüş hüceyrələr dirildir məni

Mən də ölmüş cəmiyyəti diriltmək istəyirəm

Mənim kimi yazar tapmaq asanmı səncə.

-

 

Haqqımı məmurlar yeyir

Istedadsız yazarlar yeyir

Cücələrimi siçovullar

Kartofumu danadişi

Ev doludu dərmanla

Siçan dərmanı, danadişi dərmanı və ürək dərmanı

Mənim kimi yazar tapmaq asanmı səncə.

-

 

Kiməsə sarmaşıq kimi sarılmadım

Kiməsə calamadım özümü

Belə şeylər həmişə mənə ar gətirdi

Əvəzində Becərdiyim lobyalar payalara sarmaşıb qalxdılar

Caladığım ağaclar yaxşıca bar gətirdi

Mənim kimi yazar tapmaq asanmı səncə.

-

 

Ürək şeir yazdırdı, ürəkdən yarımadım

Beyin hekayə yazdırdı beyindən yarımadım

Qapı -bacaya yaxşı peyin vermişəm

Deyəsən elə peyindən yarıdım

Məhsulum bol olacaq payından yarıdım

Axı mən bu ömrün nəyindən yarıdım

Mənim kimi yazar tapmaq asanmı səncə

-

Iki qanadım vardı, qirdılar

Cəhənnəmə qırsınlar

Indi əlimdə dördqanad yaba var

Dilimi, dişimi bağladılar

Cəhənnəmə bağlasınlar

Indi əlimdə 10 dişli dimrıq var

Haqqımı tapdadılar kərənti kimi

Cəhənnəmə tapdasınlar

Indi sözüm daha itidi

Mənim kimi yazar tapmaq asanmı səncə.

-

 

Indi qulaq asdığım mahnılar

Ürək döyüntülərim dəstiri tapdaq səsi

Yehrə vuran kərənti səsi

At kişnərtisi, üzəngi səsi

Yorğa at yerişi,

Dördayaq at yerişinin birənti səsi

Və mən müasir yazaram

Mənim kimi yazar tapmaq asanmı səncə.

.

 

AY QA

.

Elə zamanadı, qohum da, yad da

Kasıbı yadına az salır, ay qa.

Nadanlar hikmətdən elə danışır

Kövük dodağında iz salır, ay qa.

-

Tarix eşələyir vələduznalar

Etdi nadan nələr, dələduz nələr

Əyri heç, gör edir hələ düz nələr

Bağrımın başına köz salır, ay qa

-

Evin divarını nəm vurur ən çox

İnsanı içindən qəm vurur ən çox

Qeyrətsiz qeyrətdən dəm vurur ən çox

Oğru doğruluqdan söz salır, ay qa.

-

Yaralı Bəxtiyar boşuna demir

Kəsərdən küt olmaz döyülən dəmir

Mənasız bir həyat, mənasız ömür

Adamı hörmətdən tez salır, ay qa.

-

QAZIMI KƏSMİŞİLƏR

Aparın o qazı Vazgenə verin

Şair nəyinizdi qaz verəsiniz?

Bir eşşək alaram, odun yığaram

Lənət o xeyrə ki siz verəsiniz

-

Yüz çəkib zəhmətin, bəslə, böyüt də

Zatı yoxdu, bar yetişməz söyüddə

Xəzər də sizindi, qaz da, nöyüt də

Bəlkə yaram üstə duz verəsiniz

-

Allah şaha versin ömrümdən kəsib

Görsün nələr çəkir füqara, kasıb

Olsun belə günlər sizə də nəsib

Sözümü süysünə az verəsiniz

-

Qalar qiyamətə sinəmdə bu dağ

Məğribə, Məşriqə çatar səs- soraq

Yenə Bəxtiyarın sözü qalacaq

O fəxri adları yüz verəsiniz

-

İŞIQ İLLƏRİ VAR İŞIQLI GÜNƏ

.

Elə qaniçənlər gördü gözümüz

Gənəyə, mığıya, zəliyə nə var?

Eli əldə tutan dəlilərdən qorx

Əlində daş tutan dəliyə nə var?

-

Yatan min- min oldu, oyaq altıdı

Bir gədə qalxırsa dayaq altıdı

Millət illərdi ki ayaqaltıdı

Gəvəyə, kilimə, xalıya nə var?

-

Dana otaranlar ölkəni sağır

Əlimiz qabardı, belimiz yağır

Bəla başımıza illərnən yağır

Yarımca saatlıq doluya nə var?

-

Biz bizə tarixik, bizə keçmişik

Quldarlıq dövrünə təzə keçmişik

Biz ayıb olmasın, paza keçmişik

Qurtarıb canını, ölüyə nə var?

-

Görüm bu gərdişi tərsinə dönə

Işıq illəri var işıqlı günə

Tərslikmi edirsən, Bəxtiyar, yenə

Dildən yara çıxmaz, “bəli”yə nə var.

-

MƏN ALÇAQ KÖNÜLLÜ, UCA VÜQARLI

.

QOŞMA

Mən alçaq könüllü, uca vüqarlı

Baxmadım hər yolda qəza durubdu

Necə həyatımdan arxayın olum

Arxa sandıqlarım üzə durubdu

-

Heç gözlər görməsin gözüm görəni

Könlümün evinin düşdü kərəni

Ömür şikar kimi keçdi bərəni K

əm ağlım yerindən təzə durubdu

-

Yaralı Bəxtiyar yapışdı sözdən

Dil bilən it yaxşı bir dilbilməzdən

Arxadakı ömrüm düşübdü gözdən

Qabaqdakı ömrüm gözə durubdu

-

TƏCNIS

.

-Yamannan yamanın özləri bilər

Heç möhtac olmaya yaxşı yamana

İllərnən qarğanır, müdam söyülür

Ehtiyac var bə nə yaxşı yamana?

-

 

Gərək yaxşı dosta yaman gün dəyəm

Xoşbəxtlik kölgədə- yaman gündəyəm

Halın yaman olsa, yaman gündəyəm

Halın yaxşı olsa, yaxşıyam, ana

 

-

Kimlər əkdi, yaxşılığı düz əkdi

Kotan salıb əyri yeri düz əkdi

Bəxtiyar, yaxşı şey bəzək- düzəkdi

Gərək yamalıq da yaxşı yamana

-

QOYUNLARI TƏHQİR ETMƏYƏK

.

 

Gəlin qoyunları təhqir etməyək

Nadan çox geridi qoyunnan məncə

Bir kalın bükülməz dizi yaxşıdı

Min dəfəəyilən boyunnan məncə

-

Fürsət yoxsuluna yedirtmə balı

Açacaq başına min qeylü- qalı

Bir aqil adamın ahı mənalı

Axmağın hayından, küyünnən məncə

-

Neçə saray yapdır, olmazsan kübar

Siçan yuvasının yüz girişi var

Pulunu millətin gözünə soxar

Kim xəstə olarsa beyinnən məncə

-

Xəsis qəlbidaşa de bu söhbəti:

-Bəslər bir zibillik gör neçə iti.

Tale rast eyləsə bir müxənnəti

Yeyin qaçmalısan yeyinnən məncə

-

Yaralı Bəxtiyar aldı çox zədə

Azdımı nanəcəb, azdımı gədə

Xilas olmayacaq heç vaxt, heç vədə

Sinəm bu dağlardan, düyünnən məncə

-

T Ə C N İ S

Bir dolu ürəknən boş yer gəzirəm

Deyirəm boş olsun yanım da bəzən.

Al məni qoynuna, dilbər təbiət

Yanımda çiçəklən, yanımda bəzən

-

Böldü ömrümüzü təntənə tənə

Bizə bayram tənə, təntənə tənə

Can cana tənədi, tən tənə tənə

Istərəm alışım, yanım da bəzən

-

Xoşbəxtik zirvədə, el ətəklikdi

Qoz kimi yığılır, el ətəklikdi

Yaralı Bəxtiyar, elə təklikdi

Kölgəm də artıqdı yanımda bəzən

-

GƏTİRƏR

.

 

İlqarsız adamın başını burax

Başına hər zaman bəla gətirər

Kefini quyunun dibinə salar

Dərdini qaldırıb zilə gətirər

-

Əməllər düzülə sapa, yaxşıdı

Hərə öz yerini tapa, yaxşıdı

Taxtabaş adamdan sıpa yaxşıdı

Yüklərsən meşədən zula gətirər

-

Belə ha olmayıb ilki adamın

Sonda dar məzardı mülkü adamın

Aldanma dilinə tülkü adamın

Ən çətin adamı yola gətirər

-

Quldur istəyər ki, çapa dolana

Qul istər hər nəsə tapa dolana

Tamahkar əlli yol Kəbə dolana

Yenə imanını pula gətirər

-

Hər üzü olanlar hər yola gedər

Xeyirsiz adamlar xeyrini güdər

Zatsız adam sənə yaxşılıq edər

Amma başa qaxar, dilə gətirər

-

 

Yaralı Bəxtiyar deyər dərindən

Həm sözün üzünün qaymaq yerindən

Işin keçsə müxənnətin birindən

Çəkər ayağından dala gətirər

-

GETDİ

Çoxları baş qatdı guruldayaraq

Di gəl bircə dəfə yağmadı getdi

Kimisi var yığdı, ellərə qaldı

Kimi də kef çəkdi, yığmadı getdi

Kimi yaddaşlarda şər- xata qaldı

Kiminin adından bir xata qaldı

Kiminin gözləri arxada qaldı

Kimi heç geriyə baxmadı getdi

Xoş o gedənlərə, izləri qaldı

Ocaqları qaldı, közləri qaldı

Adam var qızıltək sözləri qaldı

Adam var zibil də çıxmadı getdi

-

Biri bir mahala, bölgəyə sığdı

Biri məmləkətə, ölkəyə sığdı

Biri sığındığı kölgəyə sığdı

Biri bu dünyaya sığmadı getdi

-

Elə ki göz gördü- düzü əyərlər

Sulandı gözlərim, yandı ciyərlər

Bir gün də Bəxtiyar haqda deyərlər

Başı bu dünyadan çıxmadı getdi

-

HADI RƏCƏBLİ ÜÇÜN

.

Danış, dediyini bilməyən adam

Burda söz bilənlər dilsiz olmalı

Fərari yüz yerəəl atmalıdı

Qəhrəman ayaqsız, əlsiz olmalı

Davamız dünyaynan, aləmnəndisə

Millət şor- çörəknən kələmnəndisə

Dərdlər kreditnən, sələmnəndisə

Dərmanlar nə üçün pulsuz olmalı?

Toxlar kef etməli, ac varsa əgər

Nağayraq, iş yoxdu, güc varsa əgər

Bir başda ömürlük tac varsa əgər

Qalan başlar niyə külsüz olmalı?

———

Bir sinədən qopan min ahdı burda

Bəxtiyar çox şeydən agahdı buda

Vallah uşaq əkmək günahdı burda

Burda heyvan belə dölsüz olmalı

 

GÖTÜRMƏZ

Ağlın ona- buna getməsin, dərdiş

Hər qəlbin aynası tozu götürməz

Yırtıcı yoldaşdı yırtıcı ilə

Əyrilər yanına düzü götürməz

-

 

Şairin hörməti sözünə binəm

Ocağın istisi közünə binəm

Hərənin yükü var özünə binəm

Qarğa qartal kimi quzu götürməz

-

 

Tamahkar adamdan yaxşıdı zəli

Qolları uzundu, kəsikdi əli

Bir yetim bir azca gedər irəli

Xainin, xəbisin gözü götürməz

-

Yersiz bir davada, yersiz döyüşdə

Qurunun oduna yanar höyüş də

Təhqir də götürər, yaltaq söyüş də

Ər kişi lateyir sözü götürməz

-

Söz əkin yeridi, suçu həqiqət

Düz deyən dillərin suçu həqiqət

Deyir şirin dildəacı həqiqət

Çox yer Bəxtiyardan yazı götürməz

.

 

YAXŞIDIR

.

80 bəs eyləyər, 90 pis olmaz

Ömür dost kimidi, azı yaxşıdı

Bir iş gör, yüz olar ağız büzənlər

Beşcə adam qalsa razı, yaxşıdı

-

Doludu boşboğaz, gəlmişik cana

Qatıb xaşıl edir dağı arana

Danabaş adamdan bir qotur dana,

Pazıbaş adamdan pazı yaxşıdı

-

Qabaq çəkən nər olammaz hər dəvə

Dizim varkən əlim düşməz hər dəfə

Bir adam ki üz qaralda hər dəfə

Ondan ayaqqabı mazı yaxşıdı

-

 

Yazıq olduq, zalım adam lap artdı

Ömür bostanından tağı qopartdı

Kim etdiyi yaxşılığı qabartdı

Ondan o qabartma tozu yaxşıdı

-

 

Sürüsü gələndə sular bulana

Namərd baxan deyil ölən- qalana

Bir adam ki qapı- qapı sülənə

Ondan qapıdakı tazı yaxşıdı

 

-

Gülər qalxan adam enən adama

Çoxdu öyüd verən yanan adama

Anlayan adama, qanan adama

Şair Bəxtiyarın sözü yaxşıdı

-

EYBƏCƏR DÜNYADI

.

Eybəcər dünaydı eybəcər həyat

Döndərər atlazı cındıra, bilməz

Neçə ucaları alçaq eyləyər

Alçağı çıxardar hündürə, bilməz

-

Boşboğaz bir gapı yüz təkrar edər

Yaxşı iş xəbisin yerin dar edər

Nadan dediyində çox israr edər

Yüz alim yığıla, qandıra bilməz

-

Ya nökər olasan, fərqi yox, ya xan

Fələyin əlindən qurtarmaz yaxan

Çox vaxt bir mahalı yandırıb- yaxan

Çöllükdə bir ocaq yandıra bilməz

-

Yaralı Bəxtiyar, azdı düz adam

Inanma hamıya, düzdü az adam

Qəlbimi sındırar gündə yüz adam

Kimsə mənliyimi sındıra bilməz

 

DİLƏ DÜŞƏN DÖY

.

Çatsa da sayımız 7 milyarda

Adamın yaxşısı ələ düşən döy

Dünyanın təməli düz olsa əgər

Bir kopolu əyri yola düşən döy

-

Önün açıq ola, arxan dağ ola

Ruhun sağlam ola, canın sağ ola

Dörd tərəfi bağça ola, bağ ola

Eşşək arıları gülə düşən döy

-

Düznən əyrininki çətin uyuşa

Əyri öyrənibdi düznən əyişə

Zamanə dəyişə, dövr dəyişə

Ikiüzlü adam dala düşən döy

-

Beləcə olubdu əzəldən bəri

Düzünü deyənə deyiblər- kiri

Eşiyinin sirri, evinin sirri

Qonşu yaxşı olsa, dilə düşən döy

-

Yaralı Bəxtiyar gör nələr gördü

Tanıdı namərdi, tanıdı mərdi

Ən çətin dərd imiş dolanma dərdi

Yoxsa canavar da çölə düşən döy

-

TANIDINMI GÖZÜM NURU

.

Tanıdınmı gözüm nuru
Mənəm, yazıq gəlinəsi
Ağlar qalsın gülməyimi
Oldum gülünc, gülünəsi

-

Gözün eli talayası
Canım oda qalayası
Dilim meydan sulayası
Sinən meydan bilinəsi

-

Ömür necə qorunası
Qara gəldi qərinəsi
Odu, kəndin görünəsi
De kimlərə ləlinəsi

-

Kim sözünü çeynəyəsi
Deyim fələk neynəyəsi
Sümükləri qaynayası
Ilikləri ilinəsi

-

Ta Bəxtiyar söz bəyidi
Yalan ömrün düz bəyidi
Qara gözlər özbəyidi
Durub səcdə qılınası

Yazıya 1267 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.