Əsəd Cahangirin 55 illik yubileyinin nizam təbriki…

kultur.az dəyərli söz adamı, tənqidçi, publisist, şair, teatrşünas, ziyalı Əsəd Cahangiri 55 illik yubileyi münasibətilə təbrik edir və yubilyara həsr edilmiş şeirləri bir araya gətirərək, oxucuların ixtiyarına buraxır.
Əsəd Cahangirin portretinin müəllifi Sehran Allahverdidir.
.
Portretin müəllifi SEHRAN ALLAHVERDİƏSƏD CAHANGİR
55 yaşıma…
.
Bacadan qəfil şığıyıb
Çiynimə qonan quşa bax!
Az qalır ki çiynim sına
Qanadları sınmışa bax!
.
Burub fələyin qulağın
Hansı vaxta qurub gəlib?
Əlli beş il gözləmişəm,
İndi niyə durub gəlib?
.
Çiynimə qonan bu quşun
Sağı var, solu görünmür,
Üzümə nəfəsi dəyir,
Qanadı-qolu görünmür.
.
Göz yaşımı dənləyən quş,
Kimsə yox dən versin sənə?
Atam gəlsin, anam gəlsin
İsti yuva hörsün sənə?
.
Oğlan, nə ana südündən,
Nə ata qanından gəlir,
Çiyinlərə qonan quşlar
Allahın yanından gəlir,
.
Sənə haqqın quşu qonub,
Bəxtəvər olub başına!
Dimdiyində söz gətirib
Allahdan təzə yaşına!
.
Çiyninə quşlar qondusa,
Anan olmaz, atan olmaz,
Daha quş olub uçarsan
Daha səndən adam olmaz.
.
***
.
yyYUSİF NƏĞMƏKAR
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Təbin, məntiqin titan –
Bu coşquya nə sədd var?!
Beşləri qoşa atan
Taledə tün məqsəd var!..
.
Agah söz ilki sənə;
Verilmiş bilgi sənə…
Ey xocam, bil ki, sənə
Coxusunda həsəd var!..
.
İyirmibirinci əsrin
Sən — MÜCİRƏDDİN qəsri…
Poeziyanı, nəsri
Hər yozumunda hədd var…
.
Rəyin — bölünməz təkdir,
Ruhunda nə var– həqdir…
Saf duyduğunda təqdir,
Duyğusuzluğa rədd var!..
.
Sənət meydanı daşlı…
Gah zəhərli, gah aşlı…
Ölüm-itim savaşlı
Bu yolda çox cəsəd var!..
.
Bir şair ömrü sürdüm…
Xəyallarımla kürdüm…
Qələm götürüb, gördüm
Qarşımda tək ƏSƏD var!…
.
***
.
if
İFTİXAR PİRİYEV
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Dünyamıza xoş gəlibsən,
Əllibeş yaşin mübarək.
Bu get-gəllər karvanında
Səni hər zaman şad görək.
.
Çiyninə quş qonan adam,
Qanadların qırılmasın.
Ömrün boyu sən yaz-yarat,
Qolların heç yorulmasın.
.
Kefin kök olsun, hər zaman
Damağın çağ, üzün gülsün.
Günəşin əskik olmasın,
Hər gün üzünə Gün gülsün.
.
Uzun ömür yaşa, qardaş,
Xoş yığvalın, baxtın olsun.
İlhamın heç vaxt sönməsin,
Söz bağında taxtın olsun.
.
Əsəd, yüz yaşa, min yaşa,
Nə yaşasan əmin yaşa.
Heç nədən kəsir olmasın,
Hər tərəfli təmin yaşa.
.
***
.
Qardaş, mənə bir şeir yaz,
Hecası dörddən var olsun.
Şeir Əsədlə başlasın,
Qafiyə İftixar olsun.
.
Şeirdə bir zirvə göstər,
Başında daim qar olsun.
Yamacına yağış yağsın,
Ətəyində bahar olsun.
.
Varaq gedək Qarabağa,
Bizi çağıran tar olsun.
Gəzək bütün ana yurdu
Bir yerdə, düşmən xar olsun.
.
Bizi elə bağa apar,
Orda daim nübar olsun.
Mənə elə dost göstər ki,
Özündə düz ilqar olsun.
.
İftixarı tənqidə tut,
İftixar birtəhər olsun.
Üç sıfırın ön rəqəmi,
Son vərəqdə çahar olsun.
.
Qələminə qüvvət versin
Allah, qoy sənə yar olsun.
Cavabını göndər gəlsin,
Bütün dünyaya car olsun.
.
***
.
pp PƏRVİZ AXUNDOV
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Ulu ustad, zirvələrtək
Ağaran başın mübarək.
Hər fəsildə möhtəşəmsən,
Baharın, qışın mübarək.
.
İki beş aldın ömürdən,
Kənar dolandın şümürdən,
Kaş çıxmaq ola əmrdən,
Deyəm min yaşın mübarək.
.
Sənə söz tutmaq yaraşır,
Gövhərin satmaq yaraşır,
Yazıb-yaratmaq yaraşır,
Sözlə savaşın mübarək!
.

***

.

ADİLƏ NƏZƏR

.

Əsəd Cahangirin 55 illiyinə….

.

Sən gördüyün yuxuda qanadını gizləyən
o quşa baxma, Əsəd.
Sənin qanadların var…
Bir dön bax ətrafına,
gör nə boyda şöhrətin, ədəbi adların var.
Kim sənin tək seyr edib ürəklərdə özünü?
Xəyalını qurubdu neçələri sözünün..
Neçə qələm adamı bu sevgiyə batıbdır?
Neçə sənət adamı hədəfinə çatıbdır?
Bu aləmdə keçibdir şərəflə otuz ilin,
“Səs”lə, “Söz”lə, “Namaz”la
açılıbdı həmişə
Uca Tanrıya əlin.
Böyük haqqın yolunda sözü, əməli diri,
Qəbul olsun niyyətin, sənətin Cahangiri.
Bilik ağlın şeiridir, şeir qəlbin biliyi, -
bildiyini de, bilək.
Ey sözün sevgilisi, ey səsin sevdalısı,
əlli beşin mübarək!
.

***

.

llLİLPAR CƏMŞİDQIZI
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Sənə yazdım qəzəli, mən də bu gün, Söz adamı,
Həmi yüksəkdə tutar, həm də yıxar söz, adamı.
.
Dedi keçmiş atalar, “gözlər ürək aynasıdır”,
Verər öz nurunu həm, tez tanıdar üz adamı.
.
Dəyişib dövrü zaman, əyrilərin “xod” çağıdır,
Bilirik sevməyib heç, əyri olan düz adamı.
.
Sözü sevsən, deyirəm, qiyməti yox, gövhər olar,
Yerə vurdunsa sözü, bilki boğar toz adamı.
.
Sözü arif olana söylə ki, bilsin dəyərin,
Düşünüb anlayar o, məğlub edər yüz adamı.
.
Neçə dağdan, dərədən fikrü xəyalın dolaşar,
Aparar əvvəl-axır bax, bu təpə, düz adamı.
.
Sənə, Lilpar, deyirəm yaz ki, başından keçəni,
Tanıdar aləmə, bil, sonda qalan iz adamı.
.
***
.

faiqFAİQ HÜSEYNBƏYLİ

.

Əsəd Cahangirin 55 illiyinə….

.

İki beşi yan-yana
Düzdün, Əsəd Cahangir.
Tənqidin dəryasında
Üzdün, Əsəd Cahangir.
.
Bulud kimi dolur hərdən,
Xəyallara dalır hərdən.
Hərdən şən olur, hərdən
Üzgün Əsəd Cahangir.
.
Təcəlla etdi üzüylə,
Addımladı öz iziylə.
Öz taleyin öz sözüylə
Yazdı Əsəd Cahangir.
.
Əsdi Əsəd Cahangir,
Üstdür Əsəd Cahangir.
Səsdi Əsəd Cahangir,
Sözdü Əsəd Cahangir.
.
***
.
51007026_2062732820487709_2967306309675778048_nDAYANDUR SEVGİN 
.
Əsəd Cahangirə…
.
Nə gecə, nə gündüz dinclik bilmədin,
Ədəbi döyüşdə keçdi həyatin.
“Söz” oldu həyatda ilk məhəbbətin,
“Səs” saldı sənətdə ilk mükafatın.
.
Olmasa da, güclü bir havadarın,
Görsən də, üstünə gələn daşları,
“Dəmirbaşlar”ında dəmir cümlələr,
Yerindən oynatdı taxtabaşları?
.
Ədalət qaynadı sənin qanında,
Sən qaraya qara, ağa ağ dedin.
“Ağ saç, qara saç”a bir daraq çəkib,
Sonra da “Kim yatmış, kim oyaq?” dedin.
.
Bu divanə sual, bu dəli sual,
Yeni sözümüzün sualı oldu.
Oyaqlara ümid, təsəlli yeri,
Yatmışların dərdi, zavalı oldu.
.
Yeni söz parladı söz qılıncında,
Çapdın köhnəliyin qafa tasını.
Keçib “Minillərin sən ayrıcında”n,
Yazdın “Yeni əsrin ibtidası”nı.
.
“Sağlığına” yazdın “Dionisin” sən,
Kəsmədi qarşını nə kitab, nə din.
Dünyada yeganə yazıçısan ki,
Şərab allahına sağlıq söylədin.
.
Böyük ustadlara min ehtiramla,
Yazdın “Platondan Anara qədər”.
İndi ustad deyir sənə cavanlar,
Demək əziyyətin getməyib hədər.
.
Hər sözün altında bir hikmət yatır,
Varmı bilmədiyin bir məna, bir sirr?
Sənin ad gününə daha nə yazım,
Çözülməyən sirsən, Əsəd Cahangir!
.
***
.

QILMAN İMAN

.

Əsəd Cahangirə…

.

İlahi, bərk saхla bu nərdivanı,
Düşüb adamlıqdan yıхılır adam.
Qüvvətə yüksələ bilməyən kimi,
Bölünüb məхrəcdə çıхılır adam.
.
Hər gün yol gеdirik ölümə tərəf,
Ölüm də bələdçi, zülümə tərəf,
Üzə bilməyəndə çölünə tərəf,
Batıb içindəcə boğulur adam.
.
Göz önündə olub, göz görməyəndə,
Min еyib tapılır hər cür “bəyəndə”.
Özgələr qəlbində yеr vеrməyəndə,
Köçüb öz içinə yığılır adam.
.
Fələklər ahımdan yanalar gərək,
Əgər yanmasalar, donalar gərək,
Məni bağışlasın analar gərək:
Özünü doğanda doğulur adam.
.
***
.
ffFİKRƏT MƏMMƏDLİ
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Bənzəyir qanadlı quşa beşlərin,
Düşüb yay fəslinə qoşa beşlərin.
İlləri boş yerə xərcləməmisən,
Gəlir,min şükür ki,xoşa beşlərin.
.
Uzun gecələri çox qaldın oyaq,
Söz adlı od sevdin pərvanəsayaq,
Söykədin arxanı daima Haqqa,
Yaş yaşa dayaqdır,beş beşə dayaq.
.
Qəlbinin aynası büllur,saf şüşə,
Qoymadın üstünə qara xal düşə.
Həyat məktəbini oxudun əla,
Ədəb məktəbini bitirdin beşə.
.
Fikrin,duyğuların dərindən dərin,
Düz bildin yerini xeyirlə,şərin.
Vallah,öz-özünə qoşalaşmayıb,
Min-min qayğısı var qoşa beşlərin.
.
Bu hörmət,bu izzət düşməyib göydən,
Çıxmısan pak,təmiz bir halal öydən.
Qoymusan daşı daş,yaşı yaş üstə,
Halal zəhmətindir saçındakı dən.
.
Qələmi haqq sandın,sözü bildin pir,
Oldu fikrin,sözün əməlinlə bir,
Qoşa beş nədir ki belə ömürçün,
Azdır yüz yaşasan,Əsəd Cahangir!
.
***
.
vVƏLİ QARAÇAYLI
.
Əsəd Cahangirə…
.
Bu dünyanın xoşbəxtidi, sərhədləri aşan adam,
Dağıdaraq neçə bəndi, çaylar kimi daşan adam.
Sərhəddəki dirəkləri öz kökündən üzənlər də,
Səyyah olub dünyamızı qarış-qarış gəzənlər də,
Bu dünyanın xoşbəxtidi…
.
Ağ atını səyridərək zülmətləri əridənlər,
O tikanlı məftilləri nəfəsiylə çürüdənlər,
Qartal kimi göy üzündə qanad çalıb süzənlər də,
Qəvvas kimi dəryalarda dayanmadan üzənlər də,
Bu dünyanın xoşbəxtidi…
.
Bu dünyanın xoşbəxtidi o kəslər ki, səd tanımır,
Dünyamızı bütöv görür heç zaman sərhəd tanımır.
Yaylaqlara köç eyləyib buz bulaqdan içənlər də,
Xəyalıyla neçə-neçə sərhədləri keçənlər də,
Bu dünyanın xoşbəxtidi…
.
Bağdadımdan qanad çalıb öz səfiylə uçanlar da,
Qitələrdən qitələrə qovularaq qaçanlar da,
Zalımların ucbatından dənizlərdə batanlar da,
Canlarını qurtararaq sahillərə çatanlar da,
Bu dünyanın xoşbəxtidi…
.
Keçmişimdən bu günümə miras qalan bircə izdi,
Xoşbəxt olan o kəsdir ki, arzuları sərhədsizdi.
O sahildə dogulanlar bu sahildə dil açanlar,
Sərhədsiz bir dünya görüb, arzuları gül açanlar,
Bu dünyanın xoşbəxtidi…
.
***
.
çqÇİNGİZ QƏRİBLİ
.
Əsəd Cahangirin 55 illiyinə….
.
 Yaşı məlum olmayana,
Göy deyilir,yer deyilir.
Möcüzədi yaranandan,
Açılmayan sir deyilir.
.
Gedən gedər,gələn gələr,

Bəxt üzünə gülən gələr.
Çox dünyada pəncərələr,
Ötüb keçsən bir deyilir.

.

Yaxşılığa əl atana,
Haq edib könlə yatana.
İmkansıza əl tutana,
Xeyirlə əlbir deyilir.

.

Şahlar yada düşmür ,niyə?
Min ahlar yüksəldib göyə.
Nizamiyə,Füzuliyə,
Nəsimiyə pir deyilir.

.

Zülümkarın yoxdu eli,
Şər deyənin susar dili.
Çox əyrini.çox qozbeli,
Düzəldər qəbir,deyilir.

.

Doğulandan sir olana,
Könüllərdə pir olana.
Sözü,işi bir olana,
Əsəd Cahangir deyilir

.

***

.

NAZİLƏ G

NAZİLƏ GÜLTAC 

.

Əsəd Cahangirin 55 illiyinə….

.

Sözündə dağ ucalığı,
Dərinlik var,
Sözündə orman yaşıllığı,
Gül qoxusu var.
Sözünün xəncər itiliyi,
Zərifi, incəsi var,
Altunu, incisi var.
Sözdən yaranıb kainatı,
Həyatı.
Könüllərdə od qalar,
Günəş qədər nurludur,
Bulud kimi yağar o,
Dağ çayı tək çağlayar.
Böyük ümmana dönər.
Sözü Allahın hikməti,
İlahi pıçıltıdır.
Söz Adamdır -
Əsəd Cahangir.
.
***
.
SÜLEYMAN HƏZİYEV
.

SÜLEYMAN HƏZİYEV

Əsəd Cahangirin 55 illiyinə….

.

Öz içimə yıxılmışam,
Əlimdən tut, qalxım, Əsəd.
Dörd bir yandan sıxılmışam,
Burdan necə çıxım, Əsəd ?
.
Arzu ki, var, yarırılıqdı,
Toxum əkdim, şoranlıqdı.
İşıq yandır, qaranlıqdı,
Haqq yoluna baxım, Əsəd.
.
“Səs” özünün, “Söz” özünün,
Gir, könlümdə gəz, özünün.
Qağa, demə “döz” sözünü,
Dərddi, atır lağım, Əsəd.
.
Dəhnəm susuz, arxım quru,
Əkdiyiyim üzümə durur.
Sərraf altı onluq vurub,
Getdi cavan çağım, Əsəd.
.
***
.
FAZİL ƏSƏDFAZİL ƏSƏD
.
Əsəd Cahangirin 55 illiyinə….
.
Vaxt ömrü ələyib keçir,
Nuruna bələyib keçir.
Sevgilər diləyib keçir
Baxtı da , ƏSƏD Cahangir!
.
Sevilib, sevdin elində ,
Allah kəlməsi dilində…
Oturdun kitab əlində
Taxtında, Əsəd Cahangir!
.
Bir yanda saz , bir yanda ney ,
Saf sevginlə yaşadın hey…
Bilirsən, gözəldi hər şey
Vaxtında , Əsəd Cahangir!
.
***
.
RÖVŞƏN BUDAQ
.
Əsəd Cahangirin 55 illiyinə….
RÖVŞƏN ÜNS
.
Əsrin Üns məclisində
Sözü nura boyadın,
Ariflər cərgəsində
Başda çəkilir adın.
.
Ən ali tədbirlərin
Ən əziz qonağısan.
Qəzəlin, şeirlərin,
Sözün cənnət bağısan.
.
Yazdığın hər əsərin
Oxucuya zövq verir.
Dəyərli söz kəsərin
Şərə təsir göstərir.
.
Yurdum Azərbaycanın
Ən mahir tənqidçisi,
Bu söz dolu cahanın
Ən ciddi tənbehçisi.
.
Səninlə fəxr edirik,
Söz dünyan bir cahandır,
Əlli beşin mübarək,
Var ol Əsəd Cahangir!.
.
***
.
57534055_608533139620856_652431856116957184_nİLHAM QƏHRƏMAN
.
Əsəd Cahangirin 55 illiyinə….
.
(insan mənzərələri silsiləsindən)
.
Səni bir şəhər tanıdım,
küçəsi, xiyabanıyla…
Səni bir şəhər tanıdım,
çayı da axar yanıyla.
.
Çayqırağı söyüd, çinar,
küçəsində göyrüşləri,
Gecə başına yığışar,
abdalları, dərvişləri.
.
“Səs”di, “Söz”dü, “Rəng”di deyim
şəhərin xiyabanları…
Cin iynədən qorxan kimi
qorxutdun qulyabanları.
.
Heç kəslə işin olmadı,
özün özünlə çarpışdın,
Sən həmişə yükümüzün
ağır tayından yapışdın.
.
Köçün köç içindən keçər,
köçün köçlərə qarışmaz,
Özünü yorma! – bilirsən
qar ilə günəş barışmaz.
.
Qələmin döyüş atıdı,
kimi qorxdu, kimi ürkdü.
Kümbəzin quşqonmazında
cah-cəlalın mübarəkdi.
.
Göydən hansı qatdan gəlir,
yazıb hansı qatda qoydun?!
Dədəmiz Qorqud namıyla
yazarlara ad da qoydun.
.
Sənə “Dayanma!” söyləyən
o Allahın zalım olsun!
Qələmin üstünə düşən
kölgəliyi qalın olsun!
.
***
.
SƏBUHİ HACIXANLI
.
209813685_226844619113363_9188551243058701879_n (1)
               ”Hamlet”
Əsəd Cahangirin 55 illiyinə
.
Hər yer qaranlıqdır,hər yan müəmma
Tap bu labirintdən yol tapa bilsən,
Yorulub uşaqtək ağlama amma
Qayıdıb əvvəlki nöqtəyə gəlsən.
.
Döndərib üzünü Tanrı bu yerdən,
Vicdanın gözü kor,qulağı kardır.
Qardaş qardaşını öldürür hərdən,
Ana qucağı da soyuq məzardır.
Burda baxışlar da nifrət toxuyur,
Burda çiçəklər də acı qoxuyur.
.
Bu nə yanaşmadır,bu nə düşüncə?
Şahzadə,gözündən dünya düşüncə
Burax şübhələri çıxıb da getsin,
Burax axarına axıb da getsin.
Ölüm ki,hər zaman aracaq səni,
Ömür özü bir gün yoracaq səni.
Tale yaxamızdan çəkirsə geri
Varmı qurtulmağa bir ümid yeri?
Həyat bir nağılmış,nə sevgi nə din
Xilası deyildir bəşəriyyətin.
Sənə sirrin açdı zavallı kölgə
Açasan dünyanın gözünü bəlkə.
Nə qədər açılmaz qətl ki, vardır
.
Ruhlar aləmində giley-güzardır…
Ölümsüzlük qəlbin şərti deyil ki,
Tanrıdan diləkdir,Əsəd Cahangir.
Ürəyin namərdi,mərdi deyil ki,
Yananı gərəkdir,Əsəd Cahangir.
Sənin ki,var-dövlət dərdi deyil ki,
Halal duz-çörəkdir,Əsəd Cahangir.
Dərdin el dərdidir,fərdi deyil ki,
Qananı gərəkdir,Əsəd Cahangir.
.
***
.
210509961_159567212900082_7306116687373837816_nBƏHRAM FƏRMANOV
.
Əsəd Cahangirə…
.
Ulu Tanrım, dünya məni
Gəlişimə kiritmədi.
Duzlu olur dəniz suyu,
Saxladığın çürütmədi.
Qaytar məni dənizlərə.
.
Göy suların arasında
Əzizləsin yosun məniə
Gözlərimin qarasında
Su pərisi yusun məni.
Qaytar məni dənizlərə.
.
Çay olmağı diləyirəm,
Sal qayalar yar-yara.
Mən qovuşmaq istəyirəm
Dəryalara, ümmnalara.
Qaytar məni dənizlərə.
.
Hər nə olum, hər kim olum,
Bezmişəm Yer deyiləndən.
Balığına qoy yem olum
Adamların əyiləndən.
Qaytar məni dəzinlərə.
.
Təmizliyin itiriməyir,
İstəyirəm təmiz olum.
Suyu çirkab götürməyir,
İstəyirəm dəniz olum.
Qaytar məni dənizlərə,
Qaytar məni dənizlərə.
.
***
.
NƏCİBƏ iLKİN
Əsəd Cahangirin 55 illiyinə…
.
Dərsindən aldığın qoşa beşləri
Ömrünün tağına düzmüsən Əsəd.
Fələyi “aldadıb” müəllim əvəzi,
Özünə “qoşa beş” yazmısan Əsəd.
.
Hər beşin gül ətri, gül çəməni var,
Göz ol, bu ömürün fələk dilindən.
Zaman da bir ogey anaya dönüb,
Xatirə dəftəri düşmür əlindən.
.
Bu “qoşa beş”lərin qoşa çinardı
Yığıb kölgəsinə sözü, kəlamı.
Nəğməyə dönübdü könül bulağın,
Durub səcdəsinə dincəlir hamı.
.
Bu kağız ömürün, bu yaz ömürün,
Günəş nəfəsindən doymaq çətindi.
Sən sözün tanrısı, sözün mələyi,
Səni Tanrı qədər duymaq çətindi.
.
Sözün bağrın yarıb qoydun mizana,
Mizanın gözünü əymisən bu gün.
Bəzəyib dünyanı söz atəşinə
Sözün libasını geymisən bu gün.
.
Əlli beş aldığın ömür payından,
Hər kəsin yoluna bir işıq saldın.
Tanrıya çox şükür, bu gəlişinlə
Ədəbi aləmə yaraşıq saldı.
.
***
.
QƏZƏNFƏR MUSAOĞLU
.
SÖZ MÜLKÜNÜN CAHANGİRİ213209364_164501578999904_3878829456611337577_n
.
Əsəd Cahangirin 55 illik yubileyinə…
.
Bu meydanda ad-san alıb,
Ömrünə sönməz Dan alıb.
Mülkünü Tanrıdan alıb,
Öz mülkünün Cahangiri.
.
Haqdan yaranıbdı, haqdı,
Elmə sərf eləyib vaxtı.
Əbədi, yanar ocaqdı,
Köz mülkünün Cahangiri.
.
Qarabağ yuvası, yurdu,
“Zəminxarə”, “Segah”, “Şur”du.
Şirvanla, Qazaxla birdi,
Söz mülkünün Cahangiri.
.
Coşub, deməyin:- səngidi,
Döyüşdə “Misri”, “Cəngi”di.
Pərdə-səsi, sim-rəngidi,
Saz mülkünün Cahangiri.
.
Şeir, sənət əhdi, andı,
Şəki, Gəncə, Beyləqandı.
“Narın”, “Çıraq”, “Naxçıvan”dı,
“Bəzz” mülkünün Cahangiri.
.
***
.
214253176_136803308563222_5392085260575171616_nXATİRƏ ƏZİZ
.
Əsəd Cahangirin yubileyinə…
.
Ümid çırağı!
Böyük Allaha sarı,
Yol gedən qərib adam.
Yoxsa elə bilirsən,
Mən sənə yaddan yadam.
.
Yaş ötür, ömür keçir,
Saçlarına dən düşür.
Nə yaman fikirlisən,
Dünya gözündən düşür?
.
Yığılmırsan yollardan,
Yolun nə uzaq oldu.
Nə yaman yubanırsan,
Hava çox sazaq oldu.
.
Sözə tapınan şair,
Ömrünün bəzəyi söz.
Bilirəm, dərd-qəmin var,
Çəkdiyin dərd-qəmə döz.
.
Quşlar da ağrı çəkir,
Göz yaşları tökürlər.
Sevdiyi balasına,
Çöpdən yuva tikirlər..
.
Bu dünya sirdi vallah,
Sirrini açan yoxdur.
Atam oğlu, xoş sabah,
Ağ günlər hələ çoxdur.
.
Ağarar qara günlər,
Yanar ümid çırağı!
Göz açanda görərsən,
Bir qələm, bir varağı!
Gələr ömrün xoş çağı!
.
… … … … …
.
Söz adamı!
.
Yaman qəmli görünürsən,
Bu dünyanın söz adamı.
Bilirəm, daha isitmir,
Ocaqdakı köz, adamı..
.
Yamanlıqla üzləşəndə,
Darıxırsan, sıxılırsan.
Haqq əzilib tapdananda,
Zərrə-zərrə yıxılırsan.
.
Haqqı deyirsən hər zaman,
Haqsızlığa dözməyirsən.
Sığınıb uca Tanrıya,
Ümidini üzməyirsən.
.
Tanrıya güvənən adam,
Tanrı da köməyin olsun!
Haqq sözlə öyünən adam,
Gözlərin sevinclə dolsun!
.
Bu fani, yalan dünyanın,
İşindən baş açmaq olmur.
Yazılan taledən, bəxtdən,
Neynəsən də qaçmaq olmur..
.
Haqqın gözünə dik baxan,
Ruh adamı, söz adamı.
Göydə Həyat Kitabına,
Öz əlinlə yaz, adımı!
.
Söz adamı haqqın səsi,
Söz adamı müqəddəsdir!
Hər bir kəlməsi, hər sözü,
Göylərə ucalan səsdir,
Tanrının sevdiyi kəsdir!..
… … … … …
Zirvə!
.
Sözü kəsərli ustad,
Yurdunda yansın çıraq!
Tükənməsin ilhamın,
Sönməsin bu od, ocaq!
.
Əzizdən də əzizsən,
Nə üçün qəm çəkirsən?
Sən elə bəxtəvərsən,
Sözlə rəsm çəkirsən!
.
Söz baxçan xoş ətirli,
Ağbəxt söz adamısan!
Yaradanın sevdiyi.
Xoşbəxt söz adamısan!
.
Bəxtəvər söz adamı,
Söz baxçanda gül açır.
Hikmət dolu sözlərin,
Qanad açır, dil açır!
.
Sözün ləl-cəvahirat,
Günəş doğur üzünə!
El-obada hörmət var,
Kəlamına, sözünə!
.
Sözlərində yüz məna,
Hikmətlidir hər sözün!
Fəth etdin söz zirvəsin,
Sönməz ocağın, közün!
.
Sözlərin dürr, gövhərdir,
Arzuların qanadlı!
Yaşayır söz mülkündə,
Bir ustad, Əsəd adlı!
.
***
.
Əzizə AĞAHÜSEYNQIZI aziza
.ƏSƏD CAHANGİRİN
55 yaşına
.
Haqqın mayasından süzülüb gələn,
Hikmət qatarına düzülüb gələn,
Tanrı dərgahından süzülüb gələn,
Sözün laylasına oyanan Əsəd…
.
Eşqin alovunda ruhu dəm alı,
Turana söykənir arzu, amalı,
Sufi düşüncəsi, dərviş kamalı,
Tanrının lütfünə boyanan Əsəd…
.
.Elmin gəmisinin dor ağacıdı,
Nadana, naşıya dar ağacıdı,
Bir cənnət meyvəli bar ağacıdı,
Sözün zirvəsində dayanan Əsəd…
.
Kitabı, dəftəri, varağı şeir,
Qələmi, dəryazı, orağı şeir,
Təpədən dırnağa yarağı şeir,
Atəşdi, çınqıdı bu yanan Əsəd…
.
Yeri zirvələrə ehtiyacıntək,
Adını – sanını qoru tacıntək,
Şair Əzizəni doğma bacıntək,
Səni bir baxışdan duyan an, Əsəd…
.
***
.
ALLAHŞÜKÜR AĞA 
.
FB_IMG_1569592041357Əsəd Cahangirin 55 illik yubileyinə..
.
Elm dəryası, el aşiqi,
Tanrı ərməğanı,Əsəd !
Silər könüllərdən yası,
Unudar pis anı,Əsəd !
.
Bütün zülmətləri nura boyayıb,
Vurğunu olmusan şeirin,qəzəlin.
Xatirələr baş qaldırıb soruşur:
-Vəsf etmisən,neçə-neçə gözəli?
.
Əsəd adı sənə,
necə gözəl yaraşır…
Qələbə soraqlı,
Şuşa sevincli
Bayraq gəzdirən
bir əl kimi yaraşır…
.
Sənəti yaşatdın, özün də yaşa,
Qırmızı almatək gülsün bu ömrün.
Xoş müşdənin sorağına sevinib,
Yaşayasan axıracan su ömrü.
.
***
.
NARINGÜL NADİRnaringul
.
Əsəd Cahangirin 55 illik yubileyinə…
.
Salam, yer kürəsinə
Min ildir gələn adam
Çiynində yük daşıyıb,
Sözdə dincələn adam.
.
Dünyanın yüz üzünü
Əyrisini, düzünü,
Varaq-varaq sözünü,
Sirrini bilən adam.
.
Salam, son tikəsini
Dostlarla bölən adam,
Ruhunu uca tutub
Göyə yüksələn adam.
.
Söylə, hansı özünsən,
Ruh adam, bədən adam?
Necəsən, soruşmuram
Dərdi gizlədən adam.

.

Sən o gün…
.
Sən o gün şair oldun.
Sən o gün söz ilə yoğruldun.

.

O gün evin dalındakı
O heyva ağacı
Qədim əcdadının
Ruhunu çəkmişdi canına.
Sən o gün başqaydın…
Bir işıq  düşmüşdü qanına.
Günəş səma boydaydı.
O aran kəndinə səsizlik çökmüşdü.
Kənd başqa haldaydı.
-Mənə vergi verilib- deyirdin,- ay ana
-Mən söz ilə sevdalandım, -ay ana
O gün
Ağ işıq zolaqlı
Bir yol uzanırdı
O kənddən  bu yana.

.

Bir qadın
əlində çörək ətri.
Dilində duası
Gəzirdi hanı oğlu?
Sən o gün
Çiynində söz heybəsi
Gedirdin tanrıya doğru…

ŞEFEQ SAHİBŞƏFƏQ SAHİBLİ  
 .
Tanınmış tənqidçi, görkəmli şair,mütəfəkkir
söz adamı Əsəd Cahangirin 55 illiyinə
 .
Dur ac yaxasını xatirələrin,
Qoxla nəfəsini ötən illərin.
Ömrün dan yerindən əsən yellərin
Özgədir ləzəti, ayrıdır tamı.
Sözün adamı!

.

Adlayıb ömründən neçə qərinə,
Xəyal çəkib səni, çəkib dərinə.
Dünyanın düşüncə badələrinə
Zaman misra-misra süzür adamı
Sözün adamı!

.

Bu keçib gəldiyin ömür yolunda,
Gözü doluxsunub bəzən yolun da.
Ürəkdən deyilən bir”sağ olun”da,
İsidir həniri, közü adamı
Sözün adamı!

.
Ümid yollarında cəfakeş oldu,
Həyat başdan-başa keşməkeş oldu.
Ömür haçan gəlib əlli beş oldu?!
Əzəldən doğrunun, düzün adamı,
Sözün adamı!

.

Ürək ağrı çəkir söz üşüyəndə,
Ocaq inildəyir köz üşüyəndə.
Bir qərib baxışda göz üşüyəndə
Doğmatək isidir gözün adamı
Sözün adamı!

.

Düşüncə fatehi, fikrin Əsədi,
Duyğu çiçəklərin tərdi-təzədi.
İrfan  dünyasının ruhun bəzədi,
Ürəyin söz gəzir, sözün  – adamı.
Sözün adamı!

 

***

.

İQBAL NƏHMƏT

.

Ruh adamıİQBAL
.
Esad Cahangir Əsəd müəllimin 55 yaşına…
.
Yandın kül olmağın qalıb,
Əriyirsən şamsan adam!
Hamı şeir yazdı sənə
Nə gözəl adamsan, adam!
.
Görəsən nə verib getdi,
Geridəki bu əlli beş.
Elə bil içmisən yoxmuş,
Bir qurtumda su əlli beş.
.
Arzum bu doyunca yaşa,
Sən yaşamağa dəyirsən!
Yüz az olar Əsəd abi,
Yüz əlliyə nə deyirsən?
.
Bizə düşən alqışlamaq,
Yaşa, yarat ürəyincə.
Hamı dadacaq meyvəni,
Barın budağı əyincə.
.
Ey zamanın düz adamı,
Başı uça, qüruru dik.
Zirvəmizin söz adamı,
Təbrik, təbrik, yenə təbrik!
.
***
.
14563545_964333750362500_753081865971386828_n (1)SARA SELCAN
.
Söz Adam
.
Əsəd Cahangirin 55 illiyinə
Sözü sevdin,
Səsi sevdin,
sevdin,
elə sevdin,
nəfəsi sevdin,
Ün tapdın.
Qüsl alıb
Tanrı sularında,
səcdəyə durdun
üzü Allaha,
ən yaxşı
Din tapdın.
Aradın sözün safını,
keçdin dağların Qafını,
Tanıdıq söz sərrafını.
Söz adam,
Adam söz,
Düşüb söz ovsununa
Bir sözün canında
Min tapdın.
.
***
.
TƏVƏKKÜL GORUSLU
tc999vc999kkc3bcl-goruslu-3.
DƏYƏRİ NƏ
.
Söz namlısı Əsəd paşa,
Söylə sözün dəyəri nə?
Gəldin çıxdın əlli beşə,
Töycüsü nə, biyarı nə?
.
Sözü tutdun, qazancın söz,
Bəzən kösöv, bəzən də köz.
Yaşa paşam, yüzəcən döz,
Bilək sözün dəyəri nə!
.
Baxdın boşa, həm doluya,
Bənzərin var SÖZ- ULUYA,
Bir nəzər et Gorusluya,
Bilsin sözün meyarı nə!
.
***
elnur ugurELNUR UĞUR ABDIYEV
.
Ədəbiyyatımızın özü
.
Əsəd Cahangirin anadan olmasının 55-ci,
yaradıcılığının 30-ci ildönümünə
Əsədsən sən!
Ey bu dünyanın söz adamı,
Söz yeritdin qəlpə-qəlpə
Sevən qəlbə.
Sübut etdin
Sözdən doğub bu boyda yer,
Bu boyda göy.
Yeri-göyü birləşdirən insan özü,
Sözün sevdası, möcüzü.
55 il ömür sürdün.
Həyat adlı bu tarlada,
Sevgi əkdin,
Sevgi biçdin, ey söz adam!
Tənqidimin, şeirimin söz üzüsən,
Ədəb adlı bu dünyanın güzgüsüsən.
Kim ki baxıb səndən keçir,
Sözə dönür.
O söz sonra ürək-ürək,
Özlər keçir, özə dönür.
Özü olan ey Söz Adam,
Özü olmayan üzlərə
Tanrı bilir nə sədsən sən.
Adın kimi andın da şir,
Hamı üçün bir üzün var,
Əsədsən sən, Əsədsən sən!
.
***
.
ELŞAD BARATELŞAD
.
Esad Cahangir in 55 yaşına…
.
Ömürdən beş alan adam
Qoşa beşin mübarəkdi
Bu dünyaya öz gəlişin,
Söz gəlişin mübarəkdi.
.
Mübarəkdi əməllərin,
Arzuların mübarəkdi,
Əbədi yaddaşa hopan,
Yazıların mübarəkdi,
.
Sən ömrünü indiyədək,
Sözün qəlbində yaşadın,
Taleyini qələminin
Mürəkkəbində yaşadın.
.
Yaşadın yaşadan kimi,
Paklığını görürəm mən,
Xəlq edən, yaradan kimi,
Beşlərini öpürəm mən.
.
***
ƏTRAF SƏRRAF
.
191038349_3062096344066327_1126308785785315770_n (1)Böyük Sözün öz adamı
.
Zövq aldığı bir işdədi,
Nə zamandı döyüşdədi.
Sözü oxdu
dəlib keçər.
Sözü qılınc
qında qalmaz.
Demə, elə gəlib keçər.
Söz döyüşü gedən yerdən
gendə qalmaz
Əsəd müəllim –
Söz adamı.
Böyük Sözün
öz adamı.
Harda söz var
ordadı bax!
Söz ünvanlı
Əsəd müəllim!
Harda o var ordadı haqq,
Din-imanlı Əsəd müəllim!
.
***
ƏLİZADƏ NURİ33601974_2124884781122309_7354245816308989952_n
.
Əsəd Cahangirə
.
Nə yol səni yora bildi,
Nə azdırdı dalan, Əsəd.
Söz ki, fani deyil, olsun,
Olsun dünya yalan, Əsəd.
.
Tanrı səndə nə gizləyib?
Yoxsa dərd də sənsizləyib?!
Dərdi sevib əzizləyib,
Sonra yola salan Əsəd.
.
Əlli beşdi?- Gəlsin ardı.
Bəxt dediyin bir qumardı.
Qələm altda söz xumardı-
Sözə layla çalan Əsəd…
.
***
.
GÜLƏMAİLGÜLƏMAİL MURAD
.
TANRI SEVDALISI EŞQİ ŞAH BİLƏR
.
Əsəd Cahangirin 55 yaşına…
.
Adıyla taleyi dayanıb qoşa,
Adı, özü şirdir Əsəd Cahangir!
Nə tez gəlib çatdı əlli beş yaşa?
Həm cavan, həm pirdir Əsəd Cahangir!
.
Bilməz bir kimsəyə quyu qazmağı,
Haqdan uzaq düşüb, yoldan azmağı.
Neyləyir ki, axı, şeir yazmağı?
Hər sözü şeirdir Əsəd Cahangir.
.
Tanrı sevdalısı eşqi şah bilər,
Gah bilməz özünü, nədən gah bilər?!
Yozumun, çözümün bir Allah bilər,
Başdan-başa sirdir Əsəd Cahangir.
.
Kimsə çözələyir tale sapını,
Ömür kitabının gözlə çapını.
Bir quş var, elə hey döyür qapını,
Darıxma, xeyirdir, Əsəd Cahangir!
.
Uzaqdır fitnədən, şərə yaddır o,
Min dərdi olsa da, yenə şaddır o!
Bir adda birləşən iki addır o -
Əsəd, Cahangirdir, Əsəd Cahangir!
.
***
.

Yazıya 5616 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.