Qalib Şəfahət – “BOŞLUQDA VARLIQ”

FB_IMG_1568483423820(hekayə)

                                                                                       Gözəl qraet ustası Qabil Gədəbəyliyə

 

… o, kimdi belə, -Vüqar sifətini turşudub ağzını büzdü.

Sədaqət tutulan kimi oldu:

– Qabil müəllimi deyirəm. Mənim məktəb direktorum olub. Həm də gözəl qraet ustasıdı…

–Gözlərini diqqətlə Vüqarın üzünə zilləyib:

– Çox istəyirəm, bizim də toyumuzu o, aparsın. Özü də toyumuz “qızıl sarayda” olsun. Ora mənim çox xoşuma gəlir. Onun apardığı toylar daha şən, daha şux keçir. Elə başa düşürəm, Qabil müəllimin apardığı toyla “qızıl saray” bir-birini tamamlayır.

– Vüqarın tutqun baxışını diqqətlə süzüb:

– Məyər sən onu tanımırsan?-dedi.

–Niyə tanımıram, tanıyıram, tanıyıram, çox yaxşı tanıyıram! –kinayə ilə dedi.

–Mən sənə nə dedim ki, sifətini turşudub ağzını büzürsən? Hər bir insanın öz arzu, istəyi ola bilməzmi?

– Olar, olar, amma…

Vüqar danışdıqca dili dolaşıb, nəfəsi təngiyirdi. Çox həyacanlı bir görkəm almışdı. Sanki arxasınca kimsə onu qovurdu:

–Yoox, mən istəmirəm Sədaqət . Sən Allah yox, o, lazım deyil. Onu fkirndən çıxart getsin. Məyər ondan başqa toy aparan; -aparıcı yoxdu? –həyacanla dedi.

– Mənə düzgün anlat görüm axı nə olub? Niyyə mənim sözümə qəribliyə salırsan? Məncə mənim elə bir qəbahətim yoxdu. Birdə insan insanın arzusunu, istəyini gözündə qoymaz. Sən onu bilirsənmi, bircə anın içində bütün arzu və istəyimi yerə vurub çilik-çilik elədin. Indidən sən bu xasiyyətdə olacaqsansa səninlə mənimki tutmaz. Sonrası gec olar. Şükür ki, səhvimi vaxtında mənə anlada bildin. Götür, götür, bu da sənin nişan üzüyün.

Vüqar əlini geri çəkirdi. Sədaqət təkidlə:

– Götür, götür, möhkəm tut, birdən salıb itirərsən! -deyib, Sədaqət nişan üzüyünü Vüqarın ovcüna basıb ondan uzaqlaşmaq istədi.

Vüqar Sədaqətin biləyindən möhkəm yapışıb dedi:

– Qurban olum Sədaqət, məni düzgün başa düş. Burda mənim heç bir günahım yoxdu. Nə də sənə heç nəyi anlada bilmirəm. Bir az səbirli ol. Of! Of! Yenə, yenə gəldik ona ilişdik.

–Burax qolumu, indidən mənə heç nə anlada bilmirsənsə sonra mənə nə anadacaqsan?

-Sədaqət qolunu Vüqarın əlindən qoparıb gözünün yaşını axıda-axıda yola düzəlmişdi.

Vüqar oturacağa çöküb sifətini övucunda gizlədib öz-özünə deyinirdi:

– Axı mən necə deyim Sədaqət, necə deyim ki, hələ də atam anamı ona qısqanır. Onun adı gələndə atam odsuz-ocaqsız tüstülənir. Bu mənə də təsir edir. Elə bilirəm atam onun qarşısında alçalır. Onda mən də özümü alçalmış kimi hesab edirəm. Bunun bir neçə dəfə özüm şahidi olmuşam. Anam kaseti qoyub onun səsini dinləyirdi. Atam hirislə anamın üstünə çəmkirdi:

– Hələ də onu yadından çıxarmamısan?- dedi.

Anam da:

– Sən ki, hər şeyi yaxşı bilirsən! – dedi. – O səsi də mənə çox görürsən? O səsə də məni qısqanırsan?

Sonra anladım anam nə demək istəyir. Anamla bir sinifdə oxuyurmuş. Anam onun səsinəmi, yoxsa, özünəmi vurulubmuş. O da, anam da, orta məktəbi qurtarıb elə birinci il İnistituta qəbul olublar. Atamla anam bir qurubda oxuyurmuş. Atam anamdan ötrü dəli-divanə olsa da, anam hələ də ağ atlı oğlanın yolunu gözləyirmiş. Bəlkə də o, – ağatlı oğlan bu sevdadan xəbərsiz imiş. Anam aradan müəyyən vaxt keçəndən sonra atama; “hə”- deyir.

 

***

Sədaqətin reanmasiyaya düşməsi xəbəri Vüqarın qulağına tərs sillə kimi   çırpılmışdı. Sədaqəti huşsuz vəziyyətdə görüb özünü qınadı. Hamının diqəti ona tərəf cəmləşmişdi. O, isə öz ailəminə qapanmışdı. Nə edəcəyini özü də bilmirdi. Ətrafa nəzər yetirmək gücündə deyildi. Düşüncələr onu özündən çox uzaqlara aparıb gətirirdi. Elə başa düşürdü ki, hər şeyin günahkarı özüdür, hamı ona günahkar kimi baxır. Öz düşüncələrində günahın burulğanlarında özünü dəryaya qərq olmuş kimi hiss edirdi.

Həkim ümid verici bir şey danışmırdı. Dilüçü, -gözləyək,” -deyirdi. -Hələ dəqiq baş açmaq olmur. Hər şey öz qaydasındadır, amma hüşsuzdur. “Latergik yuxu” da ola bilər. Ona oxşayır da, oxşamır da. O da öz təsdiqini tapmır. Ola bilsin, 10 günə də ayılsın, gec də ayıla bilər. Əsas odur biz əlimizdən gələn nə mümkündürsə edirik.

 

***

 

Çox yaxında toy sədaları eşidilirdi. Qabil müəllim xoş avazla şeir deyirdi. Səs ruhunu oxşayırdı. Ofuldanıb: – Yenə odur! Əl çəkmir bizdən! – Vüqar öz-özünə deyindi.

Özü də anlamırdı, o səsə deyinir, yoxsa, o səs onun ana laylası kimi qəlbini ovsunlayır?

Qəfləti səs-küy, çığır-bağır onu dərin xəyaldan ayırdı:

-Ayıldı, ayıldı, ay Allah sənə şükür, ayıldı.

Gözlərinə inanmadı. Sədaqət başını qaldırıb yuxulu adam kimi başını yasdıqdan qaldırdı. Qabil müəllim məlahətli səsini seyr edirdi:

 

Çol yaman soyuqdu gülüm

Yatır məni ürəyində.

Sən ümman ol mən bir qayıq

Batır məni ürəyində.

 

Hər şey ona yuxu kimi görünürdü. – Hə, demək bizim toyumuzdur. –dilinin ucunda pıçıldadı.

Arxası ilə müğəni Təranə xanım yanıqlı səsi ilə segah təsnifi oxuyurdu. Rasimin incə barmaqları onu sazda müşayət edirdi.

 

Baş alıb ömürdən gedən günlərim,

Səni ürəyimdən çıxara bilmir.

Sevincli, arzulu, otən günlərim

Məni arxasınca apara bilmir.

 

Sevincək qışqırdı:

– Toyu da Qabil müəllim aparır, eləmi? Urra!

Vüqar sağa, sola boylandı. Özündən aslı olmayaraq toy sədaları gələn tərəfə qaçdı. Ləhliyə, ləhliyə dedi:

– Qabil müəllim, nişanlım Sədaqət sizin səsinizdən sonra ayıldı, o reanimasiyada yatır. Durmayın, xahiş edirəm, gedək, gedək, ona sizin çox köməyiniz dəyə bilər!

Qabil müəllim Vüqarı təlaş içində görüb işin nə yerdə olduğunu anlayıb onun arxasıyca xəstəxanaya gəldi. Diqqətini cəmləyib reanimasiya otağına xeyli göz gəzdirdi, toydakı xoş musiqi sədaları burda aydınca eşidilirdi, məlahətli səsi ilə şeirin son bəndini pəçıldadı:

Ağıllı bil, ya divanə

Yolum qəlbimdə yubana.

Son mənzilə, son ünvana

Çatdır məni ürəyində.

 

Bu səs sanki adam qəlbini ovsunlayırdı. Sədaqətin fikri çox qarma-qarşıqidi. Harda olduğunu dərk edə bilmirdi. Elə bilirdi öz toyudu, ömürünün ən xoşbəxt günlərini yaşayır. Sifəti gülürdü. Gözlərindən axan göz yaşı yanagından üzü aşağı süzülürdü. Vüqar çox sevincək dodaqları arasından pıçıldadı. Bu pıçıltını ancaq özü eşidirdi.

– Həə, demək beləymiş…

Dərindən nəfəs alıb sözünü davam etdirdi:

– Ürəkdə olan arzunu, istəyi heç kim, heç cürə ürəkdən çıxara bilməz.

 

 

 

Yazıya 504 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.