Xalq yazıçısı Anarın “Söz dünyası” adlı beşcildlik kitabının ilk cildi işıq üzü görüb

anarAzərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Söz dünyası” adlı beşcildlik kitabının ilk cildi işıq üzü görüb.

Kitaba müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxil edilib. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. IV və V cildlər isə “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir.

Yeri gəlmişkən, beşcildlik bu əsər müasir müstəqil Azərbaycanın banisi və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə ithaf olunub.

Qeyd edək ki, bundan öncə 2018-ci ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində tanınmış yazıçı Anarın “Səhra yuxuları” əsəri üç dildə (Azərbaycan, Türkiyə türkcəsi, rus) işıq üzü görmüşdü.

Ümumilikdə isə, əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 585 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.