“Müasir Azərbaycan Xanım Yazarları” seriyasından “Zərif kölgələr” antologiyası işıq üzü görüb

kitab

“Müasir Azərbaycan Xanım Yazarları” seriyasında “Zərif kölgələr” antologiyası işıq üzü görüb

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yurdunda-doğma Gəncədə fəaliyyət göstərən “Azəri poliqrafiya” Nəşriyyatı tərəfindən 200 səhifə həcmində “Müasir Azərbaycan Xanım Yazarları” seriyasından “Zərif kölgələr” antologiyası işıq üzü görüb. Kitabın redaktoru və önsözün müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, şairə, yazıçı-publisist, Gülnarə Sadiq, korrektorları isə  istedadlı gənc xanım yazar Aysel Nəsirzadə, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB, AJB və DGTYB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Şəfa Vəlidir.

 

Qeyd edək ki, “Zərif Kölgələr” antologiyası müasir Azərbaycan ədəbiyyatında bir ilkə imza atdı. Aysel Nəsirzadə və Gülnarə Sadiqin rəhbərlik etdiyi bu layihədə gənc xanım yazarlar öz əsərləri ilə iştirak ediblər.  Kitabda həm poeziya nümunələri, həm də nəsr əsərləri yer alıb.

 

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

 

 

Yazıya 483 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.