Aydın Murovdağlı – ÖLƏN YARPAQLAR…

aydin-murovdagli-334x300G Ə L M İ Ş Ə M. . .

Görünməyən görnüşündə gizlənib,
Gümanların gümüşündə gizlənib…
Gecə-gündüz gülüşündə gizlənib,
Gözlərimdən gözlərinə gəlmişəm.

Gözəlliyin göydən gəlib,görmüşəm,
Gəldiyi gün göydə gəmi görmüşəm,
Göyərçinim,gəl güzgüdə görüşək,
Gözlərimdən gözlərinə gəlmişəm.

Günbatandan,gündoğandan gileylim,
Gül görkəmlim,günəş gözlüm,güneylim…
Gözlərimdə gecəgöylüm,güngöylüm,
Gözlərimdən gözlərinə gəlmişəm!

Gəlişlərin-gedişlərin güllənib,
Gecikibsən,göynəklərim göllənib.
Gözlərinin göylərinə güvənib,
Gözlərimdən gözlərinə gəlmişəm!

***

O XU Y A C A Q L A R…

Heç kimi tanımır bu “yazar” hələ,
Tapıb şöhrət adlı bir azar hələ,
“Şeir”ini oxuyur qoduqlar hələ,
Sonra da eşşəklər oxuyacaqlar.

Hambal arvadıyla kəsibdi şərti,
Yazanda başına yığsın külfəti,
Sağsın inəkləri,bağlasın iti,
Yoxsa ki tər töküb yazdıqlarını,
Qaragöz inəklər oxuyacaqlar.

Bilir ki, şikəstdi hər doğduğu söz,
Yalvarır:-”Sınıqçı tapanadək döz!!!”
Süzür “ilham”ının badəsinə yüz,
Deyir:-”İç,ürəklər oxuyacaqlar.

Bakıya üz tutur ayda beş dəfə,
Nadan ustadıyla əyləşir kefə.
Əlində bal-qaymaq,çiynində gəvə,
Gedir ki,şeirini ya canavarlar,
Ya xallı pələnglər oxuyacaqlar.

Hələ harasıdı,bu sonu deyil,
Beynini qurudub “kitab”a meyil…
Dümağ kağızlarda bitirib çeyil,
Gecə qurbağalar quruldayacaq,
Gündüzlər böcəklər oxuyacaqlar!

Yatmır bircə yol da o,ipə-sapa,
Yığılıb boğaza qohum-əqraba…
Ağzından düşəni yollayır çapa,
Qoşulub kitablar redaktoruna,
Korrektor milçəklər oxuyacaqlar!

Çox da liliputdu azman yanında,
“İlham”ı oyadır xoruz banında.
Onun əlyazmalar qəbristanından–
Birtəhər adını axtarıb-tapıb-
Yırtıcı küləklər oxuyacaqlar!!!

***

Q Ə Z Ə L…

Gözüm yaşın iç,ey dünya,mən daha zəm-zəm olmuşam,
Axmışam idrakımın çevrəsində cəm olmuşam.

Dərdlərim dərdə düşüb,bəs niyə dərman aramır?!
Sən demə,dərdlərimə mən özüm məlhəm olmuşam!

Fəryadım “Allah” yazıb yeddi göyün hər səmtinə,
Bu səbəbdən könlümdə ərşdən möhtəşəm olmuşam.

Səbrimdə rəqs eləyir qəhqəhə karvanı bulud,
Asiman hönkürəndə yerdən göyə nəm olmuşam.

Ey didəm,qəmli cahan güzgülənir səndə ,nədən?!
Ömrümə boylanmışam,qaş-qabaqlı qəm olmuşam.

“Ey insan” sədasından yol başlayıb məhvərimiz,
Bu sirri açmaq üçün qayıdıb Adəm olmuşam.

Hər ovuc torpağın hər zərrəsi can surətidir,
Hər surət sükutundan alışıb həşəm olmuşam.

Beşik rəqəm,məzar rəqəm,zaman rəqəmdir bil ki,
Rəqəmlər savaşında mən də bir rəqəm olmuşam.

Hanı Aydın Murovdağlı,axtarıram onu hey,
Ürək qanım mürəkkəbdir,”Haqq” yazan qələm olmuşam!

***

B İ R A Z …

Yumruğum düşdü ovcumdan,
Ömrüm sürüşdü ovcumdan,
Bir az dilimin ucunda,
Bir az dilimin altdayam.

Bir az mehdə,küləkdəyəm,
Bir az şehdə,çiçəkdəyəm,
Bir az balda,pətəkdəyəm,
Bir az da yaşil otdayam.

Bir az çarxda,bülövdəyəm,
Bir az ilanda,bövdəyəm,
Bir aqz tamda,bütövdəyəm,
Bir az siniqda,çatdayam.

Bir az vayda,şənlikdəyəm,
Hesabdayam,tənlikdəyəm,
Dimdikdəyəm,dənlikdəyəm,
Bir az quşda,qanaddayam.

Bir az zildəyəm,pəstəyəm,
Hələ şagirdəm,dərsdəyəm,
Bir az sədada,səsdəyəm,
Bir az da lal sükutdayam.

Alqişdayam,qarğişdayam,
Qarğidayam,qamişdayam
Bir az yağan yağişdayam,
Bir az qara buluddayam.

Bir az tacam,bir az taxtam,
Bir az tale,bir az baxtam,
Bir az məkan,bir az vaxtam,
Qolumdaki saatdayam..

***

EY DÜNYA,EY FANİ DÜNYA…
(Dünyanın qəminə ortaq olan qələm dostum Balayar Sadiqə)

Daha qəhqəhəmi duman-çən alıb,
Göylər can alanda,yer bədən alıb,
Cənnət buğdasını Adəmdən alıb,
Yeyirəm,ey dünya,ey fani dünya.

Xilas etməmişdi Nuh ki,quş qəmi,
Öldürmür ürəyə dəyən daş qəmi…
Bütün fəsillərdə bu nimdaş qəmi,
Geyirəm,ey dünya,ey fani dünya.

Beşikdən məzara yoxuşam sənə,
Özüm qaranlığam,yuxum şam sənə,
Qızılgül ömrümü hər axşam sənə,
Əyirəm,ey dünya,ey fani dünya.

Tikanda xeyirin,ipəkdə şərin,
Nəfs sultanındı,qanun nökərin.
Əyridə fırlanan,yağsız məhvəri–
Yeyilən,ey dünya,ey fani dünya.

Ay yazıq,bir dağsan,bir də külüngsən,
Kəfən ağırlıqda şələsən,yüksən…
Məndən balacasan,səndən böyüksən–
Deyirəm,ey dünya,ey fani dünya.

***

B İ L M Ə D İ M

İlk məhəbbət qişdi,donub yadimda,
Səsin yatir siniğimda,çatimda,
İzin qaldi yarpaqlarin altinda,
Yarpaqlari varaqlaya bilmədim!

Səni mənə göstərmədi bu şəhər,
Başdaşimdi boylandiğin güzgülər,
Şöhrət səni qiliqladi bir təhər,
Mən həsrəti qiliqlaya bilmədim!

Ümid daha daş qalamdi sökülən,
Bir şəklindi göz yaşima bükülən,
İşiğina qizilsuyu çəkilən,
Pəncərəndə budaqlaya bilmədim!

Səndən mənə uzun yoldu ayriliq,
Gözlərimə gəlib doldu ayriliq…
Bu dünyadan böyük oldu ayriliq,
Gəlişinə yer saxlaya bilmədim!

***

ÖLƏN YARPAQLAR…

Dağların ömründə ölən cığırlar,
Bir-bir yoxa çıxır,bir-bir əksilir.
Görüş yerlərindən dönən cığırlar,
Gözünün yaşını yarpaqla silir.

Quşlarmı aparıb,pıçıltın gəlmir?!
Hər yarpaq öpşüdür dodaqlarının.
Ağaclar aşağı əyilə bilmir,
Götürə tökülmüş yarpaqlarını!

Səsindən bir meşə bitirmişəm mən,
Ahlarım tüstümü,çənmi,bilmirəm.
Salıb gülüşümü itirmişəm mən,
Sənmi tapacaqsan,mənmi,bilmirəm.

Daha sükutların mamırlaşırlar,
Kim açıb,sallayıb düyün yağışı?!
Sənin pəncərəndə nə danışırlar,
Gözünün yağışı,göyün yağışı?!

Göylər açan kimi bulud ovcunu,
Saralmış yarpaq-Ay içindən çıxır!
Muncuq ulduzları gecə uzunu,
Xəyalım bəzəyib boynuna taxır!

Qəmlənir ürəyi açılan sular,
Arx gəlir alnımın qırışıarına.
Şəklini gözümdən qaçıran sular,
Sığınır dünyanın yağışlarına!

Yolunu gecəyə bükür durnalar,
Hər gecə bulaşır yuxum qürbətə.
Yarpaq lələyini tökür durnalar,
Şumdu həsrətin də toxum qürbətə!

Ağaclar itirir ümidlərini,
Yarpaqlar uyuyur son mənzilində.
Boğulan ləprinin meyidlərini,
Küləklər axtarır yarpaq selində…

Yağış yaddaşımı yuyub-uçurur,
Bir yaddaş koması tikdirək,gülüm!
Ölən yarpaqlarla yanaşı durub,
Bu payız bir şəkil çəkdirək,gülüm!

***

D Ü Ş Ü R…
Mənim sandiq sinəm dərdlə doludu,
Sandiq qifilidi sənin sükutun.
Bu çinar dünyanin yarpaq buludu,
Səmadan qirilib önümə düşür…

Susur piçiltina ərkli yarpaqlar,
İstəyin boyali,rəngli yarpaqlar,
“Əlvida” əlinin şəkli yarpaqlar,
Əlin əvəzinə çiynimə düşür…

Yollari-izləri dümağ salmişam,
Yolundan gözümə calaq salmişam…
Qara saçlarindan bir bağ salmişam,
Meyvəsi ömrümə-günümə düşür…

Yaşla suvarmişam,ağrim göyərib,
Daha hər ağrimda salxim göyərib,
Çəkə bilmədiyim ahim göyərib,
Kölgəsi əyilib könlümə düşür…

Hər gecəm-gündüzüm Kərəmlik edir,
Atəşim göyləri çəmənlik edir…
Elə ki, ayriliq mənəmlik edir,
Dünyanin uzunu eninə düşür…

***

İ N D İ

Susuzdur,qanimtək şəraba dərdim,
Əzabdan ucaldi əzaba dərdim,
Batib göz yaşimda araba dərdim,
Mən sənin dərdini çəkirəm indi.

Tanri səndən mənə ara da qoyub,
Səni də, məni də arada qoyub,
Sinəmin altini arata qoyub,
Enişdən yoxuşa əkirəm indi.

Siğmir ürəyinin çiçəklərinə,
Qonur kəpənək yaş kirpiklərinə…
Özümün yerimə, sənin yerinə,
Təpədən dirnağa fikirəm indi.

Yara peyvənd edib yarama həsrət,
Endirib tamimi yarima həsrət,
Yeyir yarpaq-yarpaq barama həsrət,
Budanmiş,talanmiş çəkiləm indi.

Qələməm özümü qaralamağa,
Doğuldum səsinlə haraylanmağa,
Qaranquş baxişin balalamağa,
Mən yuva könlümü tikirəm indi.

Sənsiz bu dünyada bir daş meyiləm,
Dərdlə yükləndim ki,sənə əyiləm,
Mən məndə itginəm,bu mən deyiləm,
Özümdən yadigar şəkiləm indi!..

***

S Ə R Ç Ə . . .

Ürəyim də sənin kimi dərd dənləyən bir quş olub,
Dənlədikcə sərxoş olub,bihuş oluub…
Görmürsənmi gözlərimdə dalğalanır zəmi dərdim?!
Bilirəm quş yemi deyil ürəyimin yemi dərdim.
Dənlə mənim xırman yeri yaddaşımı,
Dən saxlamır daha sünbül kirpiklərim.
Yavaş -yavaş,aram-aram dənlə buğda göz yaşımı,
Dənlə qurtar məzarların başdaşını!
Dənlə,SƏRÇƏ,dənlə qurtar bu dünyanı!!!

Bilirəm ki,buğda-buğda papaqlara gözün düşüb,
Mən görmüşəm çiynimizdən baş dənləmək vaxtını da.
Hər tərəfə kölgən düşüb,şəklin düşüb,izin düşüb,
Mən görmüşəm yaz dənləmək,qış dənləmək vaxtını da.
Gəl tüstümdə dən axtarma,
içimdəki külü dənlə…
Zamanı ud,saatdakı rəqəmləri,
ilki səhər,sonu axşam günü dənlə.
Qaranquş vaxt başımızda tük qoymadı,
yuva qurdu balasına.
Uça-uça səbrimizin havasına,
Dənlə,SƏRÇƏ,dənlə qurtar bu dünyanı!!!

İçindəki qaranlığı,qorxaqlığı
Kim darasın,kim əyirsin ,yumaqlasın?!
İçindəki soyuqluğu,yoxsulluğu,yosunluğu
Kimin daşı yaralasın, kimin sözü yumruqlasın?!
Səni,tabut dənliyində sərçəliyin dəfn eləsin,torpaqlasın.
Dərdi sənsən izin düşən bu məkanın,
Dənlə,SƏRÇƏ,dənlə qurtar bu dünyanı!

Yazıya 576 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.