Zirəddin Qafarlı – “Yaşamağa gəlmişdim”

 

45501794_2075097272820953_4423729023964676096_o (1)

Bu günlərdə otuz ildən artıqdır şeirləri dillər əzbəri olan Zirəddin Qafarlının “Yaşamağa gəlmişdim” adlı kitabı işıq üzü gördü (“Nurlan”nəşriyyatı Bakı -2018). Kitabda müasir Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən  şairin son illərdə yazdığı şeirlər və əvvəllər yazdığı ədəbi nümunələr yer alıb. Z.Qafarlının şeirlərinin əsas qayəsini Vətənə – doğma yurda, el-obaya məhəbbət, lirika təşkil edir. Həmçinin kitaba tanınmış yazarların Zirəddin Qafarlı yaradıcılığına həsr olunmuş publisistik yazıları da daxil edilmişdir.

İlk şeirləri “Sosialist Sumqayıtı” qəzetində dərc olunan müəllif Moskva şəhərində M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirdikdən sonra “Yazıçı” nəşriyyatında, “Ozan”, “168 saat”, “Dünyanın səsi”, qəzetlərində, Azərbaycan Teleradio Şirkətində və bir çox yerlərdə müxtəlif vəzifələrdə çalışmışdır. Ədəbi fəaliyyəti ilə bərabər hazırda şair İctimai Televiziya və Radio Yayımları şirkətində çalışır. Şairin indiyədək “Dünyayla üz-üzə”, “Haqdan gələn ağrılar”, “Səni gözləyirəm”, “Bu yoldan keçən atlı”, “Hardasan ömrüm-günüm” və başqa kitabları çap olunmuşdur.

Yazıya 701 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.