Şəhid Həsənov Etibar Ələddin oğlu (video)

00660.MTS.00_00_00_00.Still002Həsənov Etibar Ələddin oğlu 7 fevral 1991-ci ildə Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub.

1997-ci ildə həmin kənddə birinci sinfə gedib.

2006-cı ildə Gədəbəy rayon Peşə litseyinə daxil olub.

2009-cu ildə litseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnib.

Elə həmin il hərbi xidmətə yola düşüb, 2010-cu ildə təxris olunub.

2013-cü ildə ailə qurub.

2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçü kimi xidmətə başlayıb.

2020-ci ilin sentyabr ayında könüllülər sırasında orduya qatılaraq, Füzuli ətrafında gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib.

2020-ci ilin 9 noyabrında Şuşa şəhərində Şəhadətə yüksəlib.

12 noyabrda doğulduğu kənddə dəfn edilib.

İki övladı var.

 

 

Yazıya 449 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.