Tanınmış yazıçı İnayətullah Kanbunun yeni kitabı gün üzü görüb

i.kanbu kultur.az“Kitab Klubu” nəşriyyatı tərəfindən İran ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı İnayətullah Kanbunun “Vəfalı və vəfasız qadınlar haqqında kitab və ya bilik ehramı” adlı yeni kitabı 404 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Əsəri rus dilindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Nizami Məhərrəmovdur.

Müəllifin digər əsərləri kimi, bu əsərini də həm fars, həm də hind mədəniyyət abidələrinə aid etmək mümkündür. Əslində, bu kitab hekayələr, rəvayətlər və nağılları özündə cəmləşdirən topludur.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

 

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 

Yazıya 427 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.