Saqif Qaratorpaq – “Hər gecə üz-gözümü yuyub ay işığında, Gedirəm bir misranın qolu üstə yatmağa…”.

saqif

 

 

 

 

 

 

 

 

Mən sükutun dilini elə gözəl bilirəm,

Mənim kimi susmağı daha kimsə bacarmaz.

Gülə-gülə ağlayıb susanların içində

Zalım,mənim adımı birinci sırada yaz…

 

Bu səhər də oyandım,şükür,hələ ki sağam,

Şirin yalanlar deyib azdırmışam ölümü…

Sirr deyil ki qoy deyim,ürəyimdən asmışam

Adının baş hərfinə uzanan  sağ əlimi.

 

Daha bizdən danışmaz o küçə də,o yol da,

Başı elə qarışıb təptəzə nağıllara.

Bir xatirə boynunu büküb içimdə ağlar,

Hər gecə köks ötürüb boylanar uzaqlara.

 

Bəlkə şirin yuxuymuş başımıza gələnlər,

Ayrılığa “sağ ol” de,bizi yaxşı oyatdı.

Ayağımın izini göz yaşlarım yuyandan

Nə varsa bu ömürdə,elə hamsı boyatdı.

 

Elə də çətin deyil,vallah,bəhanə tapmaq,

Nə var nağıl uydurub özünü altadmağa.

Hər gecə üz-gözümü  yuyub ay işığında,

Gedirəm bir misranın qolu üstə yatmağa…

 

***

 

Bir adam da tapmadım,ürəyimi boşaldım,
Nə yaxşı ağ varaq var-hirsimi soyutmağa.
Mənimki çoxdan keçib təsəllidən,bilirəm,
Daha heç can atmıram qəlbimi ovutmağa.

 

Bildim,heç vaxt düzəlməz bu dəvənin donqarı,
Lap yüz dəfə keçirsən bir iynənin gözündən.
Özünə bir yuva tik yaxından,yaddan uzaq;
Sənə nə bu dünyanın əyrisindən,düzündən…

 

Mənelə islanmışambirsevdayağışında,
Minildə günə tutsan çıxmazcanımdakı su.
Buacı xatirəninqara üzü ağarmaz
Lapistəsənhərgecə onugözyaşındayu.

 

Əlinbiryana çatmaz,sözündən çıxsa ürək,
Yaralı birquş kimiazqalırruhunuça…
Bircə anıniçində təzədəndoğularsan
Söykəyibkürəyinibirmisrayaastaca.

 

Birbaxsan,aydadoğdu,düşürbirqəribaxşam,
Sığınıbyuvasına çardaqdakı qumrular.
Nə var çıxıbgetməyə…elə də asandeyil…
Görnə qədəryolunuhəsrətlə gözləyənvar.

 

***

Mən unuda bilmirəm başıma gələnləri,
Ürəyim unudulmuş xatirə qəbristanı.
Yaddaşımdan boylanır aynəbədli bir daş ev,
Bir də hələ bitməyən bir sevdanın dastanı…

 

Xəzəl olmuş ömrümün illər sarı yarpağı,
Öz əlimlə qoparıb göz yaşımda axıtdım.
Ha dolandım,ha gəzdim yaxın,uzaq yolları,
Tüstüsü burum-burum bir ocağa qayıtdım.

 

Ürəyimi üşüdür o apreldə yağan qar,
Çiçəyini don vurmuş qoca ərik ağacı…
Səfil küçə ititək qapımızdan qovmuşduq
Tutub qar topasına biz onda ehtiyacı.

 

Qarı deşib çıxmışdı novruzgülü eşqimiz,
Xəbəri yoxdu hələ ayrılığın qışından.
Üçgünlük ay kimiydi o vaxt uşaq ürəyim,
Beşdaş yığan vaxtımdı küçənizin daşından.

 

Güzgülənir gözümdə indi neçə xatirə,
Gölgə kimi izləyir məni hayana qaçsam.
Bəlkə elə yuxudu bir ömür gördüklərim,
Bəlkə elə nağıldı…bitməz bir qış danışsam…

***

 

 

Harda olsam,

mənə bir pəncərə verin,

bir ovuc göy üzü,

bir damla dəniz,

bir zərrə günəş…

ilıq şüaların işığında yuyunsun fikirlərim.

Harda olsam,

gözlərimdən baş alıb

getsin üfüqlər,

Baxışımı üşütsün dağların qarı,

könlümdə ləpələnsin

dənizin suları.

Harda olsam,

yuxuma layla desin anadilin səsi,

eyvanımı isitsin

ətcə balaları civildəşən qaranquşun nəfəsi.

Bir əlçim bulud da bəsimdi…

sıxım közərən həsrətimin üstünə.

Bir ömür yetər mənə,

ulduzları muncuq-muncuq

Iydə qoxulu bir gecə,

bir masa,

bir qələm,

bir ağ varaq.

Bir də

təzəcə doğulan

pişik balası kimi

gözləri açılacaq bir sabah…

 

***

Yenə çatdı qaşını
ömrün qərib axşamı…
Sevgi öldürmür, ancaq
dəli edir adamı.

 

Korun-korun,gizlicə
tüstüləyir bir ocaq.
Ürəyimin ağrısı
gözlərimə çıxacaq.

 

Bu da qismətdi belə,
yazılıb alnımıza.
Bəlkə heç görüşmədik,
vədə vermə bu yaza…

 

Belə sevgimi olar?
Bu ki divanəlikdi.
Könlüm arı şanıtək
baxsan dəlik-dəlikdi…

 

Yollar elə uzaqdı,
Bəlkə gələ bilmədim.
Gözlərinin yaşını
Heyif, silə bilmədim…

 

Hər gün yollara baxıb
çox ağlama,nə olar…
O körpə ümidini
sellər yuyub aparar.

 

Bu dünyada heç kimin
Bircə gülü solmasın.
Gəlib səni tapacam
əgər dəli olmasam…

 

***

Bəlkə də ən çətini
geri dönməkdi elə.

Qoyub gəldiyin ocaq
demə dönübmüş külə…

 

Sel yuyub,su aparıb
sən getdiyin yolları.
Qurumuş budaq kimi
düşüb yana qolların…

 

İndi könül evinin
divarı göy mamırdı.
Tavanı damır elə,
deyirsən,nə yağmurdu?

 

Təzə ocaq çatmağa
bir dənə kibritin var.
Bu yağmurlu havada
o da çətin alışar…

 

Yazıya 585 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.