“YANAN XATİRƏLƏR” – Yeni kitab

47686112_353191195455222_2207008424388984832_nBu günlərdə Eltun Türkelin kitabı işıq üzü gördü.

Poeziya dünyasına “YANAN XATİRƏLƏR” adlı şeirlər toplusuyla qədəm qoymuş gənc şair Eltun Türkelin  kitabı oxucularla ilk görüşüdür. Burada şairin saf ürəyinin qanı ilə yoğrulmuş ən ülvi, çılğın hissləri qeyri-adi lirik ricətlərlə, oxucuya təqdim olunur, kövrək, həzin qəlb dünyasına uyğun olan pak, təmiz məhəbbətin, varlığından uca tutduğu sevgili Vətəninin, səadət, ləyaqət, dostluq, ümumiyyətlə narahat bir yazarın könlündən hayqıran humanist hisslərin tərənnümü əsas yer tutur. Dəyərli şairimizin həssas oxucu kütləsinin qəlbinə yol tapacağına, seviləcəyinə ümid edirik.

Kitabın redaktoru pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Seyyid Süleymandır.

Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

 

 

 

 

 

.

47293034_2208501769425068_6468967462200147968_n

Yazıya 562 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.