Qalib Şəfahət – Mühakimə (HEKAYƏ)

56344501_2623761660970829_6040904474287931392_oQəflətən başına ağır zərbə endirilmiş  kimi yuxudan dik atıldı. Gözləri alacalanırdı. Sifətini turşutdu. Üz-gözü qantərin içində idi. Elə bil başını suya basıb çıxarmışdılar.  Öskürək sinəsində vulkan kimi püsgürürdü.  Yataqında oturub ayaqlarını döşəməyə dirəmişdi. Sifətini ovcuna tutub dərin düşüncəyə dalmışdı. Qadının səsi beynində cigildəyirdi. “Axır günlərinlə barışa bilirsənmi”?  “Yox, barışa bilmirəm”! –hikkə ilə dedi.
Yataqdan ayağa durmaq istədi.  Nəyisə fikirləşib, kimsə ona təkidlə ayağa durmağa icazə vermirmiş kimi, tərəddüdlə qayıdıb yerində oturdu.
 – Yox, deyəsən bu məni boş buraxmaq istəmir. – Təəssüf hiss ilə başını yellədi:
–Barışsam  da barışmasam da olanım budur. –deyindi. –Insanın əvvəli gələnə kimi axırı gəlsin.
Qadının son məhkəmə içlasındakı sözlərini xatırladı. “Allah sənin cəzanı versin. Onsuz da hamınız bir bezin qırağısınız. Ortalıqda olan haqq-ədalət itib, amma mən Allahımın ətəyindən yapışıram, Allahın mərhamətinə sığınıram ”.
–Hə, onda mən də az-çox bezin bir qırağı  sayıla bilirdim. –Başını önə, arxaya əyib sifətini turşutdu. –Zamanə elə gətirdi ki, indi heç bezin qırağı da ola bilmədim. Daha  heç kiməm. Görünür mənim üçün belə qismət imiş.
Onda vəkil onun yanına bir neçə dəfə xahişə gəlmişdi.  ” Möhtərəm hakim, onun heç bir günahı yoxdu. –demişdi. – Özünüz də yaxşı bilirsiniz ki, onu şərləyiblər. Özü də lütün birdir. Atası müharibədə şəhid olub.  Yaşlı anasından başqa bir kimi, kimsəsi yoxdu. Ananın göz yaşına, özünün cavanlığına rəğmən bu işi ədalətlə həll edək. Göydə Allaha da xoş gedər”.
Əhmiyyət verməmişdi. Sakitcə oturub vəkili dinləmişdi. Vəkil  sözünü ona çatdırıb otaqdan çıxmışdı.
Axırıncı dəfə vəkil onun yanına gələndə uzünü bözardıb, “A kişi, deyirsən günahsızdı, Allaha da xoş gedər”. –düzdü.
Vəkil onun sözünü təsdiqləyib, –Bəli! –demişdi.
 –Başqası bilməsə də sən ki, yaxşı bilirsən. –O, səsinin tonunu bir az da qaldıraq,  –Az-çox bizim işimizdən xəbərdarsan. Çox şey var ki, o bizdən aslı deyil. Indi elə bir zamandir ki, işləmək istəyirsənsə yuxarnın xoşuna gəlməlisən. Vaxtı vaxtında dediklərini çatdırmalısan. Özün də deyirsən lütün biridir… Mənə nə! Hamı necə mən də elə , elə bilirsən təkcə mən belə işləyirəm…  Bu mənlik olan iş deyil. Necə deyiblərsə eləcə də olmalıdır. Mən öz başıma heç nə dəyişə bilmərəm. Yaxşısı budur, get, sən də öz işinlə məşğul ol!”.
Gərək belə etməyəydim, axrı necə olsaydı da vəkilin sözünə baxaydım. Gör aradan neçə illər keçib. Heç nə yaddan çıxmayıb. – Təəssüflənib başını buladı. – Sonranı nə bilmək olurmuş eh, vəkil onda düz deyirmiş.
     ***
Onda məhkəmə zalında, müttəhim kürsüsündə əyləşən, o gənc oğlanın (deyəsən adı Arif idi, yadımdan çıxmayıbsa) etkadan kənar üstünə bağırmışdı. “Deyirsən, təqsir məndə deyil. Yaxşı, bəs özünün  mərifət-qanacağın, tərbiyyən harda qalıb? Özündən böyüyün, vəzifəli adamın üzünə ağ olursan.  Bilirsən o kimdi? Tanıyırdınmı sən onu?
Gənc oğlan dilini sürüyərək,  –”Bəli! Möhtərəm hakim”!-demişdi.
 –Tanıyırdınsa gərək belə etməyəydin. Ağa deyir sür dərəyə, sür dərəyə. Ağa ilə ağalıq etmək olmaz! Nə desəydi sən susmalıydın, sözə baxıb başını girələməliydin. Bəlkə onun da sizə rəhmi gələrdi.
Gənc oğlan yerindən qalıxıb, ədəb-ərkanlı söz istəmişdi.”möhtərəm hakim, şəhid atama söydu. Mən də dözəmmədim”.-demişdi.  -Dedim, “şərəfsiz, şəhidi söyürsən”? O da elə buna bənd imiş kimi bir neçə şahid tapıb məni həmin andaca polis çağırtırıb   götüzdürdü. Şükür Allaha, indi şahid tapmağa nə var ki! Güyya, vəzifəli adamı təhqir etmişəm, şərəf və ləyaqətini alçaltmışam. Bir dəfə  mənə özü demişdi, “belə ağıllanmırsan,  səni başqa cür ağıllandıracam”.
Anası dözməyib söz istəmişdi: -Möhtərəm hakim mənim  balamı şərə salıb, bəhanəsi də odur ki, bizim daxmanı əlimizdən alsın. Bir neçə dəfə demişdi. “Sənin uçuq daxman mənim o boyda imarətimin yanında nə işi var. Çox eybəcər görsənir. Mütləq burdan köçməlisiniz”!
Onda o, ərkyana, bir az da sifətini turşudub demişdi: “Köç deyirdi köçəydin, burda nə çətin iş var idı”!
Qadın səsini qaldırıb, “sizdə insaf deyilən şey yoxdur. Necə ərimdən qalan evdən çıxım. onun üçün yöndəmsiz daxma olsa da, mənim üçün çox şeydi o ev. Şəhid ərimlə birgə olan xatirələrmiz yaşayır o evdə. Son dəfə o, evdən çıxıb. Onun nəfəsi dəyib o evə, hənirtisini duyuram o evdən.
Adama üstən aşağı baxırmış kimi laqeyidcəsinə demişdi:
-Yaxşı, onda gedib oğlun türmədə çürüyər.
Qadın göz yaşına hakim kəsilə bilməmişdi: “Allah sənin cəzanı versin. Onsuz da hamız bir bezin qırağısınız. Ortalıqda olan haqq-ədalət itib, amma mən Allahımın ətəyindən yapışıram, Allahın mərhamətinə sığınıram ”. –deyib məhkəmə zalını tərk etmişdi.
Çöldə səs küy qopmuşdu.  Qadın neft töküb özünü yandırmişdi. Içindən bir ağrı keçsə də biruzə veməməyə çalışmışdı.
Qadının sonrakı talehi haqqında maralanmışdı.  Xəbər tutmuşdu ki, qadın iki gün xəstəxanada yatıb, yanıq dərin olduğundan sağaltmaq mümkün olmayıb, haq dünyasına qovuşub.
 Işi elə qurmuşdular ki, hər şey yat-yut olmuşdu. Kənara səs sızmağa imkan verməmişdilər,  səsini  çıxanın səsini  içindəcə boğmuşdular.
 ***
Kaş heç oxumayaydım. Bilsəydim axrım belə gətirəcək,  nəyimə gərək idi bu oxumaq mənim. Elə  kənd-kəsəkdə çoban olaydım; maldan, qoyundan saxlayıb başımı  girələyəydim. Bircə özümü xoşbəxt hiss eyləyə biləydim. Sən demə xoşbəxtlik üçün təkcə oxumaq şərt deyilmiş. Hansı yol əl atırsan at, yenə, sonda sən cəzalanırsan. Onlar dediyi kimi edirsən Tanrı tərəfindən cəzalandırılırsan, onlar dediyi kimi etməyəndə özləri səni cəzalandırırlar.
Itirdim, itirdim hər şeyimi itirdim. Daha itiriləsi heç nəyim qalmayıb.
Günayla elə uşaqlığımız bir yerdə keçmişdi. Onun arzusu müəllim olmaq idi.  Sonralar düzgün anlaya bildım, sanki elə bu müəllim olmaq üçün yaranıb. Müəllimlik elə bil onun boyna, buxununa, düşüncəsinə biçilib.  Mən də ki, elə əvvəldən hüquqşünas olmaq istəyi ilə yaşyırdım. Zaman elə gətirdi ki, ağır zəhmət də çəksək, çətinliklərdən də keçsək istəyimizə nail ola bildik.
 İlkn dünyaya çox geç gəldi. Bunu taleyin sınağı kimi qəbul etdik.  Heç bir söz-söhbət, dedi-qodu bəxtimizə, taleyimizə çəpər sala bilmədi. Xoşbəxt günlərimizi  keçirdik.  Evliliyimizin onuncu ilində İlkinimiz dünyaya gəldi. Ilkinin gəlişi evimizə yeni seninc, xoş əhval-rühiyyə gətirmişdi.
Bəlkə də işimlə əlaqədar idi. Məndə o qədər də dözüm, səbr yox idi.   O, uşağın hər şıltaqlığına, nazına dözürdü. Bilmirəm,  bu analıq istəyindən, yoxsa müəllimlik sənətindən  irəli gəlirdi.
O hadisədən sonra  Günay  necə də tam dəyişdi. Əvvəlki şuxluğundan əsr-əlamət qalmamışdı. Insan bir anın içindəcə necə dəyişərmiş! Niyə də dəyişməsin? O hadisədə özü də  ağır xəsarət almışdı, həm də aman, güman bir balamızı itirdik. Xəstəxanadan çıxandan sonra, ancaq uşağın xəyalları ilə yaşayırdı.
Ond o hadisə olmasaydı İlkinimiz on gündən sonra məktəbə gedəcəkdi.  Uşağın məktəb üçün hər şeyini alıb əvvəldən hazır qoymuşdu. Elə bil tələsirdi uşağın məktəbə getməyinə.  Hər gün bir dəfə məktəbli paltarını geydirib həvəslə uşağa tamaşa edərdi. Bütün arzusu gözündə qaldı. Uşaqdan sonra  əşyaları  ona göz dağı olmuşdu.
Iki il bundan əvvəl Günay da məni tərk etdi. Indi tək-tənhayam. Sığınacaq heç kəsim yoxdu.
Çox məsləhət vermişdilər. Bilirdilər,  – Günay  düzələn deyil, xəstədi. –Yaxınlarım çox dirəndi, “artıq olan olub, – dedilər. -Daha Gunaya o dərəcədə  umid bağlamağın yeri yoxdu.  Başına indidən bir çarə qıl”!
-Heç bir məsləhətə əhəmiyyət vermədim.  Belə fikirləşirdim, “kim necə düşünür qoy düşünsün. Qismət olsaydı elə özümünkülərdən olard”.
Arada oğlunu yuxuda görürdü. “Ata məndən ötrü narahat olma, -deyirdi. –Burada bir nənə var mən çox yaxşı baxır”. Deyir, “səndən oğlumun ətrini duyuram. Səni bircə an görməsəm bağrım çatlayar, mənim üçün çox çətin olar”. Mən də ona öyrəşmişəm.  Anamdan çox onun xətrini istəyirəm. Istədi bağırsın, “yox oğlum o qadına yaxın getmə, onun qarğışına düşmüşük”. Qadın üzünə bozarmışdı. “Mənim uşaqla nə işim var. Mən sənin kimi alçaq deyiləm. Mənim ədavətim səninlədir”.
Istəmişdi desin, “oğlum anan da dünyasını dəyişdi”… sözünün arxasını gətirə bilməmişdi. Qan tər içində ağır-ağır  nəfəs almışdı. Oğlu onun fikirni anlamışdı. “Yox, ata,  mən səni də, anamı da özüm tərk eləmişəm. Mən özüm belə istəmişəm.  Mənə heç biriniz  gərək deyilsiniz daha”.
 Başını yerə dikim madım-madım bir oğluna bir də qadına baxmışdı.
***
 Neçə gün idi evdə hazırlıq gedirdi. Səhər toya getməyə hazırlaşırdılar. Yuxusunu qarışdırmağı onu əmlli-başlı dilxor eləmişdi. Gecə yarıdan yerində o yana-bu yana eşələnmişdi. Görmüşdü, oğlu maşın  yolundan kecmək istəyir, keçə bilmir. Maşın üstə gəlir, uşaq qorxudan bağırır. Bir qadın əlini uzanıb onu xilas edir. O da, arvadı da  donub durduqları yerə pərçimlənirlər, sanki dilləri tutulur.   Qadın uşağı götürüb aparır. Deyinə-deyinə deyir, “mən neçə illərdir  oğul üzünə həsrət qalmışam, indi bu uşağı mən xilas etdim, mənim olmalıdır, özümlə aparmalıyam. –deyir.
Qadın gedəndən sonra arvadı da, özü də çığır-bağır salırlar. Nə qədər çığır-bağr salsalar da artıq gec idi. Qadın  uşağı çoxdan  aparıb getmişdi.
Səhər istəmişdi yuxusunu arvadına danışsın, danışmamışdı. – Yox! –demişdi. – Yuxuya görə toya  getməmək gülünc alınacaq. Arvadı da, elə onun qohumları da bəhanə gətirdiyini düşünərlər. Heç kəsi inandıra bilməyəcək.  Necə yəni, qaynı oğlunun toyuna getməyə.  Hamı onun yoluna gözləyir. Indi ən çox diqqətdə olan adamdır. Getməsə deyəcəklər, “yekəxanalıq edir”.
Amma yuxunun vahiməsi, həyacanı hələ canından çıxmamışdı. Çox səksəkəli olmuşdu.
 Yolda qəflətən gözünə qaranlıq çökdu. Qabaqdan od-alov içində olan qadın maşına tərəf qaçırdı. Qəflətən, ani olaraq, maşını yana çəkdi. Qulaqlarına xışıltı səsləri gəlirdi. Sonrasını bir neçə gündən sonra xəstəxanada aylandan sonra bildi.
***
Heç bunlarda insaf deyilən şey yoxdur.  Lazım olanda səndən istifadə edirlər, lazım olmayanda səni şələ-pələn qarşıq  bayıra tullayırlar. Əvvəlcə səni diş pastası kimi  sıxırlar, sıxırlar, sonra da istifadəyə yararsız olduqda “tubik” kimi zibil yeşiyinə atırlar. Daha bundan sonra kimə lazımsan!-deyirlər.
Oğluma görə də məni mühakimə etmədilər. Kimliyindən aslı olmayaraq insanın başına hər an iş gələ bilər. Heç kəs hadisədən sğortalanmayıb. Sən bunu bilə-bilə etməmisən. –dedilər. –Axı cinayət cinayətdi, fərqi nədir. Mən törətmişəm, və ya başqası törədib.
Heç o qadına görə, onu oğluna görə də gözün üstə qaşın var deyən olmamışdı mənə, əksinə, hələ alqışladilar da məni.
Ondan aslı olmayaraq bu hadisə baş vermişdi. Bu da onun talehinin həll olunmasına  gətirib çıxarmışdı. Kiminsə qohumunu etdiyi mühakimə, kimisə yaman qəzəbləndirmişdi. “Pis yerdə axşamlamışam”, – deyirdi.
Onu bu hərəkəti kiməsə  sataşmaq kimi qəbul edilmişdi.  İş işdən keçəndən sonra xəbər tutmuşdu.  Demişdilər, “hər şeyi vaxtında bilmək lazımdır, gərək ayıq-sayıq olasan, kimin kim olduğunu vaxtında biləsən.  Ağı qaradan seçməyi bacarasan. “Get”, -demişdilər. -Daha bizə lazım deyilsən!  İndən sonra vaxtın çox olacaq. Papağını qabağına qoy düşünərsən, bəlkə ağlın başına gəldi. –demişdilər.
08. 01. 2019

Yazıya 488 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.