Günel Eyvazlının yeni kitabı işıq üzü gördü

Günel eyvazlı64372790298033_6159718172615427240_oYazıçı-esseist, tərcüməçi Günel Eyvazlının “İşıq” adlı yeni kitabı “Elm və təhsil” Nəşriyyatında – “Ədəbiyyat qəzeti” yayınları silsiləsindən işıq üzü görüb.


Manera.az xəbər verir ki, 464 səhifədən ibarət kitabda müəllifin son illərdə qələmə aldığı, “Ədəbiyyat qəzeti”ndə çap olunmuş esse, hekayə, şeir və bədii-publisistik yazıları daxil edilib.

“İşıq”ı oxuduqca müəllifin mövzulara fərqli rakursdan baxış bucağını, düşüncə genişliyini, fəlsəfi, sürreal, okkultiv, intellektual izah manevrlərini görmək mümkündür.
Günel Eyvazlının “İşıq” adlı yeni kitabı çap olundu - Foto
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, ön söz müəllifi filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovadır.

Qeyd edək ki, “İşıq” müəllifin sayca üçüncü kitabıdır.

Kitab ilk dəfə oxuculara 16 sentyabr tarixində Sumqayıt şəhərində təşkil olunacaq I Kitab Yarmarkasında təqdim olunacaq.

Yazıya 455 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.