“ACI XATIRƏLƏR” ROMANI YENİDƏN NƏŞR OLUNDU

Aci XtireAcı xatirələr” yazıçı Akif Abbasovun nəşr olunmuş beş romanından biridir.

Roman beş il əvvəl – 2015-ci ildə işıq üzü görmüşdü. Müəllif əsər üzərində yenidən işləmiş, onu daha da təkmilləşdirmişdir.

Romanı “Mütərcim” nəşriyyatı nəşr etmişdir.

Redaktorlar: professor Telman Vəlixanlı və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Oxucular yazıçının “Aldanma sözlərə”, Mustafa Kamal Atatürkə həsr olunmuş “Samsundan başlanan yol”, “Sultan II Murad” və “Fateh Sultan Məhmət” romanları ilə tanış olmuşlar.

Yazıçı “Ananın ürəyinə gedən yol” və “Əliş və Anna dastanı” povestlərini də tamamlayaraq nəşriyyata təqdim etmişdir.  Hazırda  “Fəth”, “Qəbirə gedən sirr”,  “Artıq adam”  romanları üzərində işləyir.

“Acı xatirələr” iki gənc talesiz qızın həyatına həsr edilmişdir. Başlarına gələn hadisələrdən sonra onlar acı tale yaşamış, baş götürüb Moskvaya getmişlər. burada mənzilə sahib olsalar da, iş tapsalar da tale üzlərinə gülməmiş, geri dönmüşlər.

Romanda  Simanın sifarişlə qaçırılması,  Çerkizov bazarına basqın zamanı Emilin həlak, Rasimin şikəst olması,  Nailənin saf məhəbbəti, Müjkanın seçim qarşısında qalması, polis rəisi Bədgümanovun özbaşınalığı, qızların ağır günlərində Mitya (Mehdi) dayının onlara kömək əli uzatması səhnələri parlaq boyalarla işlənmişdir.

Roman geniş oxucu kütləsi və gənclər üçün nəzərdə tutulmuşdur.

 

Yazıya 402 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.