“Arazın səsi” – Dalğa aşıq qrupu gəlir – KONSERT

73240688_449243052390948_4824695956559626240_nNoyabrın 14-ü saat 19-da Heydər Əliyev Sarayında tanınmış cənublu aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi “Dalğa” qrupunun konserti olacaq.

kultur.az  xəbər verir ki, “Arazın səsi” adlanan konsertdə həm şimallı, həm cənublu ifaçılar birgə səhnəni bölüşəcəklər.

Konsertdə saz, muğam və xalq musiqisinin sintezindən ibarət maraqlı nömrələr ifa olunacaq.

Söz və musiqi tariximizi uğurla yaşadan Təbrizin məşhur “Dalğa” musiqi qrupu Dr: Çingiz Mehdipurun rəhbərliyi ilə “Arazın səsi” adlı konsertə dəvət edir. Dünyanın 30-dən artıq ölkəsində geniş konsert proqramlarıyla çıxış edən “Dalğa” qrupu aşıq musiqisi tarixində ilk dəfə klassik aşıq havalarının modern təqdimatıyla böyük şöhrət qazanmışdır. Müasir səhnə tərtibatı, ana, tavar və cürə sazların harmonik səs birləşməsi,yastı balabanın həzin səsi,ritm alətlərinin klassik aşıq havalarına gətirdiyi dinamik inkişaf tempi ecazkarlıqla yanaşı saz musiqisində hüdudsuz və yeni bir mərhələnin soraqçısıdır. Gecədə iştirak edən Güney və Quzey Azərbaycan aşıqlarının məşhur nümayəndələrinin ecazkar səsi sənətsevərlərə unudulmaz musiqi zövqü vəd edir.

Yazıya 764 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.