“OXU GÜNÜ” – 35 SAYLI MƏKTƏBDƏ (fotolar)

11135 sayli məktəbdə “oxu günü” – Məktəb direktoru şəxsi kitabxanasindan məktəbə 200-ə yaxin kitab hədiyyə etdi…

Aprelin 23-ü Milli Qəhrəman Ş. Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə “Oxu günü” münasibəti ilə tədbir keçirildi. Aprel ayı ərzində şagirdlərin mütaliəsi üçün təqdim olunan kitabların sərgisi nümayiş etdirildi. 200-ə yaxın kitabın nümayiş etdirildiyi sərgidə məktəb direktorunun şəxsi kitabxanasından və AYB Mingəçevir filialından məktəbə hədiyyə olunan müasir dünya və Azərbaycan ədəbiyyatı müəlliflərinin kitabları yer alırdı. AYB Mingəçevir filialının sədri, tanınmış şair İsmayıl İmanzadənin də qatıldığı tədbiri giriş sözü ilə açan məktəbin direktoru, AYB üzvü Elşən Əzim çıxış edərək bildirdi ki, hər il 23 aprel UNESKO-nun qərarı ilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir. Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmri ilə “Oxu günü” tədbirinin keçirilməsinin zəruriliyindən danışan direktor onu da qeyd etdi ki, Ədəbiyyat yalnız bir fənn deyil, insanın daxili aləmini, mənəvi dünyasını zənginləşdirən sənətdir. Ona görə də şagirdlərdə ədəbiyyata sevgini aşılamaq lazımdır. Sonra şagirdlər bir ay ərzində oxuduqları şeir və nəsr parçalarından ibarət ədəbi- bədii kompazisiyalar, səhnəciklər təqdim etdilər. Tədbirə valideyn kimi qatılan Aşıq Oşqar və Aşıq Fərəc rəngarəng aşıq musiqiləri ilə çıxış etdilər. Şagirdlərin görüşünə kitab hədiyyələri ilə gələn tanınmış şair-publisist, AYB Mingəçevir filialının sədri İsmayıl İmandzadə çıxış edərək mütaliənin insan həyatında, tərbiyəsində əhəmiyyətindən danışdı. Yeni şeirlərini söyləyən şair sonda şagirdlərin suallarını da cavablandırdı. Kəlbəcər Rayon Təhsil Şöbəsinin əməkdaşı Qafur Zeynalov çıxış edərək 35 saylı məktəbdə keçirilən tədbirlərin hər zaman zəngin və inrtellektual səviyyədə olduğunu bildirdi.

12.

58380397_2157872180962130_7168104751198896128_n (2)

.

58381823_2157873530961995_1709357010547376128_n

.

58419509_2157871480962200_8633607425783496704_n

.

58079841_2157871080962240_8879179005635330048_n.

57774990_2157873830961965_6324825374744117248_n.

57602793_2157876667628348_5082502455128752128_n

.

57546450_2157874470961901_4275474075825995776_n

 

Yazıya 559 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.