“Dost” jurnalının yeni sayı işıq üzü görüb

IMG-20190903-WA0019Hörmətli dostlar, Əziz həmvətənlər! Öz elmi, əxlaqi, vətənpərvərlik ruhunda olan məqalələri ilə “Dost” elmi-ictimai jurnalı yenidən öz oxucuları ilə görüşə​ gəlib. Jurnalın bu sayında oxucular Elvin Arifoğlunun “Ssenarist özümüz olaq”, Mehriban Əliyevanın “Azərbaycan məbədləri”, Aslan Aslanovun “Leyla Əliyevanın fəaliyyəti”, Əli Rzazadənin “İmadəddin Nəsimi yaradıcılığında İrfani söz sənətkarlığı”, Leyla Cahangirovanın tərcümə etdiyi “Yaşlı insanla görüşdən aldığım dərs”, Nəbi Mahmudovun “Təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb-valideyn əməkdaşlığının rolu”, Tural İrfanın “Nəsimi irsinin təbliğində Ayb-nin rolu”, Yeganə Əliyevanın “İnsan və Psixologiya”, kimi maraqlı yazılarla tanış olacaqlar.

Jurnalın budəfəki buraxılışında diqqət çəkən məqamlardan biridə idmançımız “Uşi-sanda və Universal” döyüş növləri üzrə dəfələrlə dünya və Avropa çempionu Sənən Dünyamalıyevin “Dost” jurnalına özəl müsahibəsi, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə dini ayinlərin icraçısı, Şəmkir rayon mərkəzi “Cümə” məscidinin imamı Elmar Rzayevin fəaliyyəti, Yarım saat nəzəriyyəsi kimi bir-birindən maraqlı, rəngarəng yazıların öz əksini tapmasıdır.

Məlumat üçün bildirək ki, “Dost” jurnalı rəsmi dövlət qurumlarının hər birinə “Azərpoçt” vasitəsi ilə göndərilir.

Yazıya 611 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.