Saqif Zeynal – Hər şeyə rəğmən…

saqif zeynal

 

 

 

 

 

Artıq boş verəcəksən hər şeyi
Əllərini də çıxarıb atacaqsan
Qəpiklər oynaşan cibindən.

Ayaqlarını sıxan yolları da
Soyunub atacaqsan bir küncə…

Zülmət kimi dar etməyəcəksən dünyanı
Uçub gedəcək xəyallara yuva başına.

Oturub heç nə gözləməyəcəksən
Gəlib çıxmayan piyada səhərlərdən.

Açıb qapını özün çıxacaqsan
Çıxacaqsan aydınlıqlara gizli gecələrdən…

Başına daş kimi düşən səsinlə
Daha zorlamayacaqsan adamların
Gündə bir yalanın qoynuna girən
Pərdələri yırtılmış fahişə qulaqlarını.

Daha buraxacaqsan “necə yaşamaq “ların yaxasını,
Harada yaşamalı?!
Ha-ra-da?!
Düşünəcəksən.

Artıq boş verəcəksən hər şeyi.

Yazıya 650 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.