MASALLIDA VAQİF YUSİFLİNİN 70 İLLİK YUBİLEYİ QEYD OLUNUB

2018-06-25-19-05-2753İyun ayının 25-də, Masallı rayonunda Milli Məclisin deputatı, xalq yazıçısı Elmira Axundovanın təşəbbüsü və rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun təşkilatçılığı ilə tanınmış tənqidçi yazar, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor, əslən Masallıdan olan Vaqif Yusiflinin 70 illik yubileyi qeyd olunub.
 
Tədbirdə R.Hüseynov və E.Axundova ilə yanaşı millət vəkili, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, professor İmamverdi Həmidov, professor Şirindil Alışanlı, professor Rüstəm Kamal, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı Rayon Təhsil İdarəsinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyinin Masallı Royunundan Olan Gənc Yazar Üzvləri və digər ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Yubiley mərasimində çıxış edən qonaqlar Vaqif Yusiflinin yaradıcılığından, onun Azərbaycan Ədəbiyyatına verdiyi töhfələrdən, tənqidçinin ədəbi-bədii üslubundan söz açıb, ona xoş arzularını və təbriklərini çatdırıblar. Həmçinin yazara Rayon Ağsaqqallar Şurasının Fəxri diplomu təqdim edilib.
Eyni zamanda tədbirdə möhtərəm prezident İlham Əliyev cənablarının xanım parlamentari E.Axundovanı “Xalq Yazıçısı” fəxri adına laiq görməsi məsələsinə də toxunulub.
Rayon İcra Hakimiyyəti Başçısı, Bakı şəhərindən gələn akademik, professorlar və digər qonaqlar Elmira Axundovanı yüksək fəxri ad alması münasibəti ilə təbrik edərək, onun yazdığı çoxcildli kitablara diqqət çəkiblər. Bütün natiqlər qeyd ediblər ki, E.Axundova bu yüksək ada tam laiq bir yazıçıdır.
Rayon İcra Hakimiyyətinin Başçısı R.Hüseynov hər iki səbəbkara dəyərli hədiyyələr təqdim edərək, onları təbrik edib.
Müsiqi kompozisyaları və video roliklər Ədəbi gecəyə xüsusi bir rəng qatdı. 

 

 

Yazıya 494 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.