Eşqin Məmmədov – HAVAYI QİYMƏT

IMG_20200328_221406_889(hekayə)

Evdən tələsik çıxsam da, yenə işə gecikirdim. Hava olduqca şaxtalı olduğundan, köhnəlmiş paltomu və qulaqları qısa olan şapkamı da, götürmüşdüm. Axır zamanlar müdir məni gecikmələr üstündə çox danlayırdı. Açığı, məsuliyyəti hiss edirdim, amma alınmırdı. Bu dəfə də, yenə dərsə çox az qalmışdı.Təxmini bir saat. Yolum çox uzaq idi . Digər tərəfdən geyimim çox da rahat deyildi. Buna görə də taksi ilə getməyi qərara aldım. Biraz piyada gedəndən sonra, maşınlar dayanan nöqtəyə yaxınlaşdım. Bu zaman bir sürücü məni tanıyırmış kimi cəld mənə yaxınlaşıb dedi:
- Salam. Müəllim necəsiz ?
- Salam. Çox sağ ol, oğul, yaxşıyam.
- Hara belə tələsirsiz? Buyurun əyləşin aparım.
- Yaxşı. 30 saylı məktəbə sür.
Yolda demək olar söhbətləşmədik. Çatan zaman gediş haqqını soruşdum.
- Oğul gediş haqqı nə edir?
- Sizin üçün havayıdır. Halal xoşunuz olsun.
- Axı necə havayı? Çörəyin burdan çıxır.
- A müəllim , o qədər bizə havayı qiymət yazmısınız ki , indi bir gediş haqqı nədir ki , onun yanında .
Açığı sonra bu hadisə haqda düşünüb pis oldum ki , havayı qiymət yazıb onları pis vərdişlərə öyrətmişəm, amma onlara ən azı qarşılıq verməyə öyrətdiyim üçün heç də peşman deyiləm. Hər şeyin qarşılığı gec- tez verilir.

Yazıya 446 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.