Turac Hilal – “Mən öz şeirlərimə, Səpələnən qadınam”

26239769_148370635947284_5564958448932359990_n 

 

 

 

 

 

 

 

 

 

Deyəsən ki…

 

Bir diz ola baş qoyub darıxasan,

Bir əl ola yaran üstə sıxasan,

Bir yol ola Tanrıyacan çıxasan,

Deyəsən ki, di at məni göyündən.

 

Dərd dirənə sümüyünə, güləsən,

Min il yanıb, dönməyəsən külə sən.

Cəhənnəmdən betər nə var biləsən,

Deyəsən ki, di göndər betərindən.

 

Ruhun candan, canın bezəəlindən,

Küfr edəsən şeytan qaça şərindən.

Çıxarasan dünyanı məhvərindən,

Deyəsən ki, di qov məni evindən.

 

Bir diz ola baş qoyub darıxasan,

Bir əl ola yaran üstə sıxasan,

Bir yol ola Tanrıyacan çıxasan,

Deyəsən ki, di at məni göyündən.

 

 

 

Uyub dəli şeytana

 

Uyub dəli şeytana, bir dəlilik edəsən,

Darıxan “Günah”ını ovutmağa gedəsən.

Gedəsən, lənətlərin qopub cazibəsindən,

Diksinə “Günah”ın da qəfil qapı səsindən.

 

Gedəsən, lap xəbərsiz, gəlişinə mat qala.

Çaşqın baxışlarıyla ürəyinəçat sala.

Gedəsən, ağrısını, acısını alasan,

Dizlərinə titrəmə, canına od salasan.

 

Deyəsən, sən deyildin “Sevirsənsə, gəl” – deyən?

Deyəsən, bax, gəlmişəm can üzən, ürək yeyən.

Bəbəyimi saraldan, ciyərimi sökən kəs!

Sinəmə ağrı olub, nəfəsiməçökən kəs!

 

Əyil, boynundan öpüm, boyuna vurulduğum.

Yalnız xəyallarımda, boyuyla bir durduğum.

Bir də barmaqlarının dəlisiyəm, bilirsən.

Sənsiz mən milyon ilin ölüsüyəm, bilirsən.

 

Səsiylə sevişdiyim, axı demişdim sənə

Pıçıltına dözmürəm, elə “gəl” demə mənə.

Uyub dəli şeytana, elə indi gələrəm,

Dodağında doğulub, qollarında ölərəm!

 

Bu nağıl bitən deyil.

 

Bu nağıl bitən deyil,

Hələ neçə bölüm var.

Gəl, gözlərindən öpüm,

Ayrılıq var, ölüm var.

 

Ruhum göyə sovrulur,

Cismimi torpaq udur.

Bağrına bas bir anlıq…

İlahi, cənnət budur?!

 

Nəfəsimi boynunun,

Ətrinə qurban kəsim.

Necə dua edim ki,

Yetsin Tanrıya səsim?

 

Bilirsən necə sönür,

Ciyərindən yananlar?

Bilirsən necə olur,

Ölümdən yarananlar?

 

Hər gecə, milyon dəfə

Cəhənnəmdən keçərsən.

Didib yaralarını,

Öz qanını içərsən.

 

Darıxan əllərindən,

Yanıq qoxusu gələr.

Sürünər ürəyində

Dərdin ilantək mələr.

 

Payızda yarpaqlarla,

Saçlarını tökərsən.

Baharda yollarına,

Gözlərini əkərsən.

 

Bilsən nədir yox olmaq,

Yaranmaqçün ölərdin.

Bilsən… hardan biləsən,

Mən olsaydın bilərdin…

 

 

 

Yadındamı

 

Yadındamı, saçlarımı darayıb,

Gözləyərdim, küçəmizdən keçəsən.

Səni hamı sevib, əzizləyərdi,

Məndən heç kim soruşmazdı, – necəsən?

 

Yadındamı, sizdə, ocaq yananda,

Kor olardı xəyallarım tüstümə.

Nənən sənə danışanda nağıllar,

Ay batardı, gün doğardıüstümə.

 

Yadındamı, bir gün bizim itimiz

Tutdu səni, məhəlləyə qal düşdü

Anan: “İtlər, it saxlamaz!” – söylədi,

Bax, o gündən ürəyimə xal düşdü.

 

Arzularım – ətcə sərçə balası,

Anan qırdı qanadını, it yedi.

Mən o gündən daramadım saçımı,

Kim gördüsə, bu qız dəlidir dedi.

 

 

Qadınam

 

Mən öz şeirlərimə,

Səpələnən qadınam.

Fırtınalar qoynunda,

Ləpələnən qadınam.

 

Dodağının çatından,

Həzz alan dəli də mən.

Cəhənnəmində yanan

Yeganəölü də mən.

 

Səninçün sərhədləri

Sökdürə də bilərəm.

Səni dizlərin üstə

Çökdürə də bilərəm.

 

Səndən sonra doğuldum,

Səndən öncəölərəm.

Bütün olmazları “Ol!” -

Edib, yenə gələrəm.

 

Mən öz ümidlərimi,

Boğan qatil qadınam.

Günahının qoynundan,

Çıxan batil qadınam.

 

Sussam, səsim Tanrının,

Qulaqlarına çatar.

Səni yerinəçəkər,

Məni göyündən atar!

 

Mən şeytanı aldadıb,

İblisi ram edərəm.

Ya səndən eşq düzəldib,

Ya da adam edərəm.

 

Gəl

 

Çox pis yuxu görmüşəm,

it səsiydi səsim, gəl.

Sənə qurban demişəm

əllərimi, – kəsim, gəl!

 

Bəsdir oynadın, doy da,

mənə tutduğun toyda…

Burnunun ucu boyda

darıx mənçün, bəsim, gəl.

 

Nə getdi, məndən getdi…

Bitdi, bu nağıl bitdi…

Gəlee, məni tərk etdi

ən sonuncu kəsim, gəl!

Yazıya 835 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.