Azərbaycanda ATATÜRK Mərkəzinin yeni nəşrləri

ATATURK Merkezi nesriATATÜRK Mərkəzinin nəşri: “Şahsənəm” kitabı

 

Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair-publisist Dəyanət Osmanlı, ön sözün müəllifi Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, məsləhətçisi Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid, Osmanlı türkcəsindən çevirənlər Elmin Nuri və Cavid Qədirdir.

 

 

.

ATATURK Merkezi nesri Nizami Ceferov

ATATÜRK Mərkəzinin nəşri: “Ədəbiyyat söhbətləri”

 

Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən 388 səhifə həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru, şair-publisist Dəyanət Osmanlıdır.

Kitaba müəllifin son illərdə yazdığı məqalələri toplanıb.

 

ATATÜRK Mərkəzinin nəşri: “İraq-Türkiyə poetik əlaqələri”

Azərbaycanda ATATÜRK Mərkəzinin nəşri işıq üzü görüb.Filologiya elmləri doktoru, professor Vilayət Abbasqulu oğlu Cəfərovun “İraq-Türkiyə poetik əlaqələri” kitabının elmi redaktoru Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, redaktoru Azərbaycan Yazıçılar Birliyinvilayet beyin üzvü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoruşair-publisist, jurnalist Dəyanət Osmanlıdır.

Qeyd edək ki, bundan öcnə Azərbaycanda ATATÜRK Mərkəzi tərəfindən Türk Dünyasının böyük dilçi alimi, akademik Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri” (Bakı, “Elm və təhsil”, 2018) və Türk ədəbiyyatının görkəmli nümayəndəsi Dursun Kuveloğlunun “Şahsənəm” romanı Azərbaycan türkcəsində nəşr olunmuşdu.

 

 

 

 

 

.

Əməkdar elm xadimi Nizami Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” kitabı işıq üzü görüb

Filogiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin Ali məktəblər üçün dərsliyi “Azərbaycan ədəbi dili tarixi” kitabı 2018-ci nizami xudiyevildə “Elm və təhsil” nəşriyyatı tərəfindən 632 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.
Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Tofiq Hacıyev, rəyçisi AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Ağamusa Axundovdur.
Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq çap olunub. Kitabdan ali təhsil müəssisələrinin müəllimləri, tələbələri, ümumən, hər kəs yararlana bilər.

 

 

 

 

.

Azərbaycan Aşıqlar Birliyinin nəşri: “Aşıq şeirinin poetik biçimləri və çeşidləri”

 

Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professaabor Mahmud Allahmanlının “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən çapdan çıxıb. Kitabın redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.

Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə hazırlanan kitabda aşıq şeirinin janr və poetik biçimləri, onların çoxsaylı çeşidləri həm ədəbi-nəzəri, həm də folklor poetikası prinsipləri əsasında əlifba sırası ilə açıqlanıb. Aşıq şeir sistemində rast gəlinən poetik biçimlərin (bayatı, gəraylı, qoşma, təcnis, müxəmməs, divani və s.) ilkin qaynaqları, onların tarixi mənzərəsi, janr səciyyəsi, ifa tərzi, hansı hava üzərində oxunması məqamları və s. məsələlər konkret nümunələr əsasında öz əksini tapıb. Milli-mənəvi, tarixi-mədəni düşüncənin möhtəşəm qaynağı olan ozan-aşıq mədəniyyətindən doğan şeir biçimləri və onlardan törəyən çeşidlər ilk dəfə bu kitabda diqqətlə öyrənilib və təhlil olunub. Aşıq şeir biçim və çeşidləri ilə musiqi-havacat bağlantıları da ilk dəfə bu kitabda izahını tapıb.

Kitabda göstərilib ki, aşıq sənəti özündə milli kimlik mücadiləsini, müstəqil dövlətçilik düşüncəsini, ana dilinə mehr-məhəbbəti, mərdlik və halallığı cəmləşdirir.

Kitab geniş oxucu auditoriyası, ədəbiyyatsevərlər, aşıq sənəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub. Aşıq ədəbiyyatının təbliği yönündə oxucu rəğbətini qazanacağına ümid edirik.

Kamran MURQUZOV,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının

Mətbuat xidmətinin rəhbəri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Yazıya 825 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.