O, QƏLBLƏRDƏ DAİM GƏNC QALACAQ

64987009_2769429403070720_5636456333260619776_oMehdixanov İsrafil Nəriman oğlu 1972-ci il fevral ayı- nın 29-da Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur.
1979-cu ildə Yuxarı Seyfəli orta məktəbinin birinci sinfi- nə daxil olub, 1989-cu ildə hə min məktəbin onuncu sinfini bitirmişdir.
Hələ məktəb illərindən İs rafil çox intizamlı, səliqə-sahmanlı şagird idi. Texnikanı çox sevirdi. Texniki sahələrə daha çox meylli idi. Məktəbdə çilingər işi ilə bağlı nə vardısa İsrafil orada idi.

Qonur gözlü, gülərüz, həlim xasiyyətli, mehriban bir gənc idi. Qəlbi yaşamaq, yaratmaq eşqi ilə döyünürdü.
1989-cu ilin sonuna yaxın Sovet Ordusu sıralarına çağrılır. İlk olaraq Qori şəhərindəki təlim mərkəzində altı aylıq kurs keçir. Tankçı-sürücü-mexanik ixtisası və baş (çavuş) baş ser- jant rütbəsi alır. Qori şəhərindən Bakı şəhərindəki “Korgöz” tankçılar hissəsinə göndərilir. Burada o, bölük komandiri olur.
1990-cı il may ayında sovet ordusundan tərxis olunur.
Bu o vaxt idi ki, mənfur qonşumuz, xəyanətkar ermənilər ərazi iddiaları ilə Azərbaycan xalqının dinc həyatını pozmuş- dular. Digər tərəfdən ermənipərəst mövqe tutan mərkəzi hö- kumət Azərbaycana qarşı haqsızlıqlar və ədalətsizliklər edir
dilər.

1990-cı il iyun ayında Azərbaycan Respublikasının Milli Ordusuna çağrılır.
Milli Orduda ən çətin yerlərdə tank hissəsində bölük komandiri olub.
Son vaxtlar Gədəbəy rayonunun Şınıx bölgəsində hərbi xidmətdə olub. Başkənd əməliyyatında xüsusi qəhrəmanlıq göstərib.
Başkəndin azad edilməsində göstərdiyi igidliyə görə təşəkür və fəxri-fərmanlar alıb.
İsrafil çox gənc idi. O, yaşamaq istəyirdi. Onun görmək istədiyi işlər hələ qabaqda idi.
Mənfur ermənilər Azərbaycanın bir çox qəhrəman oğulları kimi İsrafilin də arzularını yarımçıq qoydu.
İsrafil Mehdixanov 1992-cı il noyabr ayının 23 də Gədəbəy bölgəsində döyüş zamanı qəhrəmancasına həlak oldu. Onun yaşamaq üçün döyünən ürəyi əbədi dayandı…
O, həyatdan çox gənc getdi. Ancaq qədirbilən xalqımızın qəlbində həmişə gənc və subay qalacaq. Bu günkü və gələcək nəsillər minlərlə Azərbaycan şəhidləri kimi İsrafili də həmişə yad edəcək.
Şəhidlik zirvəsinə yüksəlmiş İsrafilin məzarı indi gənclərin and yeridir. İsrafilin oxuduğu məktəb indi onun şərəfli adını daşıyır.
İsrafillə fəxr etməyə onun həmyerlilərinin və Azərbaycanın haqqı var.
Atası Mehdixanov Nəriman hal-hazırda təqaüdçüdür. Anası Mehdixanova Zemfira da həmçinin təqaüdçüdür. Bir qardaşı üç bacısı var. Hamısı ailə qurublar.
Əziz Şəhid valideynləri, başınızı uca tutun, buna sizin haq- qınız var. Ona görə ki, siz vətəni canından əziz sevən övlad tərbiyə edib böyütmüsünüz!

    Yazıya (62) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.