SALAM, TÜRK ORDUSU! – Ziyalılar Türk Ordusuna məktub ünvanladı

türk ordusuİslam Sadğın təşəbbüsü ilə bir qrup ziyalı Azərbaycanda təlimdə olan Türk Ordusuna məktub ünvanladı.

SALAM, TÜRK ORDUSU

Qardaş Türk ordusunun Azərbaycanda qalmağı bu gün bizə hava kimi, su kimi lazımdır. Türk ordusunun Azərbaycandan çıxmağı bizi havasız, susuz qoymaq deməkdir. Türk orducu gəlməsəydi 1918-ci ildə Azərbaycan xalqı bir nəfər kimi ermənilərin törətdikləri soyqırımın qurbanı olacaqdı. Bunu xalqımız yaxşı bilir və unutmur. “Türk ordusu Azərbaycanda qalsın” deyənlər Azərbaycanı sevənlərdir. Azərbaycan Azərbaycanı sevənlərin vətənidir!

  1. İslam Sadiq-  şair, AY B-nin və AJB-nin üzvü, filologiya elmləri doktoru
  2. Maşallah Məftun- şair, AY B-nin üzvü
  3. Dilavər Əzimli – tarix üzrə fəlsəfə doktoru
  4. Seyfəddin Rzasoy -  filologiya elmləri doktoru, professor
  5. İlhami Cəfərsoy- filologiya elmləri doktoru
  6. Nəsir Əhmədli- AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
  7. Alxan Bayramoğlu- AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
  8. Abid Tahirli- AY B və AJB-nin üzvü, filologiya elmləri doktoru, professor
  9. Teymur İlyaslı- kimya elmləri doktoru, professor
  10. Mikayıl Yanar- şair, AY B-nin üzvü
  11. Dəmir Çeşməli- şair, AY B-nin üzvü
  12. Tahir Talıblı- şair, AY B-nin üzvü
  13. Əhməd Oğuz- şair, AY B-nin üzvü
  14. Xaliq Rəhimli- şair, AY B-nin üzvü
  15. Aydın Uluxanlı- şair, AY B-nin üzvü
  16. Mübariz Məsimoğlu- şair, AY B-nin üzvü
  17. Tofiq Qaraqaya- şair, AY B-nin üzvü
  18. Dayandur Sevgin- şair, AY B-nin üzvü
  19. Sahib Camal- şair, AY B-nin üzvü
  20. Səfər Alışarlı- yazıçı, AY B-nin üzvü
  21. Murad Köhnəqala- şair, AY B-nin üzvü
  22. Məti Osmanoğlu- AYB-nin üzvü, filologiya elmləri doktoru
  23. Akif Əhmədgil- şair, AY B-nin üzvü
  24. Hafiz Rüstəm- şair, AY B-nin üzvü
  25. Əlirza Xələfli- ­ şair, AY B-nin üzvü
  26. Ayaz Arabaçı – şair, AY B-nin üzvü
  27. Əlisəmid Kür- şair, AY B-nin üzvü
  28. İradə Aytel-  AY B-nin üzvü
  29. Əlisəfa Mehdi- jurnalist
  30. Eldəniz Həsənov- AY B-nin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru
  31. Əkbər Hüseynzadə-
  32. Qorxmaz Şıxəlioğlu- ziyalı
  33. İslam Babazadə- ədəbiyyatşünas
  34. Xeybər Göyallı- şair, AYB-nin üzvü
  35. İlham Mazanov- filologiya üzrə fəlsəfə doktoru
  36. Telman Səmədov – ziyalı, Bakı şəhəri
  37. Afiq Axundov- ziyalı, Qazax rayonu
  38. Əmrah Vəliyev – ziyalı, Bakı şəhəri
  39. Raisə Fərəcova- Şuşa şəhəri
  40. Orman Cəfərov- Şuşa şəhəri
  41. Əlövsət Cəfərov- Şuşa şəhəri
  42. Bayram Cəfərov- Şuşa şəhəri
  43. Elnur Heydərov- Şuşa şəhəri
  44. Natiq Nəbiyev- Şuşa şəhəri
  45. Məhərrəm Zeynalov- Şuşa şəhəri
  46. Vüsal Şirinov- Şuşa şəhəri
  47. Arzu Qarayev- Şuşa şəhəri
  48. Məhəddin Əmiraslanov- Şuşa şəhəri
  49. Umud Əmiraslanov- Şuşa şəhəri
  50. Mətləb Ələkbərov- Şuşa şəhəri
  51. Nizami Ələkbərov- Şuşa şəhəri
  52. Fedya Ələkbərov- Şuşa şəhəri
  53. Ceyhun Cəfərov- Şuşa şəhəri
  54. Orxan Cəfərov- Şuşa şəhəri
  55. Cəsarət Hacıyev- Şuşa şəhəri
  56. Famil Zeynalov- Şuşa şəhəri
  57. Fuad Musayev- Şuşa şəhəri
  58. Adil Fərəcov- Şuşa şəhəri
  59. Samir Allahverdiyev- İrəvan şəhəri
  60. Islam Türkay- şair, AYB-nin üzvü
  61. Alı Həsənov- Qazax rayonu
  62. Saqif Hüseynov- Qazax rayonu
  63. Tahir Hüseynov- Qazax rayonu
  64. Qafar Nəbiyev- Qazax rayonu
  65. Əkrəm Əhmədov- Qazax rayonu
  66. Türkay Əhmədov- Qazax rayonu
  67. Röyal Əhmədov- Qazax rayonu
  68. Anar Yusifov- Qazax rayonu
  69. İlham Yusifov- Qazax rayonu
  70. Tanrıverdi Yusifov- Qazax rayonu
  71. Həcər Yusifova- Qazax rayonu
  72. Sakit Daşdəmirov- Qazax rayonu
  73. Mədət Namazov- Qazax rayonu
  74. Vüqar Əhmədov- Qazax rayonu
  75. Elgün Əhmədov- Qazax rayonu
  76. Telman Yusifov- Tağıyev qəsəbəsi
  77. Bəstixanım Yusifova- Tağıyev qəsəbəsi
  78. Günay Ağayev- Tağıyev qəsəbəsi
  79. Sənan Ağayev- Tağıyev qəsəbəsi
  80. Böyükxanım Ağayeva- Tağıyev qəsəbəsi
  81. Eldost Ağayev- Tağıyev qəsəbəsi
  82. Mustafa Ağayev- Tağıyev qəsəbəsi
  83. Cavidan Ağayev- Tağıyev qəsəbəsi
  84. Tural Ağayev- Tağıyev qəsəbəsi
  85. Zirəddin Qafarlı- şair, AYB-nin üzvü
  86. Əhməd Qafarov- Şuşa şəhəri
  87. Dilşad Qafarova- Şuşa şəhəri
  88. Nübar Qafarova- Şuşa şəhəri
  89. Tamara Qafarova- Şuşa şəhəri
  90. Yusif Ələkbərov- Şuşa şəhəri
  91. Sevinc Ələkbərova- Şuşa şəhəri
  92. Ruslan Fərəcov- Şuşa şəhəri
  93. Vüsalə Fərəcova- Şuşa şəhəri
  94. Novruz Fərəcov- Şuşa şəhəri
  95. Yeganə Fərəcova- Şuşa şəhəri
  96. Famil Məmmədov- Şuşa şəhəri
  97. Samirə Vəliyeva- Şuşa şəhəri
  98. Məhəmməd İsmayılov-
  99. Ramin İsmayılov-
  100. Avtandil Babayev-Mingəçevir
  101. Ayaz İbişov- Mingəçevir
  102. Mənsur Sultanov- Mingəçevir
  103. Sabir Tağıyev-pedaqoji elmlər doktoru
  104. Tahir Orucov-filologiya üzrə fəlsəfə doktoru
  105. Şakir Albalıyev- filologiya üzrə fəlsəfə doktoru
  106. Çingiz Qəribli-Tovuz
  107. Əsəd Cahangir, tənqidçi, AYB-nin üzvü
  108. Venera Qurbanova, həkim
  109. Mustafa Rasimoğlu,AYB-üzvü.Qarabağ müharibəsi qazisi,ehtiyatda olan mayor.
  110. Əliyev Vüsal, fiziki şəxs
  111. Faiq Balabəyli, AYB-nin üzvü

 

 

AZƏRBAYCAN-TÜRKİYƏ 

 

Dili dilim, sözü sözüm,

Odu odum, közü közüm.

Özü özüm, canım-gözüm,

Gör boynumu kimdi qucan?

Azərbaycan Türkiyədi,

Türkiyə də Azərbaycan!

 

Gücünü də vuran qolum,

Ondan alıb, qurban olum.

Fərhad olub, mənim yolum

Dirənəndə dağa haçan!

Azərbaycan Türkiyədi,

Türkiyə də Azərbaycan!

 

Bilirsənmi sorub gedən,

Bu doğmalıq gəlir nədən?!

Biri ruhdu, biri bədən,

“Ayrılarmı könüllə can”?!

Azərbaycan Türkiyədi,

Türkiyə də Azərbaycan!

 

TÜRKƏ VERİN BU DÜNYANI

 

Qan qoxuyur yer də, göy də,

Dinən elə qan-qan deyir.

Susanların baxışları

Günahkardı xan, xan deyir.

 

Baxtı yatıb, yoxsa onun

Yığvalımı nəs gəlibdi.

Neçə vaxtdı bu dünyanın

Yumurtası tərs gəlibdi.

 

Bar üstündə yanıb gedir

Ağacların budaqları.

Barmağına həsrət qalıb

Bal tutanın dodaqları.

 

Gündüzlərin havası qan,

Hər gecə min ölüm doğur.

Dünya kimdən boylu qalıb,

Zülüm üstdən zülüm doğur.

 

Yuvasından çıxan quşu

İsti-isti güllə yeyir.

Üz-gözündən öpə-öpə

Arıları güllər yeyir.

 

Dünya gör nə günə qalıb,

Umuda bax, gümana bax.

Ayağını sellər yuyur,

Başındakı dumana bax.

 

Baş barmağı baş pərdədə,

Təzənəsi simə bənddi.

Bəsdi  bircə göz qırpımı,

Hər şey bircə himə bənddi.

 

Hərə çəkir bir tərəfə,

Başı pozuq kənd kimidi.

Bu dünyanın şirinliyi

Zəhər dadan qənd kimidi.

 

Bu dünyanın hər yerində

Qanlı beşik, qanlı bələk.

Niyə, niyə bəs özünü

Mələk sayır, hamı mələk.

 

Yalandan şah olub çoxu,

Dünya saxta şahla dolub.

Dağda-düzdə qaçhaqaçdı,

Dərələri ahla dolub.

***

Türkə verin bu qoruğu,

Qoruq nədi yaxşı bilir.

Qoruduğu hər ağacı,

Hər qayanı, daşı bilir.

 

Türkə verin bu çəməni,

Bircə gülü sola bilməz.

Türkəm deyən el malına

Soyuq baxsın, ola bilməz.

 

Türkə verin bu bağçanı,

Tanrı barı bol verəcək.

Dörd tərəfdən bağlasalar,

Yeddi yerdən yol verəcək.

 

Ocağı gur olsun deyə,

Közü düzər köz üstünə.

Söz verərsən, uca tutar,

Öpüb qoyar göz üstünə.

 

Olanını, qalanını

Sayar dənə-dənə, bilər.

Bir sünbülü türkə versən,

Bir zəmiyə dönə bilər.

 

Özü dönər bir günəşə,

Gecələri gündüz eylər.

Kələ-kötür, çala-çuxur

Yolları da dümdüz eylər.

 

Türkün nəyi varsa, nəyi,

Bir saf, təmiz ruhdan gəlir.

Bir kökündə Tanrı durur,

Bir kökü də Nuhdan gəlir.

 

Türkün üzü bilib açır

Bəlkə Tanrı dan üzünü.

Kəssə, kəssə türk kəsəcək

Yer üzündən qan izini.

 

Sənin, onun balasını

Sevəcək öz bəbəyi tək.

Türkə verin bu dünyanı

Qorusun göz bəbəyi tək!

 

 

Yazıya 476 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.