Seyyid Süleyman – Şəhidlər

50614982_2431293097099963_4419162640505372672_nO şənbə gecəsi tariximizə,
Azadlıq kəlməsin yazdı ŞƏHİDLƏR.
Yetmiş il baş kəsən bir əsarətin,
Əbədi məzarın qazdı ŞƏHİDLƏR.

Candan əziz tutub ana torpağı,
Yağıya silahsız verib göz dağı,
Qanlarıyla yuyub solmuş bayrağı,
Yenidən zirvədən asdı ŞƏHİDLƏR.

Zalıma göstərib öz sərt üzünü,
Dünyaya çatdırıb haqqın düzünü,
Qanla boyalanmış “sovet” sözünü,
Vətənin üstündən pozdu ŞƏHİDLƏR.

İntiqam hissiylə od saça-saça.
Kükrəyən sel kimi yol aça-aça,
Ölümün önünə düz qaça-qaça,
Düşməni susdurub, susdu ŞƏHİDLƏR.

Neçə gənc arzular toxunub daşa,
Seyyidin gözündə çevrildi yaşa.
Bahar ömürləri dönsə də qışa,
Daim çiçək açan yazdı ŞƏHİDLƏR
03.12.2015

Yazıya 628 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.