Sədnik Paşa Pirsultanlı – Dilimi Kübranın məhəbbəti açdı (hekayə)

 

sədnik mQəmbər kişi kənddə araba duzəldir, kotanları təmir edirdi. Onun arvadı qəflətən dünyasını dəyişdi. Iki oğlu Dəmir və Əyyub anasiz qaldı. Qəmbər kişi uzaq bir kənddan Güləsər adli arvad alib gətirdi. Güləsər Dəmiri və Əyyubu dogma balası kimi nəvazişlə boyütdu. Heç deməzdin ki, o ögey anadır. Uşaqlar böyüdü. Hər iki qardaşı bir ayın icərisində əsgər apardilar. Qəmbər kişi dərd-kədər içərisində təmir etdiyi arabalarda uzanıb yatardi, Güləsər isə gunorta fasiləsində xörək hazırlayıb ərinə gətirər, öz-özünə deyinərdi: “Ah Qəmbər, Qəmbər, müharibəyə gedən təkcə sənin oğullarin deyil ki, Qəmbər, özünü üzmə, ürəyimə damib ki, oğullarin müharibədən sağ-salamat qayıdacaqlar.

…Kənd poçtalyonu qışqıra-qişqıra onlara tərəf gəldi:

- Muştuluğumu verin, muştuluğumu verin, balaca oğlunuz Əyyubu əsgərlikdən buraxıblar gəlir.

Qəmbər arabadan dik atildi, siçrayıb yerə duşdü. Çinar kimi qollu-budaqlı oglunu bagrina basdi, sevincdən gözləri yasardi:

- Oğul, oğul, necə oldu ki səni buraxdilar?

Əyyub dillənmədi. Əyyubun nə dili vardı, nə də agzı… Bomba partlayıb torpağı o biri üzünə çevirmiş, Əyyub üç gün torpağın altında qalmış, qulaqları tutulmuş dili isə lal olmuşdu. Həkimlər belə qərara galmişdilər ki, onu ancaq doğuldugu yerin ab-havası sağalda bilər.

Əyyub hər səhər yerindən durub mal-qoyunu örüşə aparırdı. Onda qəribə bir vərdiş yaranmışdı. Kənddə bir zurnaçı Cabbar var idi. Cabbar istər qonşu kəndlərdə, istərsə də öz kəndlərində toyda zurna çalmağa başlayarkən Əyyub harada olursa-olsun, həmin toyda peyda olurdu. Cabbar kişi əvvəl ağır havalar çalır, Əyyubun sərbəst oynadığıni görub şalekoya keçirdi. Cabbar neçə dəfə zurna havalarıni dəyişsə də Əyyuba fərq etmirdi, o, hər havaya uyğun tərzdə hərəkət edirdi. Cabbar axşam evə gələndə arvadı Saraya və qızi Kübraya soyləyirdi ki, “axı bu necə kardı ki, hər havanın əks-sədasını alır, ona uyğun oynayır. Amma bu gəncin səhv bir cəhəti var: əlləri ilə iki döşünü tutur, bununla mənə anladır ki, “İnnabı” qadın havası çal. Bu havaya ağır salğa ilə oynayır, qəflətən göz gəzdirir, bir qızın ya gəlinin qolundan tutub oynamağa çağırır. Hansı adam onu başa düşürsə, çıxıb onunla oynayır, lakın eləsi də olur ki, onu redd edir. Əyyub tək də oynasa, cüt də oynasa, “İnnabı” qadın havasını elə səliqə ilə oynayir ki, hamı ona həsəd aparır, deyirdilər ki, “Innabı” havasını belə oynayarlar”.

Əyyub hər dəfə yolunu qızlar bulağının yanından salırdı.  Yene bir topa qız bulağa tərəf gəlirdi. Əyyubun yolunu gözlədilər. Əyyub əllərinin işarəsi ilə qızlardan su istədi. Hansı qız parçı doldurub ona tərəf uzatdısa Əyyub əlinin işarəsi ilə yox dedi. Sonra barmağı ilə işarə etdi ki, suyu Kübra versin.

Parçı başına çəkdi. Sonra əllərini sinəsində çarpazlayıb Kübraya təşəkkürünü bildirdi. Qızlar Kübraya dedilər:

- Kübra, bu oğlan sənə çox yaraşır.

Əyyub gülümsünərək, “hı hı” dedi və başı ilə razılığını bildirdi.

Qizlar:

- Kübra indi kişilər müharibədən şikəst qayıdırlar. Idris bir qıçı yox qayıtdı, qardaşı Qəmbər bir qolu yox qayıtdı, Həmid iki qıçı yox qayıtdı. Bunların hamısı ailə qurdular. Axı bunların heç biri dana oğurluğunda bu hala düşməmişdir, onlar bu şikəstliyi vətənin müdafiəsi yolunda qazanmışlar. Hələ şükür olsun ki, Vətən oğularından geri dönəni olur. Kübra onların dediyini təsdiq etdi.

Kübraya sual verdilər:

-          Əyər Əyyub səni istəsə ona ərə gedərsənmi?

Kübra cavabında:

- Niyə getmirəm, boy onda, buxun onda, gözəllik onda, əlbəttə gedərəm – dedi.

Əyyub başının işarəsi ilə Kübraya minnətdarlığını bildirdi.

…Müharibənin bitməsinə az qalmişdi. Bəlkə də Əyyubun qulağı, dili açılmışdı. Müharibənin dəhşətlərini yadına salıb, səssiz-səmirsiz yaşaylrdi. Kənd cavanları onu sınaqdan keçirmək üçün göy otun üzərində uzandiğı yerdə onun üstünə mal-qara haylamışdılar. Əyyub “oha” deyərək, heyvanları üstünə gəlməyə qoymamisdi.

Bir gün Əyyub müdrik uşaqlardan birini yanına çağırdı:

- Mənim danışdığımı heç kəsə demə, səndən bir soz soruşacam, düzünü de.

- Əyyub əmi, soruş.

- De görüm kənddə kimin iti yaxşı hürür, kimin itinin səsi adama xoş gəlir?

- Bunu bilməyə nə var, Əyyub əmi, bu kənddə zurnaçı Cabbarın iti qədər qəşəng hürən it yoxdur.

-          Əəə qəşəng oğlan, sən bunu hardan bilirsən?

- Bilirəm ki, sən Cabbar kişinin qızı Kübranı sevirsən, kimin itini desəm, beyninə batmayacaq. Əyyub əmi, bu saat sənə Cabbarın itinin səsindən xoş gələn səs olmaz.

Əyyub “afərin”  deyib, oğlanın kürəyinə elini vurdu və dedi:

-          Bizim söhbətimizi heç kimə demə.

Əyyub səmtinə salıb, qulağının, dilinin açıldığını Kübraya bildirdi. Kübra səhəngi bulağın başında qoyub Əyyuba qoşulub getdi.

Kəndin başında Kübranın anası Sara sinəsinə döyə- döyə, üzünü cıra-cıra qara qışqırığa başlamışdı:

- Allah, evim yıxıldı, kar Əyyub, lal Əyyub Kübra qızımı, sona qızımı, ley kimi çalıb apardı. Cabbar kişi ona təskinlik verirdi:

- Arvad, vallah onun dili də var, ağzı da var, ancaq canındakı qorxu, müharibənin dəhşətləri onu danışmağa qoymur.

Atasi Qəmbər Əyyuba dedi:

-          Oğul, gəl sənin toyunu başlayaq.

Əyyub isə cavabında:

- Ata qoşunlarımız Berlinə daxil olub, hövsələn olsun, işin içinnen iş çıxarma, mən qələbə günü özümə toy vurducam.

Xalqımız qalib gəldi. 9 May Qələbə günü Qəmbərin xırman yerində Cabbar kişinin zurnasının sədası bütün kəndi başına gotürmüşdü. Əyyubla Kübra ortada oynayır, kənd camaatı onların atrafında yallı gedirdi. Elə bu dəmdə Qəmbər kişinin böyük oğlu Dəmir də məclisə qarışdı. Onun müharibədən sağ-salamat gəldiyinə hamı sevinirdi.

Əyyub isə qişqıra-qişqıra deyirdi:

- Zurnaçı Cabbarın zurnasının səsi qulaqlarımı, Kübranın məhəbbəti dilimi açdi.

 

Yazıya 482 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.