Elməddin Nicat – ŞƏKİLLƏR SAĞ QALIR…

48360160_372575826643662_6289612986583613440_nSən məni yaşayan xatirələrdə,
Sən məni sağ qalan şəkillərdə sev…
Boylan ürəyimin pəncərəsindən,
Ömrü küçə-küçə çək illərdən…sev !

Saxla qar içində şəkillərimi,
Adını “darıxmaq” sərgisi elə.
Adımı dilinin ucunda unut,
Qəfil unudulanlar cərgəsi ilə…

Hardasan, gecikdin, ömür tələsir,
Axşamdan sabaha ümid bir udum.
Səni doya -doya içimə çəkdim,
Səni şəkillərlə necə unudum?!!!
16.12.2018.

Yazıya 1053 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.