20 Yanvar Şəhidı Mehman – Natavan Məlikova yazır…

WhatsApp Image 2021-01-17 at 22.20.30 WhatsApp Image 2021-01-17 at 22.20.00(real hekayə)

Səmayə xanımın soyadını unutmuşdum.Onun oğlu haqda yazmağı düşünürdüm,amma çox aciz idim onlar haqda məlumatı necə əldə edəcəyimi bilmirdim.

   Müraciət etmədiyim ünvan qalmadı, Müsuqili Komediya teatrına dəfələrlə zəng etdim,verilən cavab bu idi- tanımiriq.Sonda təsadüfən Səmayə xanımın soyadını öyrəndim Musayeva.

 İllərdir ki, 20 yanvar günü öz Feys səhifəmdə bu ana və oğul haqda paylaşım edirəm.Bu gün yarı ananın ürək dağlayan çozləri,yarı öz ürək sözlərimlə yazdığım bu yazımı sizlərə təqdim edirəm.

 Rəbbim heç bir qadını,övlad acısıyla imtahan etməsin.Tənha ömür sürmək  övlad itirən analar, üçün böyük acıdır.

 

  Min doqquz yüz doxsanıncı il,  yanvarın on doqquzundan iyirmisinə keçən Qanli şənbə gecəsi.Yenə bir yerə,bir məkana toplanmışdı kasıb təbəqənin insanları.Azadliq deyə-deyə azadlığa qovuşmaq istəyirdilər bu gənclər.Bir azdan qan gölünə çevriləcək bu meydanda,yüksək təbəqədən bir insan belə yox idi..Bu meydana toplaşan kasıb təbəqə insanlarının yalnız bir amalı var idi, Azərbaycanı müstəqil görmək.

   Havadan sanki qan iyi gəlirdi,insanlar biri-birinin gözlərinə baxmağa cəsarət etmirdilər.Artiq başa düşürdülər ki, onları böyük fəlakət gözləyir,amma heç bir insan bu meydanı tərk edib  öz evinə getməyi düşünmürdü, artiq onlar gecəni sübhə kimi bir yerdə keçirməyə qərar vermişdilər.Hardan biləydilər ki,bu gecə onların bir yerdə keçirəcəkləri son gecələridir.Dost bildikləri mənfur düşmənlərin xain oyunlarından bixəbərdilər Azərbaycanın bir yerə toplaşan həmrəy,həmfikir insanları.

  Qəlbi vətən üçün, döyünən  gənclərdən biri idi Mehman Həsənov.Mehman ailənin yeganə  övladıydı, anası Səmayə xanım onu min bir əziyyətlə böyütmüşdü.

  Kim idi Səmayə xanım?

Səmayə xanim bizlərə gülüş bəxş edən,lakin öz taleyi acılara dolu olan  insanlardan biri idi.

 O min doqquz yüz qirx dördüncü ildə Qax rayonunda dünya gəlmişdi.Olduqca kasıb ailələri var idi,anası onu və digər üç qardaşını böyütməkdə çox əzablara məruz qalır..Çıxış yolunu qızı Səmayəni varlı bir insana ərə verməkdə görür.

 Günlərin birində ana yaşlı bir kişiylə evə gəlir və üzünü qızına tutaraq:

-Səni,bu kişiyə ərə verirəm bitib tükənməyən var-dövlətini sənin və qardaşların üçün xərcləyəcək,sənin sayəndə biz də bir gün görəcəyik.Biçarə Səmayə:

-Ana,bu kişi mənim atam yaşındadır,mənim nə yaşım var?mən  bununla  necə ailə həyatı qurum?- söyləyir.Amma,ana qızını dinləmir ki,dinləmir,on yeddi yaşlı qızını özündən iyirmi yaş böyük kişiyə nışansız,toysuz ərə verir.

VVAQ şöbəsində:

-Səmayə,bu kişidən sənə ər olmaz söyləyirlər,bucarə Səmayə kimi idi ki,bu qərarı qəbul etməyə,qanunu yazan  ana idi,bu qanunu yalnız ananın özü poza bilərdi.

Bir-iki aydan sonra ananın arzuladığı arzuları ürəyində qalır,kişi sığıntı kimi onların evində yaşamağa başlayır.Bır ildən sonra Sərmayənin bir oğlu gəlir dünyaya.Kişi bir dəfə olsun belə övladının qayğısına qalmır.

   Sonda  Səmayə kişidən ayrılmağa qərar verir,sonra sənədlərini inistuta təqdim edir, imtahan verib Azərbaycan İncəsənət İnistutunun “Musiqili-komediya aktyorluğu”fakultəsinə qəbul olur.

 İnistutu bitirən Səmayə  Azərbaycan Musiqili Komediya teatrında aktrisa kimi fəaliyyətə başlayır.Korifey sənətkarlarla bir səhnəni paylaşmaq ona çox xoş gəlir.Məşqlərə gəldiyi zaman oğlu Mehman da önunla bərabər teatra gələrdi.Onun aktrisa olmağına heç bir insan maneçilik törətmir.İkinci dəfə ailə həyatı qurmağı da, heç bir zaman düşünmür.Çünkü o öz səadətini  gözəl rollarını oynamaqla və bu rolları tamaşaçılara sevdirmək də tapmışdı.Yəni o,öz taleyindən çox razıydl.Ömrünü oğluna bir də.geniş səhnəyə qurban vermişdi.Necə deyərlər oğlunu saxlamaq üçün, daşı əzib onun suyunu əzib çıxarmağa qadir idi bu ana.

 Oğlu artiq böyümüş orta məktəbi bitirmiş,hərbi xidmətdən geri qayıtmişdi.O çox sakit təbiətə malik bir insan idi, anasının bir sözünü heç bir zaman iki etməzdl.Anasl nə desə onunla razılaşardı.

 Bütün analar kimi onun da bir arzusu var idi,oğlunu xöşbəxt görmək.Xoşladığı ən gözəl qızı evində gəlin görməyi düşünürdü,bütün analar kimi o da nəvə sahibi olmaq istəyirdi.Bəzən gözlərini yumar ürəyindən keçənləri xoş  arzu kimi gözləri önündə canlandırardi.

 Hardan biləydi ki,bu arzuları xəyal olacaq,heç bir zaman xəyalları həqiqətə çevrilməyəcək.

 Mehman artiq Tikinti Materialları Sənayesi Nazirliyinin məlumat hesablama mərkəzində mühafizəçi işləyitdi.Bu yaraşıqlı oğlanın həyat yoldaşı olmağı yüzlərcə qiz ürəyindən keçirirdi,amma o da həmyaşıdları kimi vətənini qorumağı düşünürdü,evdə olduğu gecələr meydançaya toplaşan insanların yanında keçirərdi.

 Yanvarın ondoquzu axşam evdən çıxanda anası ona çox  yalvarir:

-Oğul,getmə səhər işdən gəlibsən,yat dincəl,sabah gedərsən amma o anasına deyil üzünü nənəsinə tutaraq:

-İşdən çağırıblar,hökmən işdə olmaliyam söyləyir.

 -Axı,siz  nə üçün,qorxursunuz? taleyimdə bu gecə  ölüm varsa  vətən yolunda ölməyi özüm üçün, şərəfli ölüm sanaram.Siz məni burada,bu otaqda saxlaya bilməzsiniz,mənim yerim oradır,yəni meydan,sadə insanların yanı.Mən getməyim,o getməsin,bəs kim getsin,kim!!!!????

    Vətənimin azadlığı uğrunda bu canımdan keçməyə hazıram,günü bu gün müharibə başlarsa o cəbhəyə öndə gedən əsgərlərdən biri mən olacam ana. Unutmayın artiq qorxaq gənclər yoxdur qarşınızda,biz vətən uğrunda ölümə hazır olan gənclərik,Görün nə qədər qaçqınımız var,hələ bilmirik bizi nələr gözləyir,mənfur ermənilər başımıza nə oyunlar gətirəcəklər, biz gənclər Azərbaycanı müstəqil dövlət kimi görmək istəyirik.Nə zamana kimi neftimizə,qazımıza,milli sərvətlərimizə ruslar sahiblənəcək.Mən getdim gecəniz xeyrə qalsın,

 O,son sözünü söyləyir və otaği tərk edir. Biçarə ananın ürəyi dözmür oğlunun arxasınca çıxır, amma oğlunu heç bir yerdə tapmayır.Ana evi tərk etdikdən sonra, oğlu evə dönür və ananı evdə görmür,üzünü nənəsinə tutaraq:

-Nənə anam hanı,hara getdi?

 Nənə:

-Bala,ana ürəyi hər zaman çox narahat olur,o səni,oğlunu axtarmağa getdi.Nənəsindən bu sözləri eşidən Mehman:

-Nənə,onu nə üçün buraxdın o,məni insanların arasından necə tapa bilər,orada həmən meydanda minlərcə insan vardır.Çöldə vəziyyət olduqca çətin və qorxuludur nənə,bilınməyir oradakı insanları nələr gözləyir.Oğulun ürəyi anası üçün, çox narahat olur və otağı tərk

edərək  anasını axtarmağa gedir.

 O bir anda maşınına əyləşir mühərriki işə salır ana balasını axtardığı kimi, oğul da anasını axtarmağa gedir.Bir az getdikdən sonra qulağına atəş səsləri gəlir,başını geri çevrir və insanların yerə yıxıldığını görən Mehman tez maşını saxlayır yerə yıxılan insanları xilas etmək üçün,maşından enir.O yalın əllə yaralı insanları meydandan xilas edir.

  Sonda yaxşını,pisdən ayırmağı bacarmayan güllə onun özünə dəyir,yaralı Mehman sonuncu dəfə:-Ana hardasan? söyləyir və gözlərini bu həyata əbədi yumur.Atışma zamanı  ana XI Qızıl Ordu meydanında idi,biçarə ana orada həmən meydanda oğlunu axtarırdl.Amma ana  yeganə oğlunun ürəyini namərd gülləsinin susdurduğundan bixəbər idi.

 Artiq meydan Kərbubəla çölünə bənzəyirdi,hər yer qirmizi qana boyanmışdı.Mənfur Sovet ordusu Bakını qan gölünə çevirmişdi.Əliyalın insanların üzərinə tanklarla hücüm edir,qanı su yerinə axıdırdılar.

   Həmən gün Televeziya studiyasının əsas bloku partladıldığı üçün, Azərbaycan xalqı bütün baş verənlərdən xəbərsiz idilər.Qala-Binə istiqamətindən şəhərə istiqamət alan rus ordusunun mənfur əsgərləri bir gecədə bütün Bakını atəşə tutdular.Uşaq,böyük,qadın,dinc əhali ,hamısın güllə-borana tutdular.

 Biçarə ana soyuq havada sübhədək hər bir yerdə oğlunu axtarır,amma onu nə ölülər arasında,nə dirilər arasında tapmayır.Ümüd yalnız meyidxanalara qalır.Sonda yanvarın iyirmi birində oğlunun yaraşıqlı cəsədini tapmaq üçün ana meyidxanaya gəlir.

    Ana meyidxanada oğlunu axtarmağa cürət edə bilmir.Sonda özünü əla almağı.bacaran ana cəsədlər arasında oğlunu axtarmaqla başlayır.O yaraşıqlı oğlunun cəsədini çox axtarmır,çünkü oğlunun gözəl çöhrəsin görən kimi tanıyır.Ana bir anliq susur,sanki qəlbi dayanır,amma özünü zorla əla almağı bacarır.

  Hər zaman komik obrazlar yaradan ana oğlunun meydini gördüyü an özünü faciə janrında bədbəxt ana obrazı yaradan bir ana sanır.

-Oğull Mehman!!!! deyərək elə bir qiyyə çəkir ki,göydə uçan, quşlar belə bu səsdən utanırlar

 -Oğul, səni dünyaya gətirdikdən sonra mən bu həyata daha möhkəm bağlandım.Sən ömrümə şəfəq saçan günəşə bənzəyirdın.Bu həyata göz açdiğim gündən üzüm heç gülmədii,sən mənim gülən üzüm,sevincim-nəşəm idin.Sənlə birgə böyüdüm,sənlə birgə yaşlandım.

    -Sən dünyaya gələndən sonra elə bil mən də yenidən doğuldum.Sənlə güldüm,sənlə bərabər ağladım,sevincim kədərim,görən gözüm oğul,amma bu gün sənlə bərabər ölə bilmirəm. -Oğul, yixildi isti yuvam,tarımar oldu şən həyatım,  evimin işığı söndü,artıq bu həyat mənim üçün viranəyə çevrildi..Sən mənim ümüd yerim,arxam dayağım idin,deyirdilər ümüd sonda ölər,amma mənim ümüdüm,çiçək açmadan vaxtsız öldü!!!!.

   -Mən səni bu gün üçünmü dünyaya gətirdim? Səni gənc yaşımda tapib, elə gənc yaşımda da itirdim oğul!

  -Allah belə zülümmü olar dünyaya yalnız bir övlad gətir, onuda namərdlər sənin əlindən zorla alsınlar söyləyən ananın sinəsi sanki  od tutub yanırdı.

    -Allahım,sən söylə  nədir mənim günahım!!!!?,məni nə üçün, bu qədər əzablara imtahan edirsən söyləyərək özünü oğlunun cəsədinin üstünə atır,qalx oğul,qalx gedək evimizə!!belə yatış sənə yaraşmır,səni belə görməyə alışıq deyiləm!!!

 -Ölüm mənim olmalıydi,sənin deyil,oğul! Axı sənin anana müqəddəs borcun vardi,ananı məzara oğul təhvil verər,bəs mənı çiyinlərində hansı oğul aparacaq,qəbrimə torpağı kim atacaq,kim?Kim səni əvəz edəcək,namərd olma oğul qalx gedək evimizə,sənsiz mən necə nəfəs alacam,necəəə?

   Onun bu halı morqda olan insanları belə utandirir,xəcalətlərindən bir insan biçarə anani təsəlli etməyi bacarmır.

 Allahım mən bu zülmə necə dözəcəm,mənim min bir əziyyətlə böyütdüyüm övladımın taleyi nə üçün, qara qələmlə yazıldı?

  Ay Allah kimdir günahkar,bundan sonra belə  vaxtsız dünyasını dəyişən oğul anası bu həyatda necə yaşayar?

  İllərdir xidmət etdiyimiz sovet dövlətinin ordusu nə bəlalar açdı bizim başımıza,nə idi bu gənclərin günahı? .

   Harada görünüb bir dövlət öz vətəndaşlarının üzərinə tanklarla,beterlərlə hücüm edə,əliyalın insanları görünməyən vəhşliklə məhv edə.Görən dünya birliyi, görünməyən bu qətliyam üçün,kimləri cəzalandıracaq.Kim mənim oğlumu öldürən insanı mühakimə edəcək?

 Ey insanlar!!, illərdir ki, mən sizlərə gülüş bəxş edirəm,çünkü komediya aktirisasıyam,amma bu gün varım yoxum,son ümüdüm olan oğlum Mehman üçün, sizlərin qarşınızda ağı söyləyirdim.Oğul toyunda oynamadım,Allah o günü mənə qismət etmədi,amma bu günü görmək oldu qismətim.

  Baxın hamınız diqqətlə baxın,, mənim arxamı,dayağımı son ümüdüm olan oğlumu mənim əlimdən zülm ilə aldılar.

  Bilirdim  ki,  məni sonsuzadək yaşadan

 bir oğlum var,amma bu gün qarşımda  mənə “sonsuz” adını hədiyyə ediərək,  bu həyatdan həmişəlik köç

edən yeganə övladımın cansız  cəsədi var..Dağıl ey dünya,dağıl harada görünüb belə zülüm,belə namərdlik??.

 -Kimin oğlunu özüm üçün, oğul ,kimin gəlinini,kimin nəvəsinı öz övladlarım sanacam.Onun çəkdiyi bu iztirablara,söylədiyi ağılara insanlar dözə bilmirdilər,söylənilən hər bir söz insanların qəlbini yandırirdi.

  Biçarə ana həqiqətləri söyləyirdi,orada olan insanları yalniz bunları düşünürdülər.Bundan belə onun açılarla dolu həyatı necə olacaq,biçarə ana necə yaşayacaq.

 Həmən gün yüzlərcə ana,ata Səmayə xanım kimi övladlarını məzarlara tapşırdılar.

  Azərbaycanın ilk Şəhidləri iyirmi yanvar Şəhidləri oldular.Həmən gün şəhid adını Azərbaycan torpağına ərmağan verdilər.Biz iyirmi yanvar faciəsini bir daha törətməzlər deyə çox düşündük.Amma hardan bilərdik ki,bu faciələrin başlanğıcıdır.Azərbaycan xalqını  qarşıda hələ daha böyük fəlakətlər,faciələr gözləyir.

  •  Oğul ayrılığı hami kimi Səmayə xanımı da çox üzür.Günlərini oğlunun məzarı başında keçirir,biçarə ana alışa bilmir oğul itgisinə.Zaman hər dərda dərman olduğu kimi uzun illərdən sonra ana bu ölümün gerçək olduğuna inanlr.

  • Səmayə xanım 2000-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülmüşdü.

  •  2018,2019 və 2020-ci illərdə Prezident Mükafatına layiq görülmüşdür.

  • Bu gün ana tək-tənha ömür sürür.Bir an olsun belə oğlu gözləri önündən getməyir. Bəzən bunları düşünür qapı açılacaq,oğlu Mehman otağa daxil olacaq.Amma hamı kimi onun oğlu bir daha geri dönmür ki,dönmür.

  •     Biçarə ananın bu gün belə yalnız bir təsəllisi  var.Oğlu vətən yolunda dəyişmişdi dünyasını,şərəfli ölümlərdən biri qismət olmuşdu onun oğluna,Şəhidlik zirvəsinə qovuşmuşdu Mehman..Ana çox gözəl bilirdi ki, “Şəhidlər ölməz,vətən bölünməz.

  •    Həyata göz açdığı gündən bütün arzuları ürəyində qalan,yaşıdları kimi körpəlik yaşamayan,yeniyetmə qizlar kimi firavan həyat görməyən,əyninə gəlinlik paltarı geyməyən,bütün analar kimi qaynana,nənə olmaq arzusu ürəyində qalan  Səmayə xanımın bu gün qəlbində böyük  qorxusu var,dörd divar arasında xəstə yatmaq qorxusu.Barı Allah bu günü ona göstərməyə..

 Yetmiş alti yaşlı ürəyi yaralı ana bu gün sizin üçün, əzabli günlərdən biridir.Bu günlər yəni “20 Yanvar” günü, siz  zorla oğlunuzdan ayırdılar,qaranliq keçən həyatınızı daha da qaraltdılar.İnsanlara gülüş bəxş edən bir ananın qəlbinə heç bir zaman sağalmayan,dərmanı tapılmayan  bir yara vurdular.

Bəli “Şəhidlər Xiyabanı”nında məzarlar arasında bir məzar var,o məzarın baş daşına vurulan şəkil oraya gələn insanlara belə bir söz söylədir.

-.Belə bir insanın canına necə qıydılar,görəsən o gülləni atmağa Əli gələn namırdlərin son aqibəti necə oldu?Allah sizin qisasınızı onlardan aldımı?

   Mənsə yalnız bunları söyləyə bilərəm:⁸

 -Rahat yat gözəl,cəsur,igid Şəhid Mehman! Məkanın cənnət olsun! Səndən geriyə yadıgar qalan,məzar daşın,birdə biçarə anan vardır.Allah Səmayə xanıma sağlam ömür versin.Bir zamanlar televeziya tamaşaçılarına oynadığı rollarla insanlara gülüş bəxş edən,ana bu gün oğul acısıyla baş-başa qalıbdır.Onun bu acınacaqlı halı məni hər zaman çox düşündürür.

Bəli, insan daxilən çəkdiyi əzabların acısını yalnız bilər,onu kimsəyə anlatmaz.Allah sizə kömək olsun Ana!

 Sən bu dünyaya qonaq gəldin və yaşadığın  ailəni,iş yerini,vətənini tez tərk etdin,amma daima yaddaşlarda yaşayan şəhid Mehman oldun!

 Prezidentin fərmanı ilə ölümündən sonra Şəhid Mehman Həsənova “20 Yanvar Şəhidi” fəxri adı və “Azərbaycan Respublikadının Azadlığı Uğrunda mübariz” adı verilmişdir.

 

  Qeyd: Aktirisa Səmayə Musayeva oynadığı rollarından tanış idi mənə,amma oğlu Mehman haqqında “Şəhidlər” kitabında oxumuşdum.

S.o.n.

Yazıya 601 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.