Böyük öndər Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabı gün üzü görüb

mer“Kitab Klubu” tərəfindən Şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi, böyük öndər, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist Məhəmmən Əmin Rəsulzadənin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş “Azərbaycan şairi Nizami” kitabı 450 səhifə həcmində, 100 tirajla gün işıq görüb.

“Koroğlu” eposunun yeni nəşri gün üzü görüb

“Kitab Klubu” tərəfindən “Şifahi xalq ədəbiyyatının ən parlaq nümunəsi” seriyasından yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri- qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik kimi ən ali hissləri özündə məcləşdirən  “Koroğlu” eposu 600 səhifə həcmində gün üzü görüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2005-ci ildə “Lider” Nəşriyyatı tərəfindən “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından “Azərbaycan dastanları” beşcildliyinin dördüncü cildində “Koroğlu” dastanı kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Yazıya 576 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.