Nuşabə Əsəd Məmmədli – “Yanvar şəhidlərinə”

nusabe m

 

 

 

 

 

 

 

 

Yanvar şəhidlərinə

Gecə şər kimi altdan qapqara qaralanda,
Ulduzlar axır, qana-qəltən şəhər baxır.
Şaşqın-şaşqın, dalğın-dalğın…
Şəhər dönüb matəmxanaya-
Süngülərin ucunda
Şimala,
Cənuba bölünən vətən
Şimal-Cənub ayrıcında.
Gecə ulsuzlar
qorxa-qorxa, qıpqırmızı qan görüb.
Karıxa-karıxa, darıxa-darıxa, göz yaşına dönürlər…
Sübhə yaxın
insanların xətrinə ulduzlar gizlədirlər qorxunu, təlaşı.
Göylərin gözlərində quruyur büllur-büllur göz yaşı…

Nuşabə Əsəd Məmmədli
1990

Yazıya 411 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.