Türkiyənin Ərzurum şəhərində Milli qəhrəman Murad Mirzəyevə həsr olunmuş “Murad ömrü” kitabı təqdim edildi

WhatsApp Image 2021-10-14 at 21.58.18Türkiyənin Ərzurum şəhərində keçirilən görüşlərimin hər biri yaddaşımda silinməz iz buraxdı.
Erzurum Böyükşəhər
bələdiyyə başkanı sayın Mehmet Sekmen ilə görş zamanı bir neçə adda kitablarımızı başkana hədiyyə etdim.
Maraqlı söhbət əsnasında Azərbaycanın Milli qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevə həsr olunmuş “Murad ömrü” kitabını təqdim edərək vurğuladım ki, Murad Ankara “Kara Harb Okulu”nu bitirmiş bütöv türk dünyasının cəsur oğludur.
Sayın bakan Mehmet Sekmen 44 günlük II Qarabağ Müharibəsində əldə etdiyimiz qələbə münasibəti ilə bizi təbrik edərək dedi: Biz bir millet, iki devlet olaraq hər zaman Azərbaycan xalqının yanındayıq.
Səmimi söhbət zamanı Murad Mirzəyevin adının əbədiləşdirilməsi üçün hər hansısa küçədə və ya parkda adının əbədiləşdirilməsini xahiş etdim. Azərbaycana olan sayğının dəyərini, təklifimdən sonra açıq şəkildə gördüm.
2020-ci il Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi 44 gün ərzində qələbə ilə başa çatdı. Onu da bilirik ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycana dayaq oldu. Bir an belə Azərbaycan Prezidenti İlham Əliyev cənablarını tək qoymadı. Nəticədə erməni şərəfsizləri layiqli cavabını aldı. Artıq ən gözəl tədbirlərimiz Şuşada keçirilir.
Ərzuruma gəlişimi təşkil edən Qazeteciler Basın Birliği Derneğinin başkanı Kerem Altın, Qazeteci Hakan Dikmen, ehaber.tv.tr Araştırmacı Yazar Sultan Sema Örs olmuşdur.

Gülsüm ADİLQIZI

WhatsApp Image 2021-10-14 at 21.58.19

Yazıya 233 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.