Gənc yazar Aygün Toğrulqızının “Sənə gecikməyə zaman tələsdi” adlı yeni şeirlər kitabı işıq üzü görüb

atAzərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Aygün Toğrulqızının “Sənə gecikməyə zaman tələsdi” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca birinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Yazıya 507 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.