“Koroğlu” eposunun yeni nəşri gün üzü görüb

koroglu kultur.az “Kitab Klubu” tərəfindən “Şifahi xalq ədəbiyyatının ən parlaq nümunəsi” seriyasından yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri- qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik kimi ən ali hissləri özündə məcləşdirən “Koroğlu” eposu 600 səhifə həcmində gün üzü görüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, 2005-ci ildə “Lider” Nəşriyyatı tərəfindən “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından “Azərbaycan dastanları” beşcildliyinin dördüncü cildində “Koroğlu” dastanı kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

Yazıya 523 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.