İrandan Azərbaycana … – sirli «İran dəhlizi»

Müharibə illərində Bakı Sovet İttifaqının ən böyük nəqliyyat qovşaqlarından birinə çevrilmişdi. Məsələ ondadır ki, Bakı vasitəsilə trans İran tədarük marşrutunun bir qolu olan lend-liz buradan keçib. Ümumiyyətlə, ABŞ-dan yüklər SSRİ-yə üç əsas yolla gətirilirdi. Yük dövriyyəsinin 47,1%-i Uzaq Şərq marşrutu (Petropavlovsk-Kamçatka, Nikolayevsk- Amur və Vladivostokadək), 23,8% – i trans İran (Bakı, Aşqabad, Həştərxan, Krasnovodsk və Tbilisiyə qədər), 22,6% — i isə Şimal marşrutu (Murmansk, Arxangelsk və Molotovska qədər) ilə daşınıb.

На изображении может находиться: 2 человека

Amma digər nəqliyyat qovşaqlarından fərqli olaraq, Bakı həm dəniz yüklərini, həm yük maşınları, həm də dəmir yolu platformaları vasitəsiylə daşımaları qəbul edib. Sonuncular, əsasən ABŞ tanklarının İrandan gətirilməsi üçün istifadə olunurdu. Əgər əvvəlcə zirehli maşınlar Sovet sərhədini keçəndən sonra ölkənin mərkəzi rayonlarına göndərilirdisə, almanlar Rostovu işğal etdikdən və mühüm nəqliyyat magistralını kəsdikdən sonra tanklar birbaşa Şimali Qafqaz cəbhəsinə göndərilməyə başladı. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Şimali-Qafqaz istiqamətində fəaliyyət göstərən tank hissələrinə aid tanklarının lend-Lizdəki faizi kifayət qədər yüksək olub. Onlar üçün heyət Bakıda yerləşən 27-ci tədris alayının bazasında hazırlanırdı.

На изображении может находиться: небо и на улице

Başqa yolla İrandan SSRİ-yə Aviasiya texnikasının köçürülməsi həyata keçirilirdi. 1942-ci ildən başlayaraq, Sovet hərbi təyyarəçiləri nəqliyyat təyyarələrində Tehrana aparılırdı və oradan Amerika, ingilis qırıcıları ilə (daha az sayda bombardmançılar) qayıdırdılar. Azərbaycanın Kirovabad (indiki Gəncə) və Hacıqabulda eniş edirdilər. Bura, Sovet pilotlarının təyyarələri idarə etməyi öyrəndikləri bir təlim mərkəzi idi. Yeri gəlmişkən, burada üç dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksandr Pokrışkin və onun həmtəlimçiləri idarəetmə bacarıqlarını qazanıblar.

Təkcə 1943-cü ildə «İran dəhlizi» ilə 2.386 təyyarə göndərilmişdir.

Lend-lizə daxil olan son dərəcə vacib məhsullardan biri də ordunun mobilliyini təmin edən avtomobillər idi (əsasən yük avtomobilləri). Müharibə illərində müttəfiqlər 375 min avtomobil tədarük edib və onların demək olar ki, yarısı trans İran yolu ilə geçib.

Maraqlıdır ki, əgər əvvəlcə «Katyuşa» minaatanları Zis-6 yük maşını üzərində quraşdırılırdısa, müharibənin sonunda bütün reaktiv yaylım atəşi sistemləri yalnız «Studebaker US6» markalı Amerika maşınlarında quraşdırılmağa başlandı.

На изображении может находиться: облако, небо и на улице

Yeri gəlmişkən, «Katyuşa» qvardiya minaatanlarının yığılması, bilavasitə Bakıya aid idi. Hələ 1942-ci ilin yayında Azərbaycan paytaxtının kənarında rekord müddətdə ilkin olaraq 160 nömrəli sənədlərdə adı keçən və sonradan Bünyad Sərdarovun adını daşıyan zavod inşa edilmişdi. Orada məxfilik rejimi elə idi ki, hətta bir çox işçilər müəssisənin hansı məhsulları istehsal etdiyini bilmirdilər.

Zavod reaktiv minaatanların yığılmasını həyata keçirib. Yıgılmış döyüş maşınları hər tərəfdən brezentlə bükülür, gecə boyu əhali az olan şəhər üzrə daşınır və dəmir yolu platformalarına göndərilirdi. Bundan sonra Bakının məhsulları birbaşa döyüş meydanlarına göndərilirdi.

На изображении может находиться: 1 человек

Ümumiyyətlə, hələ 1941-ci ilin sonlarından Azərbaycanda 130-a qədər silah, döyüş sursatı, hərbi təchizat və digər əşyalar istehsal olunurdu. Zavodların sexlərində müxtəlif çaplı mərmilər, pulemyotlar, hücum tüfəngləri, tank əleyhinə minalar, qumbaralar və hətta «şüşə qumbaralar» (Molotov kokteyli), yəni gündə 10 min ədədə qədər istehsal olunan alışqan qarışıqlı butulkalar hazırlanırdı.

1941-ci ilin sonundan SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə Bakının 458 nömrəli zavodunda «Yak-1» təyyarələrinin istehsalı təşkil edilmişdi. Artıq 1942-ci ilin yazında Azərbaycan torpağında yaradılmış ilk «Yak-1» təyyarələri havaya qalxmışdılar.

İstinad: Fedai.az

Yazıya 398 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.